Müxalifət

  • 14 278

"RATİ" rəhbəri Emin Hüseynov yenə də erməniyə arxalanır

image

"Emin ermənilər tərəfindən alqışlandı, ancaq o da, ermənilər də cavablarını aldılar"

Hazırda İsveçrədə yaşayan "Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu"nun direktoru Emin Hüseynov öz doğma vətəninə - Azərbaycana qarşı növbəti təxribatçı addım ataraq ermənilərlə həmrəylik nümayiş etdirib. Belə ki, Polşanın paytaxtı Varşavada ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisi tərəfindən illik Zirvə Toplantısı keçirilib və toplantıda iştirak edən E.Hüseynov erməni işğalına açıq şəkildə haqq qazandırıb. Ermənistanın Polşadakı səfiri Edqar Vardanyan da tədbir iştirakçıları arasında olub. Yeri gəlmişkən, bir məlumatı da nəzərinizə çatdıraq ki, E.Hüseynovun erməni səfirlə yaxın dostluq münasibətlərinin mövcudluğu da bu tədbirdən sonra bütün detalları ilə üzə çıxmış oldu. Toplantı çərçivəsində təşkil olunan "Demokratik institutlar və onların fəaliyyəti" mövzusunda ilkin müzakirələrdə E.Hüseynov Azərbaycan dövlətini tənqid edib və Ermənistanın işğalçı siyasətinə açıq dəstəyini bəyan edib: "Qarabağ müharibəsi zamanı erməni jurnalistlər öldürülüb. Bütün bunlara göz yummaq olmaz. Azərbaycan xalqı, istənilən halda, Ermənistan tərəfi ilə barışığa hazırdır. Ancaq Azərbaycan hakimiyyəti bu barışığa imkan vermir".

Tədbirdə ağ yalanlar danışan, eyni zamanda, Azərbaycan iqtidarını qərəzli şəkildə tənqid edən, ermənilərin maraqlarını Azərbaycanın dövlət maraqlarından açıq şəkildə üstün tutaraq, düşmən mənafeyini müdafiə edən E.Hüseynovun çıxışı tədbirdə iştirak edən ermənilər tərəfindən xüsusi rəğbətlə qarşılanıb. Erməni səfir E.Vardanyan E.Hüseynovu ayaq üstə qarşılayıb. Səfir E.Vardanyan da çıxışında Emin Hüseynova dəstəyini nümayiş etdirərək, vurğulayıb ki, guya Azərbaycan Ordusu Qarabağ müharibəsi zamanı erməni jurnalistlərinə də atəş açıb.

Təbii ki, sapı özümüzdən olan, milli satqın E.Hüseynovun çıxışı cavabsız qalmayıb. Həmin tədbirdə iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov və hüquq müdafiəçisi Azər Həsrət erməni səfirin və E.Hüseynovun uydurma çıxışlarına cavab veriblər. Ə.Şahidov Azərbaycana qarşı bu cür yalan və təxribat xarakterli bəyanatları pisləyib və ABŞ-ın ATƏT-dəki nümayəndəsinə də öz iradını bildirib. A.Həsrət isə E.Hüseynova müraciət edərək deyib ki, onun Azərbaycan dövləti və xalqı əleyhinə çıxışları ilə erməni tərəfinin çıxışlarında heç bir fərq hiss olunmur: "Erməni tərəfi iddia edir ki, guya Qarabağ döyüşlərində erməni jurnalistləri öldürülüb və sairə. Bütün bunlar yalan və cəfəngiyatdır. Əksinə, Qarabağ döyüşlərində azərbaycanlı jurnalistlər erməni terrorçuları tərəfindən öldürülüb. Buna misal olaraq azərbaycanlı jurnalistlər Alı Mustafayevi, Salatın Əsgərovanı və digərlərinin adlarını çəkmək olar".

Bir faktı da nəzərnizə çatdıraq ki, ATƏT-in sözügedən tədbirində E.Hüseynov Ermənistan nümayəndə heyəti ilə yanaşı əyləşib, fasilələrdə də onlarla söhbətlər edib. Digər məlumatlara görə isə, E.Hüseynovun rəhbəri olduğu "RATİ"-nin maliyyələşməsində Ermənistanın Polşadakı səfiri Edqar Vardanyanın böyük rolu var. İsveçrənin, Niderlandın müvafiq qurumları, hətta kökü birbaşa Ermənistan iqtidarına bağlı olan biznes təşkilatları "RATİ"-yə daha çox maliyyə ayırır. Oxucularımız yəqin ki, bir neçə il bundan öncə "RATİ"-yə müxtəlif mənbələrdən ayrılmış 1 milyon 500 manat "qrant" haqqında məlumatlıdırlar. Elə bunu nəticəsidir ki, E.Hüseynov aldığı çirkli pulların müqabilində Azərbaycan dövləti haqqında qarayaxma kampaniyası aparır. Bu azmış kimi, erməni işğalına haqq qazandırır və guya Qarabağın ermənilərin dədə-baba torpağı olması haqqında sərsəm fikirlər ortaya qoyur.

Samir

Digər xəbərlər