Hər zaman məni bir sual düşündürüb: Özlərini ictimai rəyə müxalifətin dədəsi, babası, anası kimi təqdim edənlərin "vicdandan", "insani dəyərdən", daha nə bilim nədən danışmaqla nəyi düşünürlər? İctimai rəy bunları həqiqətn də müxalifətin dədəsi, babası, anası kimi görürlər? Əgər belədirsə, bunların düşüncələri 0%-ə bərabərdir, yəni düşüncəsizdirlər, vəssalam! Çünki ucuz, xəyanətkar və səviyyəsiz ömür sürən Ə.Kərimli, İ.Qəmbər, L.Yunus, X.İsmayıl... daha nə bilim, ... sürüsü bu gün din pərdəsi altında terrorçu "Müsəlman Birliyi" Hərəkatı təşkilatının sədri Taleh Bağırzadənin "Nardaran işi" üzrə məhkəmə prosesinə dəstək olmaq üçün hər cür alçaqlığa gedəcəklərini bildirirlər.
Azərbaycanı tərk etdikdən sonra uzun müddət susqun qalan L.Yunusun yenidən səsinin gəlməsi də təəccüb doğurmur. Sülh və Demokratiya İnstitunun direktoru Avropaya köçdükdən sonra, necə deyərlər, "dirilməsi" də təəcüb doğurmur. Çünki bu gün Azərbaycan ictimaiyyətinə L.Yunusun kim olduğu bəllidir. L.Yunusun Azərbaycan xalqı və dövləti əleyhinə apardığı təbliğat kampaniyası ermənipəst qüvvələrin ölkəmizə qarşı törətdiyi məkrli əməllərdən heç də fərqlənməyib. Həbsdən azad olunmasına görə, təşəkkürlər etmək əvəzinə, yenə də xarici havadarlarının istəklərini yerinə yetirməyə cəhdlər göstərir. Bir də pozucu əməllərini sifarişlə həyata keçirən şeytan cildində olan T.Bağırzadəni müdafiəsinə qalxması heç də təəccüb doğurmadı. Çünki hər ikisi şeytanla belə iş birliyi qurmaqdan çəkinməyən ünsürlərdir. Hər ikisi bir medalın iki üzüdür. Ancaq T.Bağırzadə kimi din dəllallarını müdafiə edən L.Yunus kimilər bilməlidir ki, cinayətkar törətdiyi cinayət əməllərinə görə cəzasını çəkməlidir.
Araz Əlizadə: "Leyla Yunus "Vətən" və "namus" anlayışı olmayan tamahkar və eqoist qrantyeyəndir"
"Mən Allaha minnətdaram ki, 1991-ci ildə L.Yunusu mənim təşəbbüsüm ilə Azərbaycanın Sosial-Demokrat Partiyasının sıralarından kənarlaşdırdılar. O, elə əvvəldən ölkəmizə qarşı işləyən böyük ambisiyalı tamahkar və eqoist qadındır". Bu sözləri qəzetimizə ASDP-nin sədri Araz Əlizadə bildirib.
Onun sözlərinə görə, ilk dövrlərdə L.Yunus Azərbaycan Xalq Cəbhəsinin sıralarında "daldalanırdı", lakin ifşa olunduqdan və ona qarşı təqiblərin başlanmasından sonra ASDP-nın sıralarına keçdi: "Çox tezliklə biz başa düşdük ki, L.Yunusun fəallığı sosial- demokratların mövqeyinin möhkəmləndirilməsinə deyil, şəxsi maraqlarının təmin edilməsinə yönəlib. Çünki "Vətən" və "namus" anlayışı bu qadın üçün heç bir əhəmiyyət kəsb etmir. Bir də eyni xislətlilərin bir araya gəlməsi təbiidir".
A.Əlizadənin sözlərinə görə, dünyada Azərbaycanın nailiyyətlərinə qısqanclıqla yanaşan və insan adlandırmaqda çətinlik çəkdiyim qrantyeyənləri maliyyələşdirməyə daim hazır olan qüvvələr həddindən artıq çoxdur: "Bugünkü Azərbaycanda inkişaf və tərəqqi göz qabağındadır, əhalinin rifahı isə yaxşılaşmaqdadır. Ölkəmizin beynəlxalq nüfuzu da daima artmaqdadır ki, bu da Azərbaycanda Ermənistanın bənzərini görmək istəyən Qərb dairələrində, birmənalı olaraq, qəbul olunmur. Bilirsiniz ki, ermənilər Yunusun qayınanasının milliyyətcə erməni olduğunu bildikləri üçün onu "milli qəhrəmana" çevriblər, bu gün də L.Yunus yenidən "siyasi mübarizəyə" geri döndüyünü bəyan edərək, "Müsəlman Birliyi" Hərəkatının lideri, terrorçuluqda ittiham olunan T.Bağırzadəyə "şanlı" məktub yollayaraq, ona qahmar çıxır". Görürsünüz, məhz ölkə rəhbərliyinin bariz humanizm aktından yararlanaraq, azadlığa buraxılan zaman L.Yunus bu işdə xidməti olan tərəflərə ömrünün sonuna qədər minnətdar olduğu halda, yenə də hansı xislətdə olduğunu nümayiş etdirir. O, unudub ki, pislər o və T.Bağırzadə, eləcə də onları dəstəkləyənlər, yaxşılar isə, məhz humanistlik nümayiş etdirib onu azadlığa buraxanlardır! Bir də qozbeli qəbir də düzəldə bilməz. Bu yerdə beləsinə ay b... desən azdır".
Son olaraq, birmənalı şəkildə demək olar ki, L.Yunus kimilərin T.Bağırzadə kimi xarici kəşfiyyat nökərini bu cür qiymətləndirməsi "yekə" erməniyə məxsus dünyagörüşüdür.
Rəfiqə HÜSEYNOVA