Erməni ictimaiyyəti prezidenti saxtakar deyil, xəyanətkar adlandırır
"Vanadzorda mer seçkiləri keçirildikdən sonra Ermənistan parlamentində seçki kodeksinə ediləcək dəyişikliklərlə bağlı müzakirələr aparılmaqdadır. Bütün bunlar, sadəcə, hakimiyyətin erməni ictimaiyyətini ələ salmasına oxşayır". SİA xəbər verir ki, bu barədə Ermənistanın 1.in saytının analitik yazarı Aaram Amatuni yazır. Analitik yazıda qeyd edilir ki, hakimiyyət Vanadzorda keçirilmiş mer seçkilərində özünəməxsus və heç bir kodeksə əsaslanmayan variant işlədib: "Təsadüfi deyil ki, məhz bundan sonra onlar (hakimiyyət) yenidən seçki kodeksi mövzusuna geri dönüblər.
Sınaq amil yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə əsas "test-drayv" rolunu oynayıb ki, hakimiyyət də bundan yararlanıb
Məsələ ondadır ki, bu sınaq nəticəsində Serj Sarkisyana və hakim Respublika Partiyasına nə kodeks, nə qanunvericilik lazım deyil. Ona görə ki, seçki qanunvericiliyi başqa cür mənzərə ilə nəticələnə bilər. Həqiqətdə isə hakimiyyət başqa nəticələri əks etdirən mənzərə ilə formalaşacaq. Məhz bu sınaq amil yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə əsas "test-drayv" rolunu oynayıb ki, hakimiyyət bundan yararlanıb". "Test müsbət nəticə verdi və hakimiyyət sakit şəkildə "seçki kodeksində islahatlar" adı altında prossesə keçid etdi"-deyə yazan erməni saytında qeyd olunur ki, burada əsas məqsəd beynəlxalq ictimaiyyətə "yaxşı konsensusun" göstərilməsidir: "Hakimiyyət bunu göstərməyə hazırdır, çünki artıq praktiki cəhətdən dəqiqləşdiriblər ki, seçkilər nəticəsində onlar hakimiyyətin formalaşdırılması üçün konstitusiya kodekslərində elə də böyük və həlledici olmayan, ancaq qanunvericilikdə əks edilən mexanizmlərdən istifadə edəcəklər. Belə olan vəziyyətdə hakimiyyətə heç nə mane olmur və bu vasitəylə onlar seçki kodeksi məsələsində müxalifət qarşısında müəyyən güzəştlərə gedə bilərlər.
Ter-Petrosyan Sarkisyanın sınağını teatr tamaşası adlandırıb
Hakimiyyətin seçki islahatları adı altındakı bu addımları Ermənistan Milli Konqresinin lideri, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan tərəfindən "teatr oyunu" adlandırılıb".
Daha sonra qeyd edilir ki, Levon Ter-Petrosyan yerli özünüidarəetmə orqanlarına keçirilmiş seçkilərdən sonra anladı ki, seçki kodeksi böyük ehtimalla butaforiyaya çevrilir. Belə ki, hakimiyyət seçki texnologiyaları istiqaməətində yeni mərhələyə keçid edir: "Bu mərhələdə seçki nəticələri kodeksin pozulması ilə deyil, bilavasitə insanlara qarşı, etik qaydalara qarşı ciddi pozuntu kimi qiymətləndirilməlidir.
Əbəs yerə deyil ki, məhz yerli özünüidarəetmə orqanlarına keçirilmiş seçkilərdən sonra ictimaiyyət arasında ən çox müzakirə olunan söz "saxtakar" deyil, "xəyanətkar" ifadəsidir".
Rövşən RƏSULOV