PDF Oxu

Müxalifət

  • 2 302

Müxalifətin mühacir ixracı biznesi geniş vüsət alır

image

Aksiya - mitinqdən illər keçibdi,

Ordan İsa kimi "kəllər" keçibdi,

İndi meydanlardan yellər keçibdi,

Mühacir libası geyir kadrlar,

Əlilər, Cəmillər qrant udurlar.

Hər "lider" xaricə quyruq bulayır,

Dollar buraxana həzin ulayır,

Əlinə verilən qabı yalayır,

Orda sülənirlər bir cahil kimi,

Ad-san çıxarırlar mühacir kimi.

Çoxu boş-bekardı, kəndir çeynəyir,

"Liderlər" süstlükdən zəncir çeynəyir,

Vaxt-bivaxt tapanda əncir çeynəyir,

Kürsü düşkünləri gedir güdaza,

Qaçır sıravilər basaraq qaza.

Əlisi, İsası ötüşür burda,

Qrant bölgüsündə didişir burda,

Bolluca mühacir yetişir burda,

Əsla fikir verən yox kəmiyyətə,

Yerlər tutulmaqda ucuz qiymətə.

Mirzə Sakit gedib, dağlar qalıbdı,

Qapısı-bacası bağlar qalıbdı,

Yazıq Niderlandda ağlar qalıbdı,

İçib, qazonlarda fağır uzanır,

"Bəylər" də kef çəkib qrant qazanır.

Əkrəm də çürüdüb baş yuxularda,

Başına düşəydi daş, yuxularda,

Sınayıb gücünü, "Daş yuxular"da,

Erməni köksünə sonda xaç taxtı,

Nobeldən gen düşdü erməni baxtı.

O, əldən düşməyib kərdi çəkməkdən,

Sınmayıb elinə pərdi çəkməkdən,

Donqardı erməni dərdi çəkməkdən,

Dram qazanmaqla sanır ucalıb,

Leyla Arifiylə sınıb, qocalıb.

Hələ zingildəyir Xədicə burda,

Sanır qalib gələr qabaqkı turda,

Erməni ocağı qalayar gorda,

Elindən uzağa düşən kəsləri,

Görmüşük, batıbdı sonda səsləri.

Mirzə Qərənfil

Digər xəbərlər