"Qondarma "siyasi məhbus" siyahılarını hazırlayanlar bunu böyük pulların qarşılığında edirlər"
Azərbaycanda xaos yaratmaq arzusunda olan məkrli xarici qüvvələr son günlərdə növbəti təxribatçı planlarını işə salıblar. Ermənipərəst, dünyada terroru maliyyələşdirən bəzi dairələrin ölkəmizdəki quluna çevrilən AXCP və Müsavat bu dəfə qondarma "siyasi məhbus" siyahıları hazırlamaqla daha böyük pulları mənimsəməyə ciddi-cəhdlə çalışırlar. Şübhəsiz ki, maddi maraqdan əlavə bu, həm də özünü "ana müxalifət" adlandıran, əslində isə, siyasi provokatorların cəmləşdiyi qrupların uzun illərdir ermənipərəst dairələr qarşısında götürdüyü öhdəliklərdir. Son bir həftə ərzində AXCP sədri Ə.Kərimlinin diktəsi ilə bir neçə qondarma siyahılar hazırlanıb və ilk olaraq, bu siyahılar bir daha dəqiqləşdirmək üçün xarici havadarlarına göndərilib. Təsadüfi deyil ki, Qənimət Zahidin aparıcısı olduğu "Azərbaycan saatı" proramında hər gün yeni bir qondarma "siyası məhbus" siyahısı açıqlanır. Hətta buna görə Q.Zahidlə Ə.Kərimli arasında narazılıqlar da yaşanıb. Çünki Ə.Kərimlinin xaricə göndərdiyi siyahı, məhz Q.Zahid vasitəsi ilə "məsləhət masası"na qoyulur. Ə.Kərimlinin bir neçə gün əvvəl hazırlatdığı qondarma siyahıda 194 şəxsin adı var. Adı siyahıda olan insanların bir çoxu ağır cinayətlər törətmiş, dövlət maraqlarımızı satmış, xarici təxribatçı qrupların Azərbyacanda əlaltılarına çevrilərək ölkəmizdə xaos yaratmağa cəhd etmiş, narkotik ticarəti ilə məşğul olmuş, "din" pərdəsi adı altında silahlı dəstələr yaratmış və s. şəxslərdir. Bundan başqa, Müsavat partiyası da məzmunca eyni, lakin say fərqi olan qondarma "siyasi məhbus" siyahısı hazrlayıb. Bu adamların qeyri-səmimiliyi, saxtakarlığı ondan bilinir ki, cəbhəçilər müsavatçıları, müsavatçılar da cəbəhçiləri siyahıya salmayıb. Necə deyərlər, Müsavatın "siyasi məhbus" adlandırdığı şəxs AXCP üçün adi cinayətkardır. Eləcə də AXCP-nin "qəhrəman" kimi təbliğ etdiyi, "siyasi dustaq" kimi qələmə verdiyi şəxs də Müsavat üçün cinayətkardan başqa bir şey deyil. O zaman bu adamların qondarma siyahıları cəmiyyətimizə sırımağa çalışdıqlarını heç cür qəbul etmək olmur. Əslində, bu siyahıların hazırlanmasında məqsəd nədir? Dağıdıcı müxalifət son günlərdə bu tipli qondarma siyahılar hazırlamaqla nəyə nail olmaq istəyir? Bütün bu suallara cavab almaq üçün ekspertlərin fikirlərini soruşduq.
Siyasi şərhçi Ülvi Məmmədov "SƏS" qəzetinə açıqlamasında bildirib ki, AXCP-Müsavat zaman-zaman bu tip qondarma siyahılar hazırlayıblar: "Əvvəla, bu adamlar qondarma "siyasi məhbus" siyahıları ilə böyük məbləğdə gəlir, onların öz dilləri ilə desək, qrantlar əldə edirlər. Bundan başqa, insan hüquqlarının "müdafiəsi" ilə məşğul olan bir neçə təşkilat dağıdıcı müxalifətin bu siyahılarından bir baza kimi, "donos" kimi yararlanırlar. Yəni Azərbaycan haqqında açıqladıqları hesabatı diqqətlə oxusanız görərsiniz ki, həmin təşkilatlar sanki "Azadlıq" qəzetinin fikirlərini olduğu kimi təqdim edirlər. Həmçinin, AXCP-Müsavatdan bütün bunlar tələb olunur. Məsələn, "Milli Şura"nın 11 sentyabr və 17 sentyabr, Müsavatın isə 18 sentyabr mitinqləri konkret olaraq anti-Azərbaycan qüvvələrin sifarişi idi. Radikal müxalifət bu mitinqləri keçirməyə bilməzdi. Bu da növbəti yersiz addımdır, heç bir effektə malik olmayan hərəkətlərdir. Çünki Azərbaycanda cinayət törətmiş şəxs öz daxili qanunlarımız qarşısında cavab verir. Qanunlarımızın cinayətkar kimi tanıdığı şəxs hansısa dairənin marağına uyğun deyilsə, bu onların öz işidir. Heç kimə hesabat vermək məcbuyiyyətində deyilik".
Məsələ ilə bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlu da bildirib ki, əslində, siyahı tərtib etmək və mümkün qədər ora daha çox adamın adını əlavə etməkdə məqsədin nə olduğunu siz məndən də yaxşı bilirsiniz: "Bu, hər hansı bir üstünlük yaratmır. Bizim bu siyahıları hazırlayan hüquq "müdafiəçiləri" ilə hər hansı bir kontaktımız yoxdur. Ancaq o böyük-böyük siyahıları yazanlar bunu pul qarşılığında edirlər".
Samir