TƏRS BAXIŞ
Yaxud AXCP sədrinin erməni sevgisinə dəstək verən "Meydan tv" murdarlığı
AXCP sədri Əli Kərimlinin Almaniyada fəaliyyət göstərən və əsas fəaliyyətini anti-Azərbaycan xarakterli mövzular üzərində quran "Meydan TV"yə müsahibəsi zamanı növbəti dəfə erməni maraqlarından çıxış etməsi bir daha sübut etdi ki, bu "adam" aldığı pullu sifarişlər əsasında, hətta ən yaxın adamlarını belə pis vəziyyətdə qoyar. Məsələ ondadır ki, xalqımızın qaysaq bağlamayan yarası olan Qarabağ mövzusundan danışarkən, AXCP sədri milli-strateji baxışları bir kənara qoyaraq, bilavasitə, ermənilərdən yana ifadələr işlədib. Daha dəqiq desək, hər vəchlə güclü Azərbaycanı zəif Ermənistan qarşısında "aciz" göstərməyə çalışıb. Söz yox ki, Ə.Kərimlinin bənzər addımları ilk dəfə deyil ki, təkrarlanır. Ümumiyyətlə, o, hətta ümummilli maraqlar kontestində hakimiyyət-müxalifət dialoqlarından imtina edərək, yalnız erməni lobbisinin dəstəyi ilə fəaliyyət göstərən Qərb qurumlarının göstərişlərinə nökərçilik edib. Bu baxımdan, AXCP sədrinin xəyanətkar addımları kimsədə təəccüb hissi oyatmasa da, onun barəsində mövcud olan faktlar mütləq yazılmalı, həmin faktlar ictimai rəyin diqqətinə çatdırılmalıdır. Ən azından, gələcək nəsil bilməlidir ki, bu ölkənin düşmənləri yalnız ermənilər deyil və xalqın içindən də Kərimli timsalında satqınlar çıxıb.
Sözgüdən müsahibəsində bu "adam" açıq-aşkar cəbhə xəttində ermənilərin təxribat törətdikləri vaxt sözügedən müsahibəsini verməklə, bir növ işğalçı ölkəyə stimul verib. Məqsəd isə bəllidir: Azərbaycan cəmiyyəti və ordusuna inamsızlıq aşılamaq, qüdrətli ordunun gücünü xalqın nəzərində aşağılamaq!
Bəli, məhz bu "adam" bir tərəfdən hakimiyyətə iddialı olduğunu sərgiləyir, digər tərəfdən bunun üçün "Meydan TV" kimi xəyanətkar, erməni nökəri olan qurumlarla əlbir olur. Bütün bunlar isə heç də təsadüf sayılmamalıdır. Çünki Ə.Kərimli hər dəfə Dağlıq Qarabağdan danışanda guya özü də bilmədən "səhvlər" buraxır, bununla da erməni lobbisinə nökərçilik vəzifəsini yerinə yetirir. Xatirinizdədirsə, AXCP sədri aprel savaşında Azərbaycan Silahlı Qüvvələrinin müzəffər qələbəsinə də bənzər tərzdə kölgə salmağa cəhdlər göstərmilşdi...
Bu məsələdə daha bir amil Ə.Kərimlinin ölü siyasətçi görkəmindən çıxmaq cəhdləridir. Çünki bu gün onu və ətrafını tanıyanların hər biri yaxşı bilir ki, AXCP sədrinin siyasi fəaliyyəti yox səviyyəsindədir və ayaqda qalmasına səbəb sosial şəbəkələrdə yazdığı "ağıllı" statusları, eləcə də "Meydan TV" kimi murdar telekanalizasiyalara müsahibə verməsidir. O cümlədən, onun "söyüş qrupu"dur ki, onu tənqid edənlərə şər-böhtanlar, olmazın həqarətlər yağdırırlar. AXCP sədrinin "siyasəti" yalnız bu cür nalayiqliklərlə, şərəfəsizlik və mənəviyyatsızlıqlarla boldur. Belə ünsürlərin isə, əslində, Azərbaycanda yaşamağa, bu ölkənin çörəyini yeyib, suyunu içməyə haqqı yoxdur. Onun bütün bu kimi xəyanətkarlıqlarından, satqınçılıqlardan sonra hələ də ölkə vətəndaşı kimi qalması ictimai rəydə suallar yaradır...
Rövşən RƏSULOV