Mais Səfərli: "Xarici maddi və mənəvi dəstəyə baxmayaraq dağıdıcı müxalifət hələ də yerində sayır"
Xarici maraqlı qüvvələrdən maddi və mənəvi dəstək alan dağıdıcı müxalifət hər vəchlə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək üçün müxtəlif çirkin vasitə və üsullardan istifadə edir. Amma götünən odur ki, dağıdıcı müxalifət hər nə qədər səy göstərsə də ölü nöqtədən çıxa bilmir. Misal kimi, referendum zamnı keçirilməsinə cəhd edilən aksiyaların uğursuzluqla nəticələnməsini göstərmək olar. Təbii ki, bu kimi hallar xarici qüvvələrin dağıdıcı müxalifətdən imtina etməsinə gətirib çıxarır. Vəziyyətdən çıxmaq və yaranan soyuqluğu aradan qaldırmaq üçün C.Həsənli və A.Hacılı xarici qüvvələrlə görüşmək üçün Avropaya səfərlər edirlər. Daha doğrusu, "Milli Şura"nın və Müsavatın ələ baxan funksionerləri sanki bir-biri ilə yarışa giriblər kimi xaricə səfərlər edirlər. Gah A.Hacılı, gah da C.Həsənli müxtəlif ölkələrə səfər edib, orada Azərbaycan əleyhinə şər-böhtan xarakteli fikirlər səslndirir, bəyanatlar verirlər. "Yurddaş" partiyasının sədri Mais Səfərli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, A.Hacılı və C.Həsənlinin xaricə məqsədyönlü səfərlərinin arxasında Azərbaycan əleyhinə xaicdə məkrli planlar qurmaq niyyəti dayanır: "Hər hansı bir xarici ölkəyə getmək xeyli maliyyə vəsaiti tələb edir. Avropaya, Amerikaya gedib-gəlmək daha da baha başa gəlir. Hər şeydən əvvəl, sual yaranır ki, bu şəxslər tez-tez hansı maliyyə vəsaiti ilə xaricə gedib-gəlirlər? Üz tutduqları həmin xarici ölkələrdə ən bahalı otellərdə qalaraq, xeyli müddət oralarda gəzirlər. Söz yox ki, müxalifət təmsilçilərini himayə edən qüvvələr xarici ölkələrə dəvət edirlər. İş birliyi və əməkdaşlıq münasibətlərinin planları xaricdə qurulur. Müxalifətin fəaliyyət göstərməsi üçün xarici qüvvələr onlara maliyyə yardımları ayırır".
M.Səfərlinin sözlərinə görə, xarici maddi və mənəvi dəstəyə baxmayaraq, dağıdıcı müxalifət hələdə yerində sayır: "Amma xarici qüvvələr müxalifətə maliyyə yardımları etsə belə, müxalifət təmsilçiləri yenə də irəliyə doğru heç bir addım ata bilməyəcəkdir. Çünki birmənalı olaraq, cəmiyyət tərəfindən bu müxalifət qəbul olunmur". "Müxalifət xarici qüvvələrdən hansısa maddi-mənəvi dəstək almaqla, özünə nüfuz qazandara bilərmi" sualını cavab olaraq partiya sədri bildirdi ki, ümumiyyətlə, siyasi partiyaların xaricdəki qurumlar tərəfindən maliyyələşdirilməsi qanunvericiliyin tələbinə görə cinayətdir: "Belə partiya sədrləri həbs oluna bilərlər. Bununla belə, müxalifət hansısa xarici qüvvələrdən maddi və mənəvi dəstək almaqla, özünə nüfuz qazandıra bilməyəcəkdir. Birmənalı olaraq, müxalifətin bu cür hərəkətlərə əl atması yaxşı hal deyil. Demək olar ki, onlar belə hərəkətləri ilə xalqın gözündən daha da düşürlər və xarici qüvvələrin əlində də bir alətə çevrilirlər". M.Səfərli onu da bildirdi ki, müxalifət təmsilçiləri vaxtaşırı müəyyən məsələlər tapırlar ki, gündəmdə bir müddət qala bilsinlər: "Bununla da diqqəti özlərinə cəlb etmək istəyirlər. Amma müxalifət təmsilçiləri bilməlidirlər ki, onlar bu cür yersiz hərəkətləri ilə özlərini daha da gözdən salırlar. Ümumiyyətlə, müxalifət partiya sədrləri çox gözəl başa düşürlər ki, bu gün onların hakimiyyətə gəlmək şansları yoxdur. Bunu bilə-bilə müxalifətin yenə də öz hərəkətlərindən əl çəkmək niyyəti yoxdur. Yəni müxalifət təmsilçiləri reallığı özündə əks etdirməyən xəyallar qururlar".
GÜLYANƏ