PDF Oxu

Müxalifət

  • 3 157

Cəmil Həsənli Cahangir Hacıyevin müdafiəsinə qalxdı

image

Siyasi fırıldaqçıdan yalnız bunu gözləmək olardı

"Milli Şura"nın "sədri" Cəmil Həsənli sosial şəbəkədə çıxış edərək, Azərbaycan Beynəlxalq Bankının keçmiş prezidenti Cahangir Hacıyevlə bağlı məhkəmənin verdiyi hökm barədə fikirlərini paylaşıb və dolayısı ilə korrupsioner dələduzun müdafiəsinə qalxıb. Əslində, "Milli Şura"nın dırnaqarası sədrinin müxalifətçilik pərdəsi altında hakimiyyətə qarşı kart oynaması gözlənilən idi. Necə deyərlər, C.Həsənli üçün bir "kredo" mövcuddur - təki həbslər olsun və bu həbslərin fonunda siyasi maraqlarını təmin etməyə çalışsın. Yəni onun üçün həbs olunanın təmsil olunduğu düşərgəyə aid olub-olmaması maraqlı deyil. Ona görə də bu dəfə özünə siyasi xal toplamaqdan ötrü, "Milli Şura"nın qondarma sədri planlarını C.Hacıyevin məhkəməsi üzərində qurub.

Elə də uzağa getməyərək, biz sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin hüquqlarının müdafiəsi komitəsinin sədrinin məhz Cəmil Həsənli olduğunu xatırlaya bilərik

Məsələn, C.Həsənli absurd şəkildə bildirir ki, C.Hacıyev, məhz bu hakimiyyətin təmsilçisi olub və əgər cinayət törədibsə, burada günahkar hakimiyyətdir (?!-R.R.). Maraqlıdır, məgər cinayətkarların millətimi olur? Yaxud cinayətkar siyasi orientasiyasına görəmi seçilir? Əgər belədirsə, bu zaman kimsəyə sirr deyil ki, məhz C.Həsənlinin nökərçilik etdiyi və AXCP sədri Ə.Kərimlinin təmsil olunduğu AXC iqtidarı zamanında ölkədə xaos və anarxiyanın hökm sürdüyü bir vaxtda digər cinayətlərlə yanaşı, iqtisadi cinayətlərin sayı-hesabı yox idi. Azərbaycanın büdcəsi talanmış, xalq aclıq və səfalət içində yaşayırdı. Bu zaman Azərbaycan xalqı hələ də o dövrlərin ağrı-acısını unutmadığı kimi, bilavasitə, Ə.Kərimlinin, onu müdafiə edənlərin yaxasından yapışıb, bütün bunların haqqını soruşmalıdır. Çünki həmin dövrlərdə günahkar məhz həmin iqtidar olub!

Başqa tərəfdən, bayaq da qeyd edildiyi kimi, C.Həsənli C.Hacıyevi müdafiə etməklə, artıq neçənci dəfədir ki, korrupsioner müdafiəçisinə çevrilmiş olur. Elə də uzağa getməyərək, biz sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin hüquqlarının müdafiəsi komitəsinin sədrinin məhz C.Həsənli olduğunu xatırlaya bilərik.

Yəqin ki, torbada pişik var...

Maraqlıdır, C.Həsənli nəyə görə, məhz korrupsionerlərin müdafiəsinə qalxır? Yəqin ki, torbada pişik var. Necə deyərlər, "Milli Şura"nın "sədri" buna öyrəncəlidir axı, torbadakı pişiklər baxımından...

