PDF Oxu

Müxalifət

  • 2 085

Radikal müxalifətə sərt ittihamlar!

image

Sülhəddin Əkbər: "Müxalifət bu günə qədər real nəticə ortaya qoya bilməyib"

"Azad Demokratlar Partiyası"nın sədri Sülhəddin Əkbərlə "Milli Şura" arasındakı ziddiyyətlər artmaqdadır. Son günlər "Azadlıq" qəzetində S.Əkbər haqqında və ona yaxın şəxslər barədə ittiham xarakterli məlumatlar dərc olunması bu gərginliyin daha da dərinləşməsinin, eyni zamanda, müxalifət düşərgəsində yeni intriqaların yaranmasına gətirib çıxarıb. AXCP sədri Ə.Kərimlinin göstərişi ilə "AzDP" sədrinə "Azadlıq"da (Azadlıq.info) qadağa qoyulub. Yəni "Azadlıq" qəzetinin əməkdaşlarının S.Əkbərdən hər hansı bir məsələ ilə bağlı münasibət öyrənmək hüququ əlindən alınıb, əgər kimsə belə bir təşəbbüsdə çıxış edərsə, həmin şəxsin dərhal işdən azad olunacağı ilə bağlı təlimatlar verilib. Eyni zamanda, tapşırılıb ki, S.Əkbər və ona yaxın şəxslər haqqında kompromat dolu məlumatlar əldə olunaraq mətbuata buraxılsın. S.Əkbər AXCP-"Milli Şura" cütlüyü ilə aralarında olan gərgin münasibətləri zaman-zaman gizlətməyə çalışsa da, əslində, mövcud faktı gizlətmək mümkün deyil. Məsələn, bir müddət öncə AXCP sədrinin müavini Nurəddin Məmmədli müsahibəsində bildirmişdi ki, "Milli Şura" "AzDP"-ni partiya kimi qəbul etmir. S.Əkbər hansısa səbəblərdən konkret olaraq açıq şəkildə AXCP və "Milli şura"nı hədəf seçməkdən bəlkə də ehtiyat edir. Çünki o, "Azadlıq" qəzetində özü və yaxınları haqqında yayımlanan şantaj xarakterli materiallara münasibət bildirmir və ya bildirmək istəmir. Lakin o, bu dəfə dilə gələrək özünü "ana müxalifət" adlandıran dağıdıcı düşərgənin hazırkı durumunu bu cür qiymətləndirib: "23 ildən artıq müddət ərzində Azərbaycan müxalifətini təmsil edən siyasi qüvvələr, demək olar ki, eynidir. O qüvvələr nə təkbaşına, nə də birləşərək bu günə qədər real nəticə oraya qoya bilməyib. Səbəbi nə olursa-olsun, real nəticə əldə edə bilməyiblər. Müxalifət, bu səbəbdən getdikcə zəifləyib, sıraları seyrəlməyə başlayıb, bölünmələr, alternativ partiyalar, satınalınmalar, daxili intriqalar baş verib, bir tərəfdən qaranlıq maliyyə mənbələri yaranıb. Müxalifət 2003-cü ildən sonra bu günə gəlib çıxdı. Artıq cəmiyyət bu siyasi qüvvələrin proseslərə təsir imkanlarının olduğunu düşünmür və onlara maraq göstərmir".

Samir

Digər xəbərlər