PDF Oxu

Müxalifət

  • 3 586

Söz atışması müxalifət daxilində yeni konfiliktlər yaradır

image

Daxili çəkişmələr və bunun fonunda partiyalararası ziddiyyətlər müxalifət düşərgəsində həlli mümkün olmayan problemlər yaratmaqdadır. Xüsusilə də, Müsavat-AXCP qarşıdurması hər iki partiyada ciddi başağrısına çevrilib. Bunun nəticəsində, AXP sədri Pənah Hüseynin və ADP sədri Sərdar Cəlaloğlunun yeni birliklərin yardılması ideyası ilə çıxış etmələri iflasla nəticələnir. Eləcə də, müxalifətin birgə aksiyalar keçirmək arzuları da nəticəsiz qalır. Bütün bu və digər səbəblərə əsaslanaraq, demək olar ki, müxalifət düşərgəsində təmsil olunan partiyaların ağır, böhranlı durumla üzləşmələrinin səbəbi liderlərin səhv siyasətlərinin nəticəsidir. Mövqe uğrunda savaş da bir-birinə qarşı irəli sürdükləri ittihamlar düşərgədaxili durumun son dərəcə kritik vəziyyət almasına gətirib çıxarıb. Dağıdıcı müxalifətin son illərdəki fəaliyyətinə nəzər salsaq, demək olar ki, bu məxluqlar dünyada analoqu olmayan simalardırlar. Nədəndir ki, qısa zaman kəsiyində çoxsaylı blok və qurumlar yaradıblar, ideya və təkliflərlə çıxış ediblər. Amma yaradılan qurumların ömrü çox qısa olub, irəli sürülən təkliflər isə elə kağız üzərində qalıb. İddialı müxalifət liderləri bir-birinindən qısas alamaq üçün fərqli mövqe, yol tutublar. Baş verənlərə əsasən, onu söyləmək olar ki, hazırkı müxalifət formatı dəyişməyəcəyi təqdirdə, bundan sonra da yaradılacaq bloklar adları yalnız kağız üzərində qalan bloklardan fərqlənməyəcək. Çünki müxalifət başbilənləri müstəqil deyillər, onların əlləri ayrı-ayrı xarici maraqlı qüvvələrin cibindədr. Digər tərəfdən birinci partiya, aparıcı lider olmaq azarıda müxalifət üçün arzuolunmaz proseslərin baş verməsinə gətirib çıxarır. Yəni bu bicarələrin birinin dediyi digərinin boğazından keçmir. Hamısı özünü haqlı hesab edir. Hər biri fikrində, irəli sürdüyü ideyasında düzgün olduğunu bildirir.

Ağır böhran "Milli Şura"nın qapısı önündədir

"Milli Şura" deyilən qurum daxilində son vaxtlar yaşanan ağır proseslər daha acınacaqlı və diqqətçəkəndir. Müsavat funksionerləri "Rüstəm İbrahimbəyovsuz "Milli Şura" deyib, ultimativ tələblər irəli sürdülər. AXCP təmsilciləri də, uduzmağı həzm edənlərdən olmadıqlarını göstərmək üçün "Rüstəm İbrahimbəyov Müsavata göz dağıdır" deməklə, Müsavatı yerində oturtmağa cəhd göstərdilər. Bu isə, onsuz da kövrək olan daxili vəziyyətin gərginləşməsinə yol açdı. Artıq görünən odur ki, AXP-Müsavat qarşıdurması "Milli Şura" deyilən qurumun parçalanma mərhələsini başa vurub, dağılma dövrünə adlamasına gətirib çıxarıb. Müsavatın "Milli Şura"nı tərk etməsinin ardınca İsgəndər Həmidov, "EL" Hərəkatının aparat rəhbəri Zəfər Quliyev və digərli istefa verdi. Bəzi şura üzləri isə seçim arasında qalıb və qeyri-müəyyən vəziyyətin yaranması AXCP sədri Ə.Kərimlini kortəbii də olsa, fəallığını artırmağa sövq edib. "Azadlıq" qəzetinin səhfələrində "Milli Şura"dan istefa verənlərin "satqın", "xəyanətkar" adlandırılan silsilə məqalələrin dərc edilməsi Ə.Kərimlinin siyasi fəaliyyətinin başlıca prinsipini təşkil edir. Daha doğrusu, bu məxluq ondan üz çevirənləri tənqid və təhqir etməsini özünün başlıca amalı hesab edir. Hazırkı mərhələdə "Azadlıq" qəzetdində alternativ AXCP-nin sədri Razi Nurullayevin, Almaniyada mühacir həyatı yaşayan keçmiş cəbhəçi Azər Məmmədovun , Sahib Kərimlinin, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu və digərlərinin şəxsiyyətinin alçaldılması Ə.Kərimlinin düşmənçiliyinin ən yaramaz növü sayıla bilər. Amma Ə.Kərimlinin ittihamları heç də cavabsız qalmayır. Misal kimi R.Nurullayevin konkret faktlarla Ə.Kərimlini ifşa etməsini göstərmək olar. R.Arifoğlu da susmaq fikirində olmadığını açıqladığı ittihamlıarala nümayiş etdirib. R.Arifoğlu bildirib ki, AXCP adlanan qurumun bütün heyəti və yetkililəri Ə. Kərimlinin sifarişi ilə onu gözdən salmağa çalışmaları mənəvi terrordur: " Mən buna etiraz edirəm, ictimaiyyəti, ölkənin demokratik təsisatlarını, liderləri bu məsələyə müdaxilə etməyə çağırıram. Görünməmiş bir hadisə baş verir, bir siyasi lider bir qəzet baş redaktorunu, qəzetin kollektivini mənəvi terrora məruz qoyur, kompromatlar yaydırır, müxtəlif texnologiyalardan istifadə edir, sosial şəbəkələrdə təhqir etdirir. Əslində, bir absurd məqam da var. Mən heç bir ictimai-siyasi fəallığı olmayan bir qəzetin baş redaktoruyam, AXCP isə bir siyasi təşkilatdır".

R.Arifoğlu Ə.Kərimlinin iç üzünü açaraq, qeyd edib ki, onun istəyi AXCP-yə keçib onun müavini olmaq olub: "Bu adam məni hakimiyyətə işləməkdə, ən müxtəlif ittihamlara qonaq etdiyi vaxtlarda görüşüb məsələni araşdıranda, təklif edib ki, mən İsa Qəmbərin yanından ayrılım, gəlib onun müavini olum. "Əli Kərimli kəfən geyinib, İsa Qəmbər heç nə etmir" kimi iddialar irəli sürüb. Açıq şəkildə demişəm ki, mənim kimi adamlar sənin kimi adamların yanında ola bilməz, çünki kimsəyə azadlıq vermirsən və hər kəslə tabeçiliyində olan bir işçi kimi davranırsan. Siyasət və demokratiya isə başqa məkandır".

Bir sözlə, görünən odur ki, artıq əksər müxalifət partiyaları dağılmaq mərhələsindədirlər. Çıxış yolu isə hələ də meydan təfəkküründən qurtula bilmən partiaya sədrlərinin istefasındadır. Bu isə, çətin məsələ kimi görünür. Çünki Ə.Kərimli, A.Hacılı, İ.Qəmbər və digərləri sədrlik kreslosuna ABŞ və Avropadakı himayədarları ilə yaxın ünsiyyət vasitəsi hesab edirlər. Deməli, müxalifət partiayalarının dağılması qaçılmazdır.

İ.ƏLİYEV

Digər xəbərlər