PDF Oxu

Müxalifət

  • 2 292

Müxalifət düşərgəsində qarşıdurma dərinləşib

image

Niyaməddin Orduxanlı: "Artıq Əli Kərimli AXCP-də heç kəsə inanmır və öz tələbə oğlunu bu prosesə cəlb edir"

Son vaxtlar xarici maraqlı qüvvələrdən maddi və mənəvi dəstək alan dağıdıcı müxalifətin yarıtmaz ünsürləri xaricu turnerlərə çıxmağı intensivləşdiriblər. Daha doğrusu, "Mili Şura"nın və Müsavatın ələbaxan funksionerləri sanki bir-biri ilə yarışa giriblər kimi xaricə səfərlər edirlər. Gah Arif Haclı, gah da Cəmil Həsənli müxtəlif ölkələrə səfər edib, orada Azərbaycan əleyhinə şər və böhtan xarakteli fikirlər səslndirir, bəyanatlar verirlər. BAXCP sədr müavini Niyaməddin Orduxanlı "Səs" qəzetinə açıqlamasında bildirdi ki, bunların tez-tez xarici ölkələrə səfərlər etmələrinin arxasında xaricdən maliyyə yardımları alması durur: "Hər zaman "Milli Şura", bütövlükdə C.Həsənli, Ə.Kərimli beynəlxalq təşkilatların sözçüsüdür. Bunları istiqaməti o yönümdə olub ki, beynəlxalq təşkilatların, beynəlxalq qurumların istənilən vaxtı mövqeyini müdafiə ediblər və onların maraqlarından çıxış ediblər. Belə olan halda da, beynəlxalq təşkilatların da onlara maliyyə yardımları ayırması heç kim şübhə etmir. Bu maliyyə yardımları da müxalifət düşərgəsində təmsil olunan şəxslərə müxtəlif yollarla edilir. Zaman-zamanda müxalifət düşərgəsini təmsil edən liderlər diplomatik korpuslarla, beynəlxalq təşkilatların xaricdəki ofislərində görüşlərə dəvət olunurlar və həmin görüş ərəfələrində də bunlar, əsasən, maliyyə vəsaitinin əldə olunmasına çalışırlar. Demək olar ki, artıq Ə.Kərimli AXCP-də heç kəsə inanmır və öz tələbə oğlunu bu prosesə cəlb edir. Yəni oğlu öz vəsaiti hesabına həmin təşkilatların nümayəndələri ilə xaricdə görüşlər şəkil edir. Məhz oğlunun görüşündə də, əsasən, maliyyə məsələlərinin əldə olunması variantları müzakirə olunur". "Müxalifət xarici qüvvələrdən hansısa maddi-mənəvi dəstək almaqla, özlərinə nüfuz qazana bilərmi" sualını cavab olaraq N.Orduxanlı bildirdi ki, xaricdə olan qüvvələr müxalifət təmsilçilərinə ondan ötrü maliyyə yardımları edirlər ki, onlar ölkəmizdə məkrli planlar həyata keçirə bilsinlər: "Xarici qüvvələr müxalifət təmsilçilərindən bir vasitə kimi istifadə etməyə çalışırlar. Xarici qüvvələr o müxalifət təmsilmilərindən istifadə edirlər ki, bir dediklərini iki edilməsinlər". N.Orduxanlı sonda onu da bildirdi ki, ümumiyyətlə, müxalifət düşərgəsini təmsil edən partiya rəhbərlərinin biri- birinə qarşı olan şəxsi ambisiyaları müxalifətin bu cür vəziyyətə düşməsinə gətirib çıxarıb: "Hər zaman müxalif partiya sədrlərindən biri digərindən üstün olsun deyə, hər yola əl atıb və atır. Bu baxımdan da, müxalifət daxilində olan qarşıdurmalar AXCP və Müsavat partiyası ilə bağlıdır. Bu gün siyasi müxalifət düşərgəsində qarşıdurma çox dərinləşib. Demək olar ki, onlar bir-birlərini inkaretmə siyasəti yürüdürlər. Bu da, uzun müddətdir ki, davam edir və edəcəkdir. Bu baxımdan, inandırıcı görünmür ki, onlar arasında münasibətlər normalaşa bilsin. Yalnız bir halda - o da beynəlxalq təşkilatların tapşırığı olsaydı, onlar yenidən "dostlaşacaqlar". Bir sözlə, adları çəkilən qüvvələrə beynəlxalq təşkilatlardan sifariş gəldiyi təqdirdə, bunların münasibətləri düzələ bilər".

GÜLYANƏ

Digər xəbərlər