TƏRS BAXIŞ
Yaxud Əli Kərimlinin yeni, adsız xəstəliyi
AXCP sədri Ə.Kərimli uzun müddətdir ki, tutulduğu feysbuk xəstəliyindən sağala billməməklə yanaşı, fürsətcillik sindromundan da qurtula bilmir. Ötən yazılarımın birində təxminən belə bir qeyd etmişdim ki, əgər kimsə yolda gedərkən, ayağı daşa dəyib yerə yıxılsa, inanın ki, cəbhəçilərin şivənçi lideri, hətta əstağfirullah, Allahı (!) ittiham edəcək ki, yolçunun yerə yıxılmasına səbəbkar o gözəgörünməzdir! Əslində, onun bu kimi ifadələr işlətməsi gözləniləndir. Çünki cəbhəçi sədr xatirinizdədirsə, hakimiyyətə gəlmək üçün şeytanla da iş birliyinə gedə biləcəyini etiraf etmişdi.
Kərimliyə Azərbaycanı baltalamaq üçün növbəti fürsət
Bütün bunlar öz yerində. Məsələ ondadır ki, bu günlərdə Ermənistan hökumətində Qarabağ döyüşlərində ölən və əlil olan hərbçilərə birdəfəlik maliyyə yardımının ayrılması istiqamətində müzakirələr aparıb və təsdiq eidlməsi üçün parlamentə göndərib. Bu isə Kərimliyə Azərbaycanı baltalamaq üçün fürsət verib. Axı o, Azərbaycanın milli-dövlətçilik maraqlarını hər zaman ermənilərin, elə özünün də dediyi kimi, şeytanların sayəsində satır! Adamdan soruşarlar ki, axı Qarabağ qazilərindən sənə nə?
Demək, Azərbaycan dövləti Qarabağ qazilərinə, şəhid ailələrinə mənzillər, avtomobillər, pul müavinətləri verir, onların həyatlarının yaxşılaşdırılması istiqamətində illərdir ki, maddi vəsaitlər ayırır, yardımlar göstərir. Amma Kərimli tutub bir dənə deputatın (yəqin ki, kimi dediyimi dəyərli oxucularımız da xatırlayır, çünki köşə yazılarımın birində onun haqqında tənqidi fikirlərim yer almışdı-R.N.) Milli Məclisdəki sözündən və ucuzluğa gedir. Ancaq unudur ki, hansısa deputatın parlamentdəki çıxışı, yəni öz düşüncəsini ərz etməsi heç də dövlətin sözü deyil! Amma əlbəttə ki, AXCP sədri bu fürsəti əldən verməz və göründüyü qədər, Qarabağ kimi ümummilli məsələdən öz çirkin siyasi maraqlarının təmin olunması üçün istifadəni əldən vermir.
AXCP sədrinin pasport problemi "ümumxalq" problemindən qlobala keçid alır?
Ümumiyyətlə, Ə.Kərimli onun siyasi baxışlarına cavab verməyən hər şeyi "problem" kimi görür, hətta pasportunun olmamasını da az qala "ümumxalq problemi" qismində ictimai rəyə sırıyır. O, cinayət əməlinə görə pasport ala bilmədiyindən, blokadada qaldığını və bu səbəbdən də, AXCP-nin beynəlxalq səviyyədə "inkişafına mane olunduğunu" iddia edir, az qala bu məsələnin ümumxalq problemindən qolbal problemə çevrildiyini deyir.
Kərimli xalqdan necə sui-istifadə edir?
Ancaq daha bir Kərimli fürsətçilliyinə baxaq. Məsələn, bu ilin əvvəlində, daha dəqiq desək, 20 Yanvaq Ümumxalq Hüzn Günündə Şəhidlər Xiyabanında Ə.Kərimli və ətrafındakılar da vardı. Onlar da on minlərlə, yüz minlərlə vətəndaşımız təki 20 Yanvar şəhidlərinin məzarlarını ziyarətə gəlmişdilər.
Ziyarət məqamında, məzarların önündə Ə.Kərimli qəflətən durdu, onun yanındakılar da ayaq saxladılar. Az sonra isə, yenidən yeriməyə başladılar.
Həmin an Şəhidlər Xiyabanında olanlar bu qəfil "duruş"un səbəbini anlamamışdılar. Hər şey saatlar sonra Ə.Kərimlinin Feysbuk profilində fotolar paylaşılanda (!) agah oldu.
Səhifədə "Şəhidlərimizi ziyarət etdik" açıqlaması ilə 5 foto yerləşdirilmişdi. Şəhidlər Xiyabanında minlərlə soydaşımızın önündə duran Kərimli və yandaşları elə görkəm almışdılar ki, sanki, o insan seli bu şəxslərin arxasınca gəlib xiyabana (?!). Bax, fürsətçillik də budur..!
AXCP sədrinin sosial şəbəkədəki "köməkçiləri", AXCP-nin mətbuat xidməti də fotoları, məhz "Xalq Əli Kərimli ilədir!" şüarı ilə təqdim etdilər.
Halbuki xalq Ə.Kərimlinin arxasınca getməmişdi - Ə.Kərimli Şəhidlər Xiyabanını ziyarətə gəlmiş insanların önündə duraraq foto çəkdirmişdi.
Eynən xarici ölkələrdən birində olarkən Ferrari, yaxud Lamborghini avtomobili görəndə, maşına yan alıb fotosunu çəkən, sonra da şəstlə sosial şəbəkələrdə paylaşıb, "Mən və maşınım" yazanlar kimi...
İndi Kərimli təxminən eyni hərəkətlərini yenidən təkrar edir. Hansısa deputat lazımsız fikir irəli sürür, bu da düşür ortaya və anlaşılır ki, guya Qarabağ və şəhid ailələrinin 1 nömrəli canyananı elə bu "bəyiymiş"...Necə deyərlər, inanan daşa dönsün!
Əli Kərimli əlinə silah almayıbsa, bəs nə alıb?
Bu yerdə bu adamdan bəzi məsələləri yenidən soruşmaq lazım gəlir. Məsələn, Kərimli orda-burda deyib ki, guya 90 nəfər könüllü ilə Qarabağda savaşda olub.
Bu zaman onun həmin iddiasına Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun yerində deyilmiş cavabı yada düşür: "Tamamilə yalan deyir. Ə.Kərimli heç Kür çayından o tərəfə keçməyib. Heç təsadüfi deyil ki, həmin vaxt daxili işlər naziri işləyən İsgəndər Həmidov həmişə onu fərari adlandırırdı. Çünki Ə.Kərimli sovet vaxtında hərbi xidməti həbsxana üzərində duran daxili qoşunların tərkibində keçib. Yəni bu adam, ümumiyyətlə, hərbi hissədə olmayıb, ümumiyyətlə, Dağlıq Qarabağın ərazisində və yaxud ona bitişik olan rayonlarda və kəndlərdə heç vaxt olmayıb, həmişə qaçıb gizlənib və vətən naminə əlinə silah almayıb".
Əcəba, Kərimli əlinə nə alıb? Bəlkə kürək, yaxud bel alıb və ona mane olanların ayaqlarının altını qazıb? Hər halda, belə olar. Məsələn, "liderim" dediyi Əbülfəz Elçibəyin ayağının altını qazıb, onun sonuna çıxdığı kimi...
Göründüyü kimi, Kərimli o vaxtlar SSRİ daxili qoşunlarında "krasnopoqonnik" olub. Dustaqlar belələrinə yazılmamış qanunlarına görə "poqanaya şlyuxa" söyüşünü yapışdırırdılar. Deyəsən, Kərimli yeni xəstəliyə bulaşmaq üszrədir. Bu xəstəliyin isə adı, hələ ki, bəlli deyil. Hər halda, ad tapılmasa, biz özümüz həmin xəstəliyə bir ad düzüb-qoşarıq...
Rövşən RƏSULOV