TƏRS BAXIŞ
Yaxud, kifayət qədər arqumentimiz var!
"Milli Şura"nın "ledisi", "promadonnası", lakin daha dəqiq desək, aparıcı siyasi fahişəsi rolunu əldə etmiş Gültəkin Hacıbəyli nədənsə, hakimiyyəti dəstəkləyən qüvvələrin "Meydan TV", "Azadlıq" kimi radikal müxalifət media qurumlarının sosial şəbəkələrdəki səhifələrində yazdıqları aqrumentli cavablardan ciddi şəkildə narahat olmağa başlayıb. Hətta o qədər narahat olub ki, özünün siyasi fahişəlik xüsusiyyətlərindən heç də fərqlənməyən "dərin" və "fundamental" "təhlil" yazısı ilə çıxış edib. Ümumiyyətlə, "məqaləsinin" kökünü məhz bu istiqamətdə quran Hacıbəyli sual edir ki, nəyə görə cavablar, məhz adıçəkilən media qurumlarının, o cümlədən, onun özünün və AXCP sədri Əli Kərimlinin sosial şəbəkədəki səhifələrində verilir? Və hansı səbəbdən dövlətin və hakimiyyətin vuran qolları hesab edilən "Yeni Azərbaycan", "SƏS" qəzetlərində həmin cavablar yazılmır?
Əli Kərimli və Cəmil Həsənli Gülktəkin Hacıbəylini güllələyəcəklər, yoxsa yox?
Əslində, bu kimi sual G.Hacıbəylinin cinahında olanlar üçün "füsunkar" sayıla bilər. Amma iqtidar mətbuatı üçün çox cılız və təsirsizdir! Bunun isə səbəbləri var. Məsələn, Hacıbəyli uzun-uzadı "təhlilini" bir neçə hissəyə bölüb ictmai rəyə sırımağa cəhd edir ki, onun vaxtilə dəstəklədiyi iqtidarda işlətdiyi ağlı indi daha da "artıb". Yəni müxalifətə keçəndən sonra "ağıllanıb". Amma yanılıb, özü də ciddi şəkildə!
Bu məsələyə qayıdacağıq. Amma hələlik, digər bir məsələyə də toxunmaq istərdik.
G.Hacıbəyli bu da azmış kimi, iddia edir ki, vaxtilə oxuduğu "Yeni Müsavat"ı belə uzun müddətdir ki, izləmir. Nədir ki, "Yeni Müsavat" rəhbərliyi uzun illərdən sonra anlayıbmış ki, dəstəklədiyi "müxalifət" yararsız və populizm dalınca qaçanlardan ibarətiymiş. Yəni demə adıçəkilən qəzet həqiqəti dərk etdiyinə görə oxunaqlı deyilmiş (?). Maraqlıdır, niyə G.Hacıbəyli açıq şəkildə etiraf etmir ki, "Yeni Müsavat" naftalin qoxusu verən bataqlıqdan çıxıb və reallığa doğru istiqamət alıb? Məgər bunu etiraf etsə, onu "Milli Şura"da güllələyəcəkdilərmi? Bunu çox yəqin, özləri - yəni Cəmil Həsənli, Əli Kərimli bilər ki, Gültəkin Hacıbəyli reallığı etiraf edərsə, onu güllələyəcəklər, ya yox...
Amma daha bir reallığı etiraf etmir ki, təmsil olunduğu "Milli Şura"da cəmi-cümlətani neçə nəfər tur-tullantı qalıb, yaxud "Azadlıq" qəzetini, ümumiyyətlə, gündə nə qədər adam alıb ayaq yolunda arxa silmək üçün kağız yerinə işlədir.
Qaldı ki, Kərimlinin, onun özünün və Həsənlinin sosial şəbəkələrdəki səhifələrində hakimiyyəti dəstəkləyən qruplar tərəfindən cavabların yazılmasına, o, bilməlidir ki, sosial şəbəkə də, məhz buna görədir. Kimsə şərh yazır, kimsə də həmin şərhləri ya bəyənir, ya bəyənmir, ya da cavablar yazır. Ona görə də, belə başa düşmək olar ki, Hacıbəyli qeyri-demokratik, yaxud avtoritar düşüncəyə malik olan fərd kimi onların yazdıqlarına qarşı tənqidi fikirlərin yazılmasını qəbul etmir. Yalnız tərif istəyir.
Bu günə qədər bizləri azmı məhkəmələrə veriblər?
İqtidar qəzetlərindən də narahat olmasın G.Hacıbəyli. Lazim gələndə, "Yeni Azərbaycan"da da, "SƏS"də də müxalifətə layiqli cavablar faktlara, dəlillərə, çoxsaylı sübutlara əsaslandırılaraq verilir. Bu günə qədər bizləri azmı məhkəmələrə veriblər? Məsələn, götürək digər siyasi fahişəlik yolu ilə özünə çörəkpulu qazanan Xədicə İsmayılı. Ona görə də mövcud yazı da onlardan biridir, yəni naftalin qoxusu verən müxalifəti G.Hacıbəylinin timsalında "yıxıb-sürüyən" bir yazı, yeri gəlmişkən...
Yox, əgər G.Hacıbəyli reklam olunmağını istəyirsə, bu, başqa məsələ. Nə qədər ki, özünü bu cür siyasi fahişəlik yoluna qoyacaqsa, bir o qədər də reklam olunacaq. Bundan heç də narahat-filan olmasın, hətta istəsə Xədicə kimi məhkəməyə də gedə bilər. Bizim onun cavabını verməyə kifayət qədər aqrumentimiz var!
Rövşən NURƏDDİNOĞLU
P.S. Yaxşı olardı ki, Gültəkin Hacıbəyli monqol turistlərinin haradan dublyonka almaları barədə fikirləşməsin. Bunun yerinə soğan yediyi üçün ağzından soğan iyi gəldiyi halda, "soğan yeməmişəm, amma içim göynəyir" oyunbazlığının görünməyən səbəblərini açıqlasın...