PDF Oxu

Müxalifət

  • 2 554

Müxalifətdə yeni birlik?

image

Bir çox partiyalar kənarda qaldı

Müxalifət düşərgəsində davam edən süstlük davam edir. Baxmayaraq ki, Azərbaycan Demokrat Partiyası və "Vətəndaş və İnkişaf Partiyası" arasında keçirilən görüş bir neçə partiyanın bir araya gəlməsinə səbəb ola bilər. Daha dəqiq desək, yaxın günlərdə müxalifət düşərgəsində 4 partiyadan ibarət yeni birliyin təsis edilməsi istiqamətində Sərdar Cəlaloğlu ilə Əli Əliyev arasında keçirilən görüş belə qənaətə gəlməyə zəmin yaradır. Maraqlı məqamlardan biri də budur ki, bu istiqamətdə müzakirələr aparılsa da, yaradılacaq birliyin adı, strategiyası, fəaliyyət çərçivəsi, məqsədi və məramı müəyyənləşməyib.

Partiyalar bu birliyi rədd edir

Birlikdə də özlərini müxalifətin "ana" partiyaları qismində təqdim edən AXCP və Müsavatın təmsil olunmaları sual altında qalıb. Hətta təmsil olunmalarının qeyri-mümkünlüyünü indidən söyləmək mümkündür.

Ancaq onların yerinə KXCP, "Azadlıq", "AzDP" kimi siyasi təşkilatların da gələcəyi də inandırıcı görünmür. Məsələn, Mirmahmud Mirəlioğlunun sədri olduğu KXCP artıq görüş barədə məlumatlıdır və partiyadan bildirilib ki, onlar daha çox "Azadlıq" siyasi partiyaların əməkdaşlıq mərkəzində fəaliyyət göstərməyini məqbul hesab edir. Bu isə ADP-"VİP" arasında gəlinən razılığın reallaşdırılması istiqamətində xeyli əziyyətin çəkiləcəyindən xəbər verən amildir.

Hazırda müxalifətdə bir neçə bənzər qurumlar fəaliyyət göstərir və onların heç biri ortaya qoyduqları məqsədlərinə nail ola bilməyiblər. Üstəlik, qurumlar arasında da heç bir ortaq məxrəc mövcud deyil. Bu səbəbdən, yaradılacaq yeni siyasi birliyin səmərəsizliyi ilə yanaşı, biz növbəti düşərgədaxili qarşıdurmaların da şahidlərinə çevrilə bilərik. Görünür, bu səbəbdən, həm ADP-dən, həm də "VİP"-dən mövzu ilə bağlı konkret heç nə deyilmir.

Rövşən RƏSULOV

Digər xəbərlər