PDF Oxu

Müxalifət

  • 9 441

Dağıdıcı müxalifət düşərgəsində "siyasi məhbus" davası

image

Qondarma "siyasi məhbus" siyahılarını hazırlayanlar bunu böyük pulların qarşılığında edirlər

Azərbaycanda xaos yaratmaq arzusunda olan məkrli xarici qüvvələr təxribatçı planlarını həyata keçirərkən sapı özümüzdən olan baltalardan istifadə etməyə çalışırlar.

Dağıdıcı müxalifət düşərgəsi nə zaman mövzu sarıdan qıtlıq yaşayırsa, saman çöpündən yapışan kimi, dərhal "siyasi məhbus" məsələsinə üz tutur. Əgər belə demək mümkünsə, bu mövzu artıq onların gündəlik həyatında nəfəslik rolunu oynamağa başlayıb. Söhbət heç də hansısa məhkumun hüquqlarını müdafiə etmək istəyindən getmir. Çünki bu məsələ "siyasi məhbus" alverçilərini zərrə qədər də düşündürmür, onları yenə də Qərbdəki konkret donor təşkilatlarından külli miqdarda qrant almaq və varlanmaq ehtirası maraqlandırır.

Son həftələrə diqqət yetirsək görərik ki, AXCP sədri Ə.Kərimlinin diktəsi ilə bir neçə qondarma siyahı hazırlayaraq bu siyahıların bir daha dəqiqləşdirilməsi üçün xarici havadarlarına göndərilib. Təsadüfi deyildir ki, Qənimət Zahid də aparıcısı olduğu "Azərbaycan saatı" proramında hər gün yeni bir qondarma "siyası məhbus" siyahısı açıqlanır. Hətta buna görə Q.Zahidlə Ə.Kərimli arasında narazılıqlar da yaşanıb. Çünki Ə.Kərimlinin xaricə göndərdiyi siyahı, məhz Q.Zahid vasitəsilə "məsləhət masası"na qoyulur. Ə.Kərimlinin bir neçə gün əvvəl hazırlatdığı qondarma siyahıda 194 şəxsin adı var. Bundan başqa, Müsavat partiyası da məzmunca eyni, lakin say fərqi olan qondarma "siyasi məhbus" siyahısı hazrlaması yaranmış gərginliyin artmasına səbəb olub. Nəticədə, cəbhəçilər müsavatçıların, müsavatçılar da cəbəhçilərin siyahısını qəbul etmirlər.

Əli Kərimli və "Milli Şura" Xədicəgilin siyahısını "iqnor etdi"

Digər ziddiyyət isə, "Azadlıq" radiosunun keçmiş əməkdaşı, qondarma hüquq müdafiəçisi Xədicə İsmayılın başçılıq etdiyi dəstənin hazırladığı siyahıdır. Qeyd etmək istərdik ki, beynəlxalq hüquqda "siyasi məhbus" ifadəsi ilə bağlı fikir ayrılıqları mövcud olsa da, ümumi qəbul olunmuş anlayış bundan ibarətdir ki, əgər bir şəxsin azadlıqdan məhrum edilməsi tam olaraq siyasi səbəblərlə əlaqədardırsa, həmin şəxs "siyasi məhbus" hesab olunur. Məhz bu baxımdan da, Azərbaycanda "siyasi məhbus" yox, konkret hansısa cinayət törətmiş və buna münasib də məhkum olunmuş insanlar var. Eyni zamanda, Azərbaycan 2001-ci ildən Avropa Şurasının tamhüquqlu üzvüdür. Bu isə, o deməkdir ki, biz Avropa İnsan Haqları Məhkəməsinin yuridiksiyasına daxilik və onun qəbul etdiyi qərarlar ölkəmizdə hüquqi qüvvəyə malikdir. Belə olan halda, əgər kimlərsə məhkəmələrin qəbul etdiyi qərarlardan narazıdırlarsa, o zaman öz hüquqlarını AİHM-də müdafiə edə bilərlər. Dağıdıcı müxalifətə isə bu yol sərf etmir və hər kəs istədiyi siyahını tərtib edir. Bu isə bir-biriləri arasında ziddiyyətlərin baş verməsinə səbəb olur. Ötən həftə X.İsmayılın başçılıq etdiyi dəstənin hazırladığı siyahı ilə yanaşı, Leyla Yunus, Oktay Gülalıyev və Elşən Həsənov tərəfindən iddia olunan yeni "siyasi məhbus" siyahısının ortaya çıxması bəzi radikal müxalifət funksionerlərinin münasibətlərdə fərqli mövqe ortaya çıxarıb. Ən maraqlısı isə, AXCP və "Milli Şura"nın L.Yunusun siyahısına açıq dəstək verərək X.İsmayılın dəstəsinə arxa çevirməsi olub. C.Həsənli bu siyahının natamam olduğunu, Ə.Kərimli isə özünün, faktiki olaraq, idarə etdiyi "Azadlıq" qəzetində L.Yunusun siyahısının geniş təbliğatını aparsa da, ikincilərin "siyasi məhbus" siyahısı ilə bağlı xəbərlərin işıqlandırılmasına "veto qoydu".

Məsələ ilə bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlu da bildirib ki, əslində, siyahı tərtib etmək və mümkün qədər ora daha çox adamın adını əlavə etməkdə məqsədin nə olduğunu siz məndən də yaxşı bilirsiniz: "Bu, hər hansı bir üstünlük yaratmır. Bizim bu siyahıları hazırlayan hüquq "müdafiəçiləri" ilə hər hansı bir kontaktımız yoxdur. Ancaq o böyük-böyük siyahıları yazanlar bunu pul qarşılığında edirlər".

Xədicə İsmayıl: "Əli Kərimli və Cəmil Həsənli araqarışdıranlardır"

Göründüyü kimi, "demokratiyadan" danışan bu əqidəsizlərin iç üzü həmişə özləri tərəfindən sübuta yetirilir. Dünənə kimi, Ə.Kərimlinin "sağ" əli olan X.İsmayıl bu gün AXCP sədrini əqidəsiz adlandıraraq, Ə.Kərimlinin qranta görə sağ qulağını sol əli ilə qaşımaq həvəsinin qursağında qaldığını bildirib: "Xədicənin təbirincə, Ə.Kərimli və C.Həsənli araqarışdıranlardır. O, növbəti şərhində fikrini bu sözlərlə ifadə edib: "Ambisiyaları var e, ağılları yoxdur. Sınıq barmağa tibbi yardım göstərməkləri yox, qoyasan elə ara qarışdırsınlar".

Göründüyü kimi, qrant və pul ehtirasi dağıdıcı düşərgədəkilərin düşmən olmaları üçün yetərlidir. Amma kim öz siyahısını "donorlara" sırıya bilsə, Molla Nəsrəddin demiş, "zurnanı da o çalacaq".

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər