PDF Oxu

Müxalifət

  • 2 487

AXP-"VİP" qarşıdurmasının səbəbi nədir?

image

TƏRS BAXIŞ

Pənah Hüseyn "oxu" dedi, Əli Əliyev isə "oxuma"...

"Azadlıq" siyasi partiyaların əməkdaşlıq mərkəzi KXCP-nin qərargahında "İnsan haqlarının durumu" mövzusunda dəyirmi masa təşkil edib və uzun müddətdir ki, adıçəkilən qurumun daxilində mövcud olan sükut qarşılıqlı ittihamlarla pozulub.

Belə ki, "Azadlıq" partiyasının sədri Əhməd Orucun çıxışının ardınca söz alan AXP sədri Pənah Hüseynin sözləri aranı qatıb. Müxalifətçi partiya sədri deyib ki, Azərbaycanda siyasi partiyalar öz prioritet fəaliyyətləri ilə məşğul olmalıdır və bu kimi mövzularla gününü keçirməməlidir.

"VİP" sədri: "Bu uğursuzluqlar 1998-ci ildə Əbülfəz Elçibəyin vahid namizəd olmasına mane olmaqla qoyulub"

Ancaq "Vətəndaş və İnkişaf Partiyası"nın sədri Əli Əliyev AXP sədrinin sözləri ilə razılaşmadığını və yanlış düşüncədə olduğunu üzünə vurub. O, eyni zamanda, müxalifət partiyalarının ortaya mövqe qoymasının vacibliyini vurğulayıb və düşərgənin uğursuzluqları haqda danışarkən, "bu uğursuzluqlar 1998-ci ildə Əbülfəz Elçibəyin vahid namizəd olmasına mane olmaqla qoyulub"-deyə bildirib.

Məhz bu cür ifadə P.Hüseyni əsəbiləşdirib və Ə.Əliyevə həqarətlər ünvanlayıb.

AXP sədri: "Partiyaların məşvərət mərkəzinin 26 sentyabr referendumu zamanı mövqe nümayiş etdirməməsinin səbəbi deyilsin"

AXP sədri hər zamankı şakərinə uyğun olaraq, replika atıb və bildirib ki, əgər söhbət bu mövzudan gedirsə, onda ilk olaraq tədbirdə iştirak edən partiyaların Antiböhran Koalisiyası yaratması, bu koalisiyanın ortaya mövqe qoymaması, habelə, "Azadlıq" siyasi partiyaların məşvərət mərkəzinin 26 sentyabr referendumu zamanı mövqe nümayiş etdirməməsinin səbəbi deyilsin: "Bundan sonra 1998-ci il məsələsinə qayıdaq".

Lakin P.Hüseynin bu cavabından sonra Ə.Əliyev sakit dayanmayaraq, AXP sədrini hər zaman parçalayıcı mövqedə dayanmasını xatırladıb.

Ancaq daha bir maraqlı məqam, KXCP sədri Mirmahmud Mirəlioğlunun mənzərədən razı qalması, hətta bu qalmaqallı mövzunun növbəti toplantıda da gündəmə gətirilməsi tələbini irəli sürməsidir.

ADP sədrinin Çörçil məsələsi də aranı qızışdırdı və KXCP sədri bunun davamlı olmasını arzuladı

Məhz bu tələbdən sonra ADP sədri Sərdar Cəlaloğlu, bütövlükdə bu tədbirdə münaqişə edənləri sərt şəkildə ittiham edib. O deyib ki, müxalifət bir yerə toplaşanda müzakirə etdiyi mövzular qalır bir kənarda, başqa məsələlər müzakirə edilir. Sərdar Cəlaloğlunun siyasi mövzuda danışarkən, Çörçillin siyasətdə 90 faiz maliyyənin, 10 faiz isə ağılın lazım olduğu haqda fikirləri Pənah Hüseynin narazılığına səbəb olub: "Çörçill bu sözləri harada deyib, konkret mənbə göstərin?"

Sərdar Cəlaloğlu isə bildirib ki, ancaq oxuduqlarını deyir: "Hər kəs bilir ki, mən oxumadığım bir şeyi demərəm".

Pənah Hüseyn: "Sən pula öyrəşmisən. Bəs ideologiya, ideya, vicdan?"

Sərdar Cəlaloğlu: "Mən 30 ildir pis-yaxşı bir partiyanı qurmuşam, arxamca aparıram. Sən bir partiya qurdun, sonra da buraxdın..."

Göründüyü kimi, düşərgənin radikal, yaxud loyal qanadlarının hansında olmasından asılı olmayaraq, müxalifətin bir araya gəlməsi tamamilə mümkünsüz görünür.

Rövşən RƏSULOV

Digər xəbərlər