PDF Oxu

Müxalifət

  • 2 338

Əli Kərimli ilə Arif Hacılı arasında bu dəfə "siyahı davası" düşdü

image

AXCP ilə Müsavat arasında davam edən gərginlik son günlərdə yeni mərhələyə qədəm qoyub. AXCP və Müsavat bir-biri ilə əvvəllər, əsasən, "ana müxalifət" adına, bir-birilərindən "üzv oğruluğuna", "qrant yeyintilərinə" və s. görə düşmənçilik aparırdılarsa, bu gün vəziyyət daha da aqressiv. Hər iki partiya arasında "soyuq savaş"a səbəb olan digər məsələlər də ortaya çıxıb. Fürsət tapan kimi bir-birilərinə sarsıdıcı zərbələr vuran bu partiyalar arasındakı "savaş" sosial şəbəkələrdə də açıq-aydın görünür.

Yadınızdadırsa, oktyabrın ikinci ongünlüyündə Ə.Kərimliyə yaxınlığı ilə seçilən şəxslər qondarma "siyasi məhbus" siyahısı hazırlamışdılar. Özünü "hüquq müdafiəçi"ləri adlandıran bu şəxslər Azərbyacan dövlətinə olan düşmənçilik münasibətini ortaya qoyaraq, 94 nəfəri "siyasi məhbus" kimi təqdim etmişdilər. Lakin bu siyahı ortaya çıxdıqdan dərhal sonra Ə.Kərimlinin tapşırığı ilə 166 nəfərlik növbəti "siyasi məhbus" siyahısı hazırlandı. Heç şübhəsiz ki, Ə.Kərimlinin daha çox təxribatçı xarici dairələrin tapşırığı ilə təqdim etdiyi siyahı elə ona yaxınlığı ilə seçilən bir çox adamlarda da qıcıq yaratdı. Hətta Ə.Kərimlini "şəxsi düşmənçiliyini siyahıya köçürməkdə" ittiham edənlər də oldu. AXCP sədrinin cinayətkarları "siyasi məhbus" adı altında təqdim etməsi elə cəmiyyətimizdə də böyük təpkiyə səbəb oldu. Bir daha aydın oldu ki, Ə.Kərimli üçün "müxalifətçi olmaq" ilk olaraq vətənə, dövlətə, millətə xidmət etmək xəyanətdən keçir.

AXCP-də yaranmış acınacaqlı durumdan Müsavat partiyası, şəxsən A.Hacılı da yararlanmağa çalışdı. Müsavat başqanının tapşırığı ilə yeni bir siyahı hazırlandı və bu siyahıya Ə.Kərimliyə yaxın olan şəxslərin adları salınmadı. Müsavat başqanının müavini Səxavət Soltanlı məqalə yazaraq, həbs edilən dindarların bu siyahıya salınmasına etiraz edib, bunun strateji səhv olduğunu bildirib. O, hətta dindarların adının siyahıya salınmasını "savadsızlıq" adlandırdı. Ə.Kərimlidən əvvəl də özlərindən siyahı uyduran "hüquq müdafiəçiləri" "dindar"ların adını siyahıya salmamışdı. Görünən budur ki, Ə.Kərimli "dindarların" hərəkətləri üzərində özünə dividend və xal qazanmaq istəyir. Biz "Milli Şura"nın 11 sentyabr mitinqində bunun şahidi olduq. Bu mitinq siyasi aksiyanı deyil, daha çox dini hökmlərin, mərsiyyələrin oxunduğu əzadarlıq məclislərini xatırladırdı. A.Hacılının tapşırığı ilə siyahının hazırlanması isə AXCP sədrini əməlli-başlı özündən çxıarıb. AXCP funksioneri Natiq Ədilov müsavatçı Səxavət Soltanı və başqan A.Hacılını kəskin tənqid edib.

Göründüyü kimi, bu şəxslər uzun illərdir ki, özlərində formalaşdırdıqları "xarakterləri"nə sadiq qalırlar. "Siyahı"larla pul qazanmaq eşqinə düşən AXCP və Müsavatın bu addımı sırf xaricdən pul qazanmağa və yeni qrant mənbəyindən yararlanmağa ümid edirlər.

Samir

Digər xəbərlər