PDF Oxu

Müxalifət

  • 2 440

Əli Kərimlinin siyasi meymunçuluğu

image

TƏRS BAXIŞ

Yaxud AXCP sədrinin suallarla dolu lüzumsuz həyatı

Yəqin ki, siyasətlə maraqlanan insanların AXCP sədri Ə.Kərimlinin siyasi arenadakı naftalin iyi verən maneralarından xəbərdardır. Bu dəyişilməz maneralarda, daha çox diqqət çəkən amillərdən biri də onun istər hakimiyyət olsun, istərsə də onunla bərabər olmayan müxalifət - hər biri ilə rişxəndlə danışması cəhdləridir. Fəaliyyət və davranışlarında qeyri-ciddilik təsiri bağışlayan Ə.Kərimlinin sosial şəbəkə aludəçiliyindəki görüntüsü də istehzadoğurucu mənzərə yaradır. Peşəsini məsləkdaşlarını "lağ" etmək üzərində quran AXCP sədrinin bu cür davranışları müxalifət cameəsində açıq şəkildə siyasi meymunçuluq kimi də qiymətləndirilir. Əbəs yerə deyil ki, AXCP və "Milli Şura"nın mitinqləri sonradan sosial şəbəkədə gülüş hədəfinə çevrildi.

Kərimlinin dəyişməz və şübhəli davranışları onun psixiki pozğunluğunu aşkar olaraq sərgiləyir

Yaxud ölkədə həyata keçirilən hər hansı bir yenlik, hər hansı bir uğurlu cəhdə barmaqarası baxan Ə.Kərimli dərhal bu uğurlara kölgə salmaq üçün öz köhnə metodundan istifadə edir və dərhal "facebook"dakı "dostlarına" suallar ünvanlayır. Əlbəttə ki, baş verənlər fonunda Ə.Kərimlinin dəyişməz və şübhəli davranışları, onun psixiki pozğunıluğunu aşkar olaraq nümayiş etdirir.

Digər tərəfdən, Ə.Kərimliyə xoş gəlməyən budur ki, onun özünə ünvanlanan sualların əksəriyyətinin cavabsız qalması nə qədər yararsız siyasətçi olmasını sübuta yetirir. Fakt budur ki, Ə.Kərimli və ətrafı heç vaxt müstəqil siyasi qərarlar qəbul etməyiblər və zaman-zaman kənardan start fiti gözləyirlər. Bu, onların tam şəkildə buyruq qulu olmalarını təsdiqləyir.

Həyatını sərt tənqidlərə, başqalarını təhqirlərə həsr etmək, rəngləri görməkdən imtina etmək, özündən başqa heç kimi görməmək, özünə vurulmaq, cibində ayna gəzdirib, tez-tez camalına baxmaq xəstəlik əlamətidir

AXCP sədri elə sanır ki, hakimiyyətə qarşı radikallıq etmək onun siyasi fəaliyyətinin tərkib hissəsidir. Ancaq o biri tərəfdən, özü düşərgə daxilində parçalanmalar yaradıb, monopoliyaçılıq edir. Bu ünsür hələ də anlamır ki, radikallıq, birbaşa hakimiyyəti ən sərt sözlərlə tənqid etmək, təhqirlərə yol vermək, kiminsə şəxsiyyətini aşağılamaq yaxşı müxalifət olmaq demək deyil. Hətta bu, heç müxalifətçilik də deyil, bədbəxtçilikdir. Əslində, təş kilatların təmərküzləşməsi, inteqrasiya etməsi, bu və ya digər məsələlər ətrafında müzakirə açması, proqram hazırlaması çox yaxşı haldır. Oturub gözləməkdənsə, dərvişi-libas olub tənqidi şeir deməkdənsə, özündən başqa kimsəni bəyənməməkdənsə, digərlərinə don biçməkdənsə, fəallıq göstərib, nələrsə etmək daha yaxşıdır. Bu gün müxalifətdə kimin birinci, kimin ikinci, kimin üçüncü, kimin güclü, kimin zəif olduğunu müzakirə etmək, kimin həqiqi, kimin yalan olduğunu bəyan etmək natamamlıq kompleksidir. Ə.Kərimli bu məsələdə ən birincisidir və əsl natamamlıq kompleksidir.

Ümumiyyətlə, daha sərt tənqid etmək, təhqir etmək qəhrəmanlıq və əzabkeş olmaq demək deyil. Amma AXCP sədri hər zaman belə düşünüb. Bu adam qondarma siyasətinə o qədər qapılıb ki, onu şəxsi duyğuları ilə birgə sərgiləyir. Belə duyğulu siyasətlə isə heç də uzağa getmək olmaz. Gedilsə belə, buna siyasi meymunçuluqdan başqa ad vermək qeyri-mümkündür.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər