PDF Oxu

Müxalifət

  • 2 286

Sərdar Cəlaloğlu "REAL" sədrini lider kimi qəbul edənləri qınadı

image

"İlqar Məmmədovun liderlik etməyə nə əqli potensialı var, nə də onun xarakterik imkanı var ki, liderlik etsin"

Bəzi radikal qüvvələrin "REAL" rəhbəri İlqar Məmmədovu potensial lider kimi təqdim etməklə, əslində, bu düşərgədəki vəziyyətin acınacaqlı olduğunu büruzə vermiş olurlar. Dağıdıcı müxalifət İ.Məmmədovun törətdiyi cinayətə siyasi don geyindirib, onu "siyasi məhbus" kimi qələmə verərək, öz çirkin siyasətlərini davam etdirirlər. Bəs İ.Məmmədov radikalların iddia etdiyi kimi, həqiqətən də, potensil liderdirmi?

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun dediyinə görə, "REAL" rəhbəri İ.Məmmədovun Azərbaycan siyasətində tutulmadan əvvəl də liderlik ortaya qoymayıb: "Uzun müddət Etibar Məmmədovun katiblərindən biri olub. O qədər də tanınmış katib olmayıb. Siyasətdən uzaqlaşıb, Amerika səfirliyinə işə gedəndən sonra yenidən deputatlığa namizəd kimi siyasətə qayıdıb. Səfirliyin yardımı ilə Amerikada təhsil alan tələbələrdən ibarət "REAL" təşkilatını yaradıb. Bu baxımdan, İlqar Məmmədovun təşkilatçı olması, lider olması ilə bağlı fikirlər mifdən başqa bir şey deyil. Onun üzərinə aid olmayan adı qoymaq da düzgün deyil. Əli İnsanov haqqında da belə fikirlər deyilirdi ki, o, çıxsa Azərbaycanı düzəldəcək. Bütün bunlar, hamısı həbsdə olan insanlara diqqəti cəlb etmək üçün atılan addımlardır. Belə çıxır ki, İ.Məmmədovla bağlı yayılan fikirlər də onun həbsinə diqqəti artırmaq, bunun daha çox siyasi xarakterli olduğunu dünyaya bildirməkdir. Bu adam guya müxalifətin lideridir, ona görə həbsxanada saxlanılır. Bu, tamamilə yanlış fikirdir. Bizim heç birimizin haqqında belə fikirlər deyilməyib. İ.Məmmədovun, ümumiyyətlə, bizim başa düşdüyümüz kimi liderlik etməyə nə əqli potensialı var, nə də onun xarakterik imkanı var ki, liderlik etsin. Müəyyən bir qrupun, belə deyək ki, Amerika Səfirliyinin nəzarəti altında olan bir qrupun lideri ola bilər. Çünki o gənclərin çoxu Amerikada təhsil alıb, müəyyən bir Qərb dəyərlərini, Amerikanın dəyərlərini mənimsəmiş adamlardır. Diqqətlə fikir versək, onlar da artmır, elə bir qeyri-adi dərəcədə gücləri, potensialları da yoxdur. Mən o fikirlə razı deyiləm ki, İ.Məmmədov potensial liderdir".

Samir

Digər xəbərlər