PDF Oxu

Müxalifət

  • 2 260

"REAL" hərəkatı ilə Müsavat arasında nə baş verir?

image

Müsavatçılar hərəkatçıların onları əzib keçməsindən təlaş keçirirlər

Son günlər "Respublikaçı Alternativ Hərəkatı" və ənənəvi müxalifət düşərgəsində təmsil olunan digər siyasi qurumlar arasında kəskin qarşıdurmalar müşahidə olunmağa başlayıb. Buna səbəb adıçəkilən hərəkatın düşərgədaxili fəallığının Müsavat və AXCP kimi dardüşüncəli partiyaların fəaliyyətini kölgədə qoymasıdır. Bir müddət öncə, "REAL"-ın icraçı katibi Natiq Cəfərlinin AXCP və "Milli Şura" təmsilçiləri ilə bağlı sosial şəbəkədə söz savaşı baş vermişdi. O, ənənəvi düşərgə təmsilçilərini köhnəçilikdə, düzgün siyasət aparmaqda və xarici qüvvələrdən sifariş almaqda ittiham etmişdi. Məhz bundan sonra sosial şəbəkədə AXCP sədri Ə.Kərimlinin söyüş qrupu və "like" (bəyənmə) edənlər qismində fəaliyyət göstərən adamları N.Cəfərliyə qarşı hücum çəkdilər.

Natiq Cəfərlinin "yeni müxalifətçilik konsepsiyası" aranı qatıb: "Azadlıq" şüarının hələ arxivə atılmasının mümkün olmadığına şahid olacaqlar..."

İndi isə "REAL" təmsilçisi bənzər halı müsavatçılarla yaşamaqdadır. Müsavat partiyasına qarşı da demək olar ki, eyni ittihamlar irəli sürən N.Cəfərli bu dəfə nəninki Müsavatın A.Hacılının klanı, o cümlədən, "ölü partiya" kimi fəaliyyət göstərən "Əhrar" sədri, A.Hacılının qardaşı Vaqif Hacıbəyli tərəfindən də cavablandırılıb. Qeyd edildiyi kimi, səbəb eynidir, sadəcə, bir az fərqli yanaşma ilə. Belə ki, N.Cəfərlinin bu günlərdə yazdığı "yeni müxalifətçilik konsepsiyası" adlı məqalə nədənsə müsavatçıları hiddətləndirib.

Konkret desək, N.Cəfərli müxalifəti ötən əsrin 80-90-cı illərində ilişib qalmaqda, "azadlıq" və digər ənənəvi şüarlarını "devalvasiyaya uğratmaqda" ittiham edib və s. Üstəlik, "REAL"-ın həbsdə olan sədri İlqar Məmmədovun mövcud vəziyyətinə də istehzalı münasibət bildirib. SİTAT: "Ümid edirəm ki, nə vaxtsa, hörmətli "REAL"-çılar da İ.Məmmədovun həbsdən azad edilməsi ilə əlaqədar cəmiyyətə çoxdan vəd etdikləri mitinqi təşkil edəndə, "Azadlıq" şüarının hələ arxivə atılmasının mümkün olmadığına şahid olacaqlar..."

Arif Hacılının qardaşı "REAL"-ı "çürümüş" adlandırıb

Bu arada A.Hacılının partiyadaxili klanının üzvü, Müsavatın

qadınlar təşkilatının sədri Ayla Yaqublu da N.Cəfərliyə bir sıra ittihamlı suallar ünvanlayıb. Müsavatçını dolayı yolla "girə bilmədiyin yerlərə başını soxma" ittihamına məruz qoyan N.Cəfərli sonda müsavatçılara xatırladıb ki, 20 ildə keçirdikləri heç bir mitinqlərdə uğur əldə edə bilməməyin özü irəli sürülən ittihamların sübutudur. SİTAT: "O ki qaldi çürümüş "REAL" mitinq edə bilmir" tezisinə, Vaqif Hacıbəyli, 20 ildir mitinqi məqsəd elan etmisiniz, mitinq, normalda vasitədir. On vasitədən biri, 9-nu edib, birini etməmək isə ayıb deyil".

Ancaq bu, həm də onu göstərir ki, müsavatçılar hərəkatçıların onları əzib keçməsindən təlaş keçirirlər.

Göründüyü kimi, "REAL" rəsmisi N.Cəfərli öz ittihamlarında müxalifəti birliyə dəvət edib və şüarlarda da müəyyən dəyişikliklərin edilməsini təklif kimi irəli sürüb. Amma qarşı tərəf buna cavab olaraq İ.Məmmədovun həbsini, eləcə də, onun azadlığı tələbi ilə bağlı illərdir ki, söz verdikləri mitinqlərini keçirə bilmədiklərini xatırladıb. Beləliklə, ənənəvi düşərgədə dağıdıcılıq faktorları bu dəfə qarşılıqlı ittihamlar fonunda sərgilənir ki, bu da orada yeni savaşların yaranması proqnozlarını kifayət qədər reallaşdırmış olur.

Rövşən RƏSULOV

Digər xəbərlər