PDF Oxu

Müxalifət

  • 3 605

Rəsul Quliyev müstəqilliyimizin əleyhinə çıxdı

image

Xaricdə ölkəmizə qarşı bəzi dairələrin hazırladıqları təxribatçı planların əsas provakatorlarından biri olan Rəsul Quliyev sosial şəbəkələrdə yazdığı statusda Azərbaycanın dövlət müstəqilliyinin əleyhinə olduğunu bir daha bildirib. R.Quliyev qeyd edib ki, guya Azərbaycan bu addımı (Müstəqillik aktının qəbul olunmasını) məcburiyyət qarşısında atıb. Hazırda ABŞ-da Azərbaycandan oğurlayıb apardığı pullarla neft maqnatına çevrilən, böyük biznes şəbəkələrinə malik olan R.Quliyevin bu formada növbəti dəfə mövqe ortaya qoyması başadüşüləndir. Çünki R.Quliyev 1991-ci ildə bütün ciddi-cəhdlə çalışırdı ki, Azərbaycan məhv olsun, müstəqil ola bilməsin. Elə XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə baş verən xaosun, vətəndaş müharibəsinin əsas səbəbkarlarından biri də bu adam idi. Həmçinin, 1991-ci il oktyabrın 18-də "Müstəqillik Aktı" qəbul olunan gün onun Ali Sovetin (Milli Məclisin) foyesində deputatları təhdid etməsi, bəzilərinə müstəqilliyin əleyhinə çıxacağı təqdirdə, pul verəcəyi ilə bağlı vədlər verməsi hər kəsin yadındadır. Onun oktyabrın 18-də qəfil yoxa çıxması da bu günə qədər sual altındadır? Sual olunur: Rəsul Quliyev harada idiniz ki, "Müstəllik Aktı" qəbul olunanda sizin tapşırığınızla yerinizə "bitərəflik düyməsi" basıldı.

R.Quliyev deyir: "Həmin dövrdə Azərbaycan rəhbərliyi müstəqilliyi elan etməzdən iki ay öncə Moskvada yaradılan QKÇP-ni dəstəkləyib. Bundan əvvəl isə həmin rəhbərlik referendum keçirərək Sovet İttifaqının tərkibində qalmaq istəyinə 80 faiz səslə dəstəkləmişdir.

Bu fikri bəlkə o vaxt Azərbaycanı fəlakət burulğanına salan, daha sonra iqtidara gələn AXC-Müsavat cütlüyünə ünvanlayasız!? Sizin işarə etdiyiniz, amma adlarını çəkməyə çəkindiyiniz cəbhəçilər və müsavatçılar, həqiqətən də, ötən əsrin 80-ci illərindən başlayaraq, rus "KQB"-sinin əsas casuslarına çevrilmişdilər. Bu tarixdir və bir vaxt o arxiv öz sözünü deyəcək. Məsələn, 26 yaşlı bir gəncin-Əli Kərimlinin hansı "xidmətləri" olmuşdu ki, AXC-Müsavat hakimiyyəti dövründə yüksək vəzifəyə təyin olunmuşdu!? Həmçinin, İsa Qəmbərin hələ ötən əsrin 70-80-ci illərində ictimaiyyət arasında "KQB" casusu (Lisa ləqəbli) olması bu gün də heç kimdə şübhə doğurmur. Bu adam Milli Məclisdə spiker postunu tutarkən bütün tapşırıqları xarici qüvvəllərdən alırdı. Buyurun, bu da "xidmətləri", bir-birini ardınca rayonlarımızı ermənilərə təslim etdilər.

R.Quliyev daha sonra naşılıq edərək yazır: "1918-ci ildə müstəqillik almaqda Azərbaycanın rolu az olduğu kimi, 1991-ci ildə ondan da az olub. Mənim fikirimcə, hamıdan sonra məcburi müstəqillik qəbul etməkdənsə, 1918-ci il 28 may Müstəqillik Aktı qüvvəyə minməli idi. Yenidən Müstəqillik Aktı qəbul etmək gülüncdür və həm də, əslində, müstəqillik tariximizi təhrif etməkdir". Əvvəla, R.Quliyevin savadsızlığı, tarixi saxtalaşdırdığı, düşmən dəyirmanına su tökdüyü göz qabağındadır. Bu adamın dediyindən belə çıxır ki, Azərbaycan Xalq Cumhuriyyəti yaradıldıqdan sonra ruslar bizim müstəqilliyimiz əlimizdən almayıblar.

Bəs 1920-ci il 28 aprel istilası nə idi? Bu işğal deyildimi? Azərbaycana qoşun yeridildi, ərazimiz işğal olundu və 70 il SSRİ-nin tərkibində işğalda qaldıq. "Hamıdan sonra məcburi müstəqillik qəbul etməkdənsə..." fikrinə görə isə Rəsul bəyə məsləhət görərdim ki, siyasi savadını artırsın və belə bir çətin vəziyyətdə müstəqillik qazanmağın nə demək olduğunu nəzərə alsın və həmin dövrün tarixi şəraitini düzgün qiymətləndirə bilsin. Yəqin R.Quliyevə onu da başa salmaq lazımdır ki, SSRİ-nin tərkibində olan ölkələr içərisində ən böyük qırğın (20 Yanvar faciəsi), məhz Azərbaycanda törədildi. Bizim xalqımız müstəqillik qazanmaq üçün daha çətin sınaqlardan keçdi. Bunu gecikmiş addım kimi qəbul edirsənsə... Müstəqilliyimizi gülünc adlandırmaq və bunu tarixi saxtakarlıq kimi, 25 ildən sonra, özü də xarici havadarlarının qucağında oturaraq səsləndirmək, sadəcə, axmaqlıq deyil, həm də doğma xalqına qarşı tutduğun düşmənçiliyin bariz nümunəsidir. Düzdür, bu müstəqillik sənə düşmədi, elə sənin kimi digər xəyanətkarlar da çıxdaş olundu. Belə də olmalı idi, ələkdən hər kəs süzüldü, kimisi sənin kimi dövlətinin pulunu oğurlayıb xaricə qaçdı, kimiləri bu günə qədər də içərimizdə oturub düşmən dəyirmanına su tökür, başqa biriləri də olmayan abır-həyalarına qısılıb bir küncə çəkildilər. Öz dili ilə desək, bu bədbəxt başa düşə bilmir ki, müstəqlliyi vermirlər, alırlar. Hər bir xalq özü bu müstəqilliyi əldə edib qoruyur. Bu, peşkəş deyil ki.

Samir

Digər xəbərlər