PDF Oxu

Müxalifət

  • 2 180

Müxalifət milli məfkurə anlayışından uzaqdır

image

Müxalifət daxilində hökm sürən pərakəndəlik düşərgədə bir süstlük, sabaha olan bir inamsızlıq yaradıb. Bunun da başalıca səbəbi, təbii ki, özəl maraqlarını partiya və milli maraqlardan üstün tutan partiya sədrlərindədir. Söz yox ki, partiya nizamnaməsinə və içtimai sifarişlərə uyğun fəaliyyət göstərilsəydi, eləcə də, kollegial orqanlara normal seçkilər keçirilsəydi, bu vaxta qədər siyasi gündəmi zəbt etmiş daxili problemlər - "vahid namizəd" məsələsi, siyasi ittifaqların davamlığı və digər məsələlər özü-özünə həllini tapardı. Amma görünən odur ki, AXCP və Müsavat kimi partiaya funksionerləri daxili qaydalara hələ ki, riayət etmək istəmirlər. Ona görə də, hər şey dağınıq, istimai siyasi-proseslərdən kənarda qalmaq, başlıcası isə, bu kimi dözülməz vəziyyətin ağır nəticəsi olaraq, əksər partiayaların parçalanması tendensiyası yaşanır. Baş verən acınacaqlı proseslər fonunda partiaya sədrlərinin susqunluq nümayiş etdirmələri onların öz acı taleləri ilə barışdıqlarını göstərir. Sadəcə, sədrlik kreslosunda qalmaq iddiaları və xarici qüvvələr qarşısında üzərlərinə götürdükləri uzunmüddətli öhdəliklər mövcud reallığı qəbul etməyə imkan vermir. Ayaqda qalmaq mücadilələri hələ ki, davam edir. Hər seçki ilində dağıdıcı ünsürləri başlarına toplayıb, mitinq-yürüş həvəsinə düşənlərin bir-birindən mahiyyətcə fərqlənməyən təşkilat yaratmalarının şahidi olan geniş ictimaiyyət bundan fərqli siyasi ab-hava görməyiblər. Təbii ki, bundan sonra da nəsə yeniliyin şahidi olmaq mümkün deyil.

Yeni partiya yaratmaq iddiaları fiaskoya uğradı

Mövcud reallığı düzgün təhlil edib, nəticəyə uyğun fəaliyyətini qura bilməyən dağıdıcı müxalifət yeni ideyalarla çıxış etməklə, vəziyyətini daha da ağırlaşdırır. Yəni müxtəlif qurumlar yaratmaqla problemlərini qismən də olasa aradan qaldırmağa ümid bəsləsə də, nəticələr əks-effekt verir. "Milli Şura" ətrafında baş verən hadisələr, bir daha göstərdi ki, ənənəvi müxalifət dalana dirənib və bu düşərgənin heç bir perspektivi yoxdur. Qısası, partiya sədrləri dəyişməli, onlar yeniləri ilə əvəzlənməlidirlər. Düzdür, buna cəhdlər göstərilib. Razi Nurullayev, Qubad İbadoğlu və İlqar Məmmədov yeni partiya yaratdılar. Eləcə də, X.İsmayıl "partiya qururam" fikirini ortaya atdı. Amma sözügedən şəxslər köhnə təfəkkürlü və xarici institutlara bağlı olduqlarından, arzu edilən siyasi güc mərkəzləri formalaşdırmaq iddiaları baş tutmadı. Həm də, AXCP və Müsavat funksionerləri, xüsusilə də, Ə.Kərimli, A.Hacılı və İ.Qəmbər siyasi proseslərə qatılmağa çalışan yeni partiya təmsilçilərinə hər vəchlə badalaq atmaqğa və onları proseslərdən sıxışdırmağa çalışıblar. Bu nöqteyi-nəzərdən də, haqlı olaraq müxalifət düşərgəsində, sözügedən şəxslərin adları yırtıcılar kimi qeyd olunur. ADP sədri Sərdar Cəlaloğlu iddia edir ki, Ə.Kərimli özündən başqa kimsənin önə çıxmasını istəmir: "Tərəfdarları Ə. Kərimlidən bir büt düzəltmək istəyirlər. Bu adamın ətrafında savadlı şəxslər olsa, onu başa salarlar ki, ay bala, bu şəxsiyyət kultu demokratiya ilə bir araya sığmır. Əgər sən partiyaya, ətrafına insanları cəlb etmək istəyirsənsə, bunu gördüyün işlərlə, savadla, qabiliyyətlə etməlisən. Yoxsa, istənilən tədbirə özü ilə 20-30 adam gətizdirib, onlara "Yaşasın Əli Kərimli" dedirtməklə, tarixi reallıqlar barədə fikir söyləyən adamları fitə basmaqla nailiyyət əldə etmək olmaz. Bu, siyasi savadsızlıq və siyasi mədəniyyətsizlikdir".

İ.ƏLİYEV

Digər xəbərlər