PDF Oxu

Müxalifət

  • 2 452

Aslan İsmayılovun partiya sədrini təhqir etməsi cavabsız qalmadı

image

Niyaməddin Orduxanlı: "Çaqqal Aslan İsmayılov üzdəniraq olduğunu dəfələrlə sübut edib"

Sosial şəbəkələri özünə "meydan" seçən, əksər hallarda ayrı-ayrı şəxsləri təhqir etməklə "dividend" qazandığını düşünən Aslan İsmayılovun şıltaqlığı bitib-tükənmir. Bu adam gecə-gündüz komputer arxasında oturub "aslanlıqla" məşğul olur. Özü ASLAN olmasa da, adının Aslan olmasından sevincək olan bu adamın təhqirləri bu dəfə cavabsız qalmayıb.

Yadınızdadırsa, bir neçə gün bundan öncə, A.İsmayılov Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev haqqında təhqiredici fikirlər səsləndirmişdi. Ayrı-ayrı şəxsləri sosial şəbəkədə "müzakirə" mövzusuna çevirib, "vəkil" olduğunu unudan bu adama elə ən sərt şəkildə cavab gəldi. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı özünün facebook səhifəsində vəkil A.İsmayılovu ağır şəkildə təhqir edən status paylaşıb. N.Orduxanlının paylaşdığı statusu olduğu kimi təqdim edirik: "Çaqqal Aslan İsmayılov tərbiyəsizliyini davam etdirir. Odur ki, onun tərbiyəsizliyini heç vaxt cavabsız buraxmayacağam! Çaqqal Aslan İsmayılov üzdəniraq olduğunu dəfələrlə sübut edib. Bu adam həmişə yal aldığına görə hürüb. İndi də aldığı yalın müqabilində Qüdrət bəyə qarşı hürməkdədir. Əxlaqını və tərbiyəsizliyini göstərir. Qüdrət bəy bu günə kimi, heç kimin ünvanına, o cümlədən də, çaqqal Aslan İsmayılovun ünvanına bir cümlə də danışmayıb. Əksinə, çox dostlar bilir ki, Qüdrət bəy bu çaqqalı Milli Məclis səviyyəsində belə müdafiə edib. Yalnız çaqqal Aslan səviyyəsində düşünənlər Qüdrət bəyin bu münasibəti qarşılığında, aldığı yala görə bu cür hərəkət edə bilərdi...

SAMİR

P.S. Mənim düşüncəmə görə, təhqirə yalnız təhqirlə cavab verilməlidir! Başqa yolu seçmirəm! Əxlaqı və tərbiyəsi olan insanların tənqidinə normal cavab vermək imkanlarım var...Çox zaman da bundan istifadə edirəm!".

Digər xəbərlər