PDF Oxu

Müxalifət

  • 3 459

Filmin sonu

image

Dağıdıcı müxalifətin yaratdığı yalançı mifləır dağılır

Hazırki dövrdə diqqətçəkən əsas mövzulardan biri də, dağıdıcı müxalifətin pərakəndə və dağınıq halda olamsı fonunda, Pənah Hüseyn kimi müxalif texnoloqlarının ideyası ilə yenidən birləşməyə, bir olmağa cəhdlərin göstərməsidir. Daha doğrusu, artıq ADP sədri Sərdar Cəlaloğlu, "VİP" sədri Əli Əliyev P.Hüseynin təklifinə, könülsüzdə olsa, razılıqlarını bildiriblər. Hətta görüntü xatirinə S.Cəlaloğlu ilə Ə.Əliyev bir araya gələrək, ADP-"VİP" birliyinin yarandığını elan ediblər. Amma maraqlı məqam, həm də odur ki, xoruzun quyruğu bu məslədə görünməyə başlayıb. Əcəba, müxalifətin birləşməsi təklifi ilə çıxış edən P. Hüseyn niyə özü ADP-"VİP" birliyinə qoşulmaqla daxili stereotipləri dağıtmağa meyil göstərməyib? Yoxsa, S.Cəlaloğlu və ya Ə.Əliyevlə yol getməyi özünə sığışdırmır? Və yaxud "Qarabağ" blokunda S.Cəlaloğlu ilə eyni maraqları bölüşən İ.Ağazadə niyə ADP -"VİP" birliyini "çürümüş kötük, uğusuz partiya sədrlərinin mənasız birliyi" adlandırıb? İ.Ağazadənin ittihamı, onu deməyə əsas verir ki, "Ümid" sədri bacarığından daha böyük iddialara düşüb. Çünki İ.Ağazadə müəyyən dövr dağıdıcı müxalifət düşərgəsində özlərini "ana müxalifət" kimi təqdim edən qüvvələrin kurasiyasında çalışmaqla, gələcəkdə ona "böyük ümidlər" də veriblər. Amma baş verən proseslərin gedişi zamanı verilən ümidlərin heç də real olmadığını anlayan İ.Ağazadə "Azərbaycan", bir qədər sonar isə "Müxalifətin Siyasi Azadlıq" blokundan istefa verərək, müstəqil mübarizəyə üstünlük verdi. Amma nəticə İ.Ağazadə üçün heç də, ürəkaçan olmayıb. 2015-ci il parlament seçkilərində uğursuzluğa düçür olmaqla, arxivlik olduğunu nümayiş etdirdi.

Müxalifətin dağılan tifağı

P.Hüseynin birlik ideyasını ortaya atıb, bir növ özünün qaçıb gizlənməsi, onu göstərir ki, ideya heç də AXP sədrinin beynin məhsulu olmayıb. Sifariş başqa ünvandan, konkret desək, Müsavat rəhbərliyibdən gəlib. Çünki P.Hüseyn birbaşa Müsavatın ideoloji- siyasi xəttini təbliğ edən və bu partiyanın tapşırıqlqrını yerinə yetirən şəxsdir. Birlik modelinin ortaya atılması ilə A.Hacılı və İ.Qəmbər bir növ P.Hüseyn vasitəsi ilə "Milli Şura"nın sədri Cəmil Həsənlinin və AXCP səri Ə.Kərimlinin nəbzini yoxlamağa, onların mövqelərini öyrənməyə çalışıblar. Gözləntilər özünü doğrultmadıqda, P.Hüseyn iddialarından bir növ imtina edib. Bu fakt, bir daha onu göstəriri ki, "Milli Şura" və Müsavat münasibətləri düşmənçilik müstəvisinə yüksəlib və bu baxımdan müxalif düşərgənin heç bir perspektivi yoxdur. Diqqətçəkən məqam ondan ibarətdir ki, Müsavat yetkililəri müxalifətin birliyinin, konkret desək, P.Hüseynin ideyasının dəstəklənməməsinə görə, AXCP sədri Ə.Kərimlini ittiham edirlər. Müsavat başqanının müavini Osman Kazımov Ə. Kərimlini müxalifətin birliyinə mane olmaqda ittiham edib. O. Kazımov "Facebook" səhifəsində yazıb: "Müxalifət liderlərinin Azərbaycanda yaranan vəziyyəti birgə müzakirə etmələri barədə xoş məramla, demokratik qüvvələrin, cəmiyyətin maraqları naminə təklif versə də, Ə. Kərimli bu təklifə qarşı çıxıb. Təəssüf ki, bir daha məlum oldu ki, Ə. Kərimlini ümumi maraqlar deyil, AXCP və "Milli Şura"nın maraqları düşündürür".

Söz yox ki, dağıdıcı müxalifətin cəmiyyət tərəfindən qəbul edilməməsinin müxtəlif, həm də konkret səbəbləri var. Başlıcası hakimiyyətə gəlmək uğrunda anti-Azərbaycan dairələrə Dağlıq Qarabağı ermənilərə güzəştə gedəcəklərini vəd etmələri, ölkənin milli mənafeyini özlərinin və xidmət etdikləri qüvvələrin korporativ maraqlarına qurban verməyə hazır olmaları, məqam və nəqsədlərini anlamayan bir neçə gənci təxribatlar törətməyə təhrik etmələri və bu kimi səbəblərlə əlaqləndirmək olar. Qərb dövlətlərinin Bakıdakı səfirliklərində keçirdikləri görüşlər və Azərbaycanın maraqlarının satılmasına cəhdlərin göstərilməsi, dağıdıcı müxalifətin xalqın gözündən düşməsinin başlıca səbəbləri sırasına aid etmək olar. Mövcud faktlara baxmayaraq, fəaliyyətini qərəzli xarici dairələrin dağıdıcı maraqlarının təmin olunması missiyası üzərində quran dağıdıcı müxalifət Azərbaycanda xaos yaratmaq, təkmil struktur elementlərinə malik olan və möhkəm əsaslara söykənən siyasi sistemin sabitliyini sarsıtmaq üçün ən müxtəlif çirkin vasitə və üsullardan istifadə etməkdən çəkinmir. Bu da dağıdıcı nmüxalifətin çirkin, yaramaz siyasətinyn dəyişməsinin mümükün olmadığını göstərir. Xarici qüvvələrin sifarişlərini yerinə yetirmək üçün canfəşanlıq edən ünsürlər bəd əməlləri ilə xalqdan cox aralı düşdüklərini göstərirlər. Belə müxalifət haqlı olaraq içtimai nifrətə və ittihama layiqdir.

İ.ƏLİYEV

Digər xəbərlər