Görünür, bu səbəbdən, C.Həsənli uzun -uzadı riyazi hesablamalar apararaq, C.Hacıyevin "haqsız yerə həbs olunması" ətrafında bleflər edir, bunu birbaşa etiraf etməsə də, yavaş-yavaş gündəmə çıxarmağa çalışır. Təkcə, "Milli Şura" sədrinin Beynəlxalq Bankın sabiq sədrini "təmizə çıxarma əməliyyatı" kontekstində qeyd etdiyi bircə cümləylə hər şey tam çılpaqlığı ilə əks olunur. Sitat: "Məhkəmə Cahangir Hacıyevi 15 il müddətinə azadlıqdan məhrum etməklə yanaşı, ona qarşı 63 milyon manat iddia olduğunu rəsmiləşdirdi. Amma bu pulun kim tərəfindən haradan alınıb haraya yönəldilməsi, yaxud mənimsənilməsi haqqında əsaslandırılmış bir fakt ortaya qoyulmadı".

Yəni, guya ortada "faktın" olmadığını əsas gətirib və məhkəmə tərəfindən C.Hacıyevə 15 ilin verilməsini dolayı yolla "haqsız" hesab edib (?!-R.R.). Maraqılı məqamdır, deyilmi..?

Cəmil Həsənli Cahangir Hacıyevə qarşı irəli sürülmüş ittihamı dırnaq arasında qeyd edir!

İndi isə gəlin C.Həsənlinin siyasi fırıldaqçılıq oyununun başqa tərəfinə nəzər salaq. "Milli Şura"nın "sədri" aşkar şəkildə C.Hacıyevi növbəti dəfə müdafiə edir və onun bankdan külli miqdarda maliyyə vəsaiti mənimsəməsini dırnaqda qeyd edir, üstəlik, bu rəqəmi çox gördüyünü etiraf edir. Həmin cümləni də dəyərli oxucularımızın diqqətinə çatdırırıq. Sitat: "Məhkəmə maliyyə "mənimsəmələri" ittihamı ilə Cahangir Hacıyevi 15 il azadlıqdan məhrum etdi. Qəribə hüquqi kontrast yaranır. Vətənə xəyanət ittihamına görə bu ölkədə adama 8-10 il iş verirlər, maliyyə "xəyanətinə" görə 15 il".

Yenə də bəri başdan belə bir sual yaranır: Əcəba, C.Həsənli "bəy" nədən C.Hacıyevə görə bu qədər narahat olub? Necə yəni o, demək istəyir ki, C.Hacıyev milyonlarla pulu mənimsəməyib?! Hər halda, bu sözü dırnaq arasında qeyd edirsə, demək, Həsənli, məhz bu cür düşünür.

Cəmil Həsənli rahat ola bilər ki, xalq ondan fərlqi olaraq, Hacıyevi elə Vətən xaini kimi qiymətləndirir!

Yaxud kiçik xatırlatmaq edərək, vurğulaya bilərik ki, bu ölkədə Vətənə xəyanətə görə, lazım olanda ömürlük həbs cəzası da verilib. Xırdalıqlara varmayaraq, həmin faktları yazmırıq, ancaq onu da əlavə edirik ki, ölkənin maliyyəsinə, büdcəsinə zərər vuran, onu müxtəlif yollarla talan edən şəxslər də Vətən xaini hesab olunmalıdırlar. C.Həsənli rahat ola bilər ki, xalq ondan fərlqi olaraq, Hacıyevi elə Vətən xaini kimi qiymətləndirir. Hərgah ki, xalqıın nə düşünməsi bu siyasi fırıldaqçı üçün heç nə kəsb etmir. Onun üçün kəsb olunan şey yalnız siyasi maxinatorluq vasitəsilə pul-para qazanmaqdır.

İndi qalır ki, C.Həsənli C.Hacıyevi hansı kanal vasitəsilə müdafiə etməyə başlayıb, bunu da tapıb üzə çıxaracağıq və bundan kimsənin şübhəsi olmasın. Əsas odur ki, "Milli Şura"nın "sədri", Əli Kərimlinin nökəri olan C.Həsənlinin daha bir ifşasını ortaya qoydur.

Rövşən RƏSULOV

Digər xəbərlər