PDF Oxu

Müxalifət

  • 30 947

Dağıdıcı müxalifət "siyasi məhbus" biznesinə girişib

image

Dağıdıcı müxalifət bu dəfə qondarma "siyasi məhbus" siyahıları dərc etməklə növbəti uğursuz planlarını işə salıb. "Siyasi məhbus" məsələsini özləri üçün gəlirli biznes sahəsinə çevirən, varlanmaq, qrant almaq ehtirası ilə yanan, eyni zamanda, dünya ictimaiyyətinin diqqətini cəlb etmək istəyən, özlərindən "demokratik" obraz yaratmağa cəhd edən dağıdıcı müxalifətin iflasının sonudur. Aşığın sözü qurtaranda, necə "dalay-dalay" deyirsə, radikal müxalifət də nə danışdığını və necə hərəkət etdiyini bilmir. Radikal müxalifət də eyni vəziyyətdədir. Bu "qüvvələr" çox gözəl başa düşürlər ki, cəmiyyətin onlara zərrə qədər etibarı, inamı yoxdur, əksinə, öz hərəkətləri ilə ikrah doğururlar. Elə buna görə də, son vaxtlar tamamilə tükənən, iflas edən dağıdıcı müxalifət "boz" fikirləri, şər-böhtanları ilə insanları təhqir edir, cəmiyyətimizdə çaşqınlıq yaratmağa çalışır, öz nəzarətlərində olan mətbu orqanlarda şərəfli insanların həyat və fəaliyyət yoluna kölgə salmağa cəhd edir. Heç şübhəsiz ki, böhtan ayaq tutsa da, yerimir və "ağ"ları "qara"larla ləkələmək mümkün deyildir. Öz "qara"sı ilə cəmiyyətə bulaşdırmağa çalışan bu adamların susdurulması üçün də elə son sözü xalq deyəcək. Necə ki, vaxtilə AXC-Müsavat cütlüyü iqtidarda olarkən torpaqlarımızı ermənilərə peşkəş verdiklərinə, dövlət büdcəsini məhv etdiklərinə və ölkədə xaos yaratdıqlarına görə xalq bu adamları süpürüb zibiliyyə atdı. Görünən budur ki, bunların yenidən "süpürülüb" zibilliyə atılmağa ehtiyacları var. Çünki son illərdə xarici təxribatçı, ermənipərəst dairələrin dəstəyi ilə müəyyən qədər "qol-qanad" açıblar. Ə.Kərimlinin tapşırığı ilə "Azadlıq" qəzetinin redaktoru Rövşən Hacıbəyli və "hüquq müdafiəçisi" Oqtay Gülalıyevin "siyasi məhbus" məsələsində canfəşanlıq göstərməsi başadüşüləndir. Çünki hər ikisi həbs olunan cinayətkarların ailə üzvlərindən külli miqdarda pul alaraq, onların adlarını heç bir məna kəsb etməyən çirkili siyahılarına salırlar.

Dağıdıcı müxalifətin qondarma "siyasi məhbus" siyahılarına münasibət bildirən politoloq Mirsamir Məmmədov "Səs" qəzetinə açıqlamasında bildirib ki, radikal müxalifətin ənənəvi siyasi xətti cinayətkarlardan məqsədli şəkildə "siyasi məhbus" obrazı yaratmağa çalışmaqdır: "AXCP və Musavat partiyaları bu ənənəvi siyasəti davam etdirməyə çalışırlar. Xüsusilə, AXCP üzvü olan gənclərin "fəaliyyəti" tamamilə radikalizmə söykənir. Onlar elə hesab edirlər ki, istədikləri cinayəti törədə bilərlər, ancaq məsuliyyət daşımamalı və qanun qarşısında cavab verməməlidirlər. Hətta polislə əlbəyaxa olmaq qəsdən polisə müqavimət göstərmək məmurların ünvanına məqsədli şəkildə küçə kəlmələri ilə təhqiramiz ifadələrin işlədilməsi AXCP gənclərinin ənənəvi "siyasi fəaliyyət" prinsipidir. Cəbhəçilər radikalizmi özlərinə həyat tərzi seçiblər. Onlar düşünürlər ki, narkotikdən də, silahdan da istifadə edə bilərlər, qanunlarımızı tapdalaya bilərlər, bütün "fəaliyyət"lərini şər-böhtan üzərində qura bilərlər, ancaq cinayət məsuliyyətinə cəlb oluna bilməzlər. Bu düşüncə tərzi iki faktordan qaynaqlanır. Birincisi, bu iyrənc üsullarla AXCP rəhbərliyi gəncləri cinayət törətməyə vadar edərək, həbs olunmaslarına çalışır ki, söyüş təhqir və hər hansısa bir cinayət əməlinə görə həbs olunan birisini dərhal bütün dünyaya "siyasi məhbus" olaraq təqdim etsinlər. Eyni zamanda bu üsulla Azərbaycan haqqında mənfi imic formalaşdırılmağa çalışılır. İkincisi, digər ən mühüm məsələ isə, dağıdıcı müxalifət qondarma "siyasi məhbus" siyahılarından biznes məqsədilə istifadə edir və böyük pullar qazanırlar. Bu, sırf "siyasi məhbus" biznesidir. Radikal müxalifət bütün bu saxta və məkrli oyunlarla düşmən dəyirmanına su tökür və milli maraqlarımızı satmaqla məşğuldur".

Samir

Digər xəbərlər