Fəaliyyətsizliyini ört-basdır etmək üçün sosial şəbəkələrə güc verən yurd "şefi" virtual aləmdə də fiaskoya uğrayır
Azərbaycanda keçirilmiş referendum ərəfəsində saxta mitinqlərlə "fəaliyyət" göstərən AXCP və onun saxta sədri Ə.Kərimli xarici ölkələrin səfirliklərindən daxil olan maliyyə bitdikdən sonra yenə qınına çəkilib. Fəaliyyəti mövsümi xarakter daşıyan AXCP və onun "rəhbərliyi" yeni mənbələr aşkar etmək həvəsilə güc veriblər sosial şəbəkələrə. Ə.Kərimli gah Azərbaycan xalqını təhdid edir, gah Qarabağ qazilərinin hissiyatından sui-istifadə etmək niyyətini ortaya qoyur, gah da Gözəl Bayramlını ortaya qoyaraq, ətrafında toz-duman yaradır. Əlbəttə ki, Ə.Kərimlinin və ətrafının bu cür oyunlar qurmasının fəlsəfəsi hər kəsə bəllidir. Bu yolla yurd "şefi" həm diqqəti özünə çəkmək, həm fəaliyyət göstərdiyini gözə soxmaq, həm də Gözəl Bayramlının xarici ölkələrə qaçmaq planını reallaşdırmaq istəyir.
Xalq tərəfindən arxivə göndərilmiş Əli Kərimli
Lakin Ə.Kərimlinin trollarının səylərinə baxmayaraq, ayrı-ayrı sosial şəbəkə istifadəçiləri dağıdıcı müxalifətin reallıqdan kənar iddialarını alt-üst edən fikirlərini ortaya qoyurlar. Məsələn, Bozkurd Tənha yazır ki, hakimiyyət Qarabağ əlillərinə və qazilərinə necə hörmət bəslədiyini əməli işləri ilə nümayiş etdirir: "Qarabağ əlilləri, qaziləri və şəhid ailələri üçün tikilmiş binalar, fərdi mənzillər, avtomobillər bağışladığını heç kim dana bilməz. Bayram günlərində onların ailələrinə paylanılan bayram sovqatları və onların problemləri ilə yaxından ilgilənmələri bir daha sübut edir ki, sizin kimi boşboğazların işi deyildi bunları etmək. Millət aylarla öz əmək haqlarını, müavinətlərini ala bilmirdi, kağız üzərində qalan sizin güzəştlərinizə Qarabağ əlillərinin ehtiyacı yoxdur. Bu hakimiyyətin gördüyü işlər isə fakt ortadadır. Görünən kəndə bələdçi lazım deyil, xalq tərəfindən arxivə göndərilmiş Ə. Kərimli".
Əli Kərimli veteran və əlilləri düşmən elan etmişdi
Semender Quliyev adlı sosial şəbəkə istifadəçisi Ə.Kərimlini ortaya qoyduğu faktla ifşa edib: "Əli Kərimli özü müharibə əlillərini, veteranlarını bir zamanlar düşmən elan etmiş iqtidarın nümayəndəsi olub. Böyük Vətən müharibəsində az qala bütün dünyanın alman faşistlərindən xilas olması üçün canlarından keçmiş igid oğul və qızlarımızı, müharibədən sağ qayıtmış veteran və əlilləri düşmən elan etmişdilər. İndi Qarabağ əlilləri, veteranları üçün canları yanır? Onda tor çəkilmiş gözlərini açıb ölkədə Qarabağ əlilləri üçün yaradılmış şəraitə bir baxsınlar!".
Bu ölkəni sevmirsənsə, rədd ol bu ölkədən!
Valeh Asadov isə Ə.Kərimlinin şər və böhtanlarına cavab olaraq yazır ki, "Ey Əli Kərimov, saktakar və nakişi insan, bölücü şərəfsiz! Hansı əməlini bu xalq üçün, yaşadığın torpaq üçün etmisən axı sən! Hələ durub axmaq-axmaq nağıllar danışır, hər dəfə bir sahədən şikayət edirsən. Hüquq müstəvisi çərçivəsində insan hüquqları konvensiyasına uyğun olaraq məhkəmələrimiz və digər qanunverici orqanlarımız fəaliyyətindən hər birimiz razıyıq. Amma yalan-yanlış danışıb dövlətimizə böhtan atmağın sənin nə qədər nainsaf biri olduğundan xəbər verir... Bu ölkəni sevmirsənsə, rədd ol bu ölkədən!".
Vətənini sevməyən insandan vətəndaş ola bilməz
Anar Elxan Memmedov adlı istifadəçi Ə.Kərimlini və tərəfdarlarını fakt qarşısında qoyaraq, susmağa məcbur edib: "Əli Kərimli, özünə sual ver, mən bu xalqa, bu millətə nə etmişəm ki, indi də danışmağa haqqım olsun? 20 yanvar qırğını, 26 fevral faciəsini törədən erməni təcavüzkarlarının havadarı olub indi də danışmağa üzün var. Xalqımız üçün, millətimiz üçün nə etmisiz özünüz üçün xaricdə villalar tikdirib biznesmenlik edirsiz. Vətənini sevməyən insandan vətəndaş ola bilməz. Cənab Prezidentimiz İlham Əliyevin gördüyü işləri sizin kimi xainlərin gözü götürmür. Ona görə ki, bizim millət inkişafa doğru gedir, ən ucqar dağ rayonlarının ucqar kəndlərində gözəl məktəblər, xəstəxanalar, uşaq bağçaları inşa edilir. Kənd yollarının düzəldilməsi, hər bir evə qaz çəkilməsi, aztəminatlı ailələrə, kasıblara ünvanlı sosial yardımın verilməsi xalqa xidmət deməkdir".
Göründüyü kimi, Ə.Kərimli real aləmdə bir iş görə bilmədiyi kimi virtual sferada da iflasa uğramaqdadır. Artıq onun uydurmaları insanlarda ürək bulantısı yaradır. Hər kəs ölkənin inkişafından danışarkən, kiminsə erməni lobbisinin sözçülüyünü etməsi təbii ki, qəbuledilən ola bilməz. Elə Suleyman Hacili adlı sosial şəbəkə istifadəçisinin dediyi kimi, "Axı AXCP nə iş görür ki, onları da hədələsinlər?".
"Səs" Analitik Qrupu