PDF Oxu

Müxalifət

  • 4 482

Ermənilər Əli Kərimlinin cavabını necə verdi?

image

AXCP sədrinin Serj Sarkisyan rejimini tərifləməsi ona baha başa gələ bilər

"Acından ölən" Ermənistanda hərbçilər üçün ölüm, yaxud birinci dərəcəli əlillik halında 21 min dollar (37 min manat), ikinci dərəcəli əlillik halında həmin məbləğin yarısı qədər birdəfəlik ödəniş nəzərdə tutulur. Bundan başqa, 20 il ərzində hər ay sığorta pulu da ödəniləcək. Müvafiq qanunu hökumət hazırlayıb, artıq parlamentə göndərdi..." Bu fikirlər özünü Azərbaycan müxalifətinin "anası" kimi ictimai rəyə zorla sırımağa cəhd edən AXCP sədri Ə.Kərimlinindir. İnanmayan varsa, buyursun onun bloquna daxil olub, həmin ifadələri öz gözləri ilə görsün. Ancaq bu məsələyə yazının sonunda toxunacağıq. Çünki buna qədər daha bir neçə faktı xatırlatmaq yerinə düşərdi...

Məhz Əli Kərimlinin ifrat satqınçılığı sayəsində!

Əslində, Ə.Kərimlinin erməni hakimiyyətini istər sətiraltı, istərsə də birbaşa tərif etməsi kimsədə təəccüb hissi oyatmamalıdır. Çünki onun xəmiri məhz ermənilərə yarınmaq üstündə yoğrulub. Bu yaxınlarda Ə.Kərimlinin oğlu Türkel Kərimlinin ABŞ Konqresində Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanın oğlu ilə eyni "dildə" anti-Azərbaycan xarakterli çıxışlar etməsini, xatırlamağa kifayət edər ki, onun barəsində müəyyən nəticələrə gələk.

O cümlədən, Xədicə İsmayılın, Leyla Yunusun və sairlərin neoerməniçilik təməli üzərində qurulmuş "siyasətləri" arxasından, bilavasitə AXCP sədrinin imzasının olmasını da, bu nüansa əlavə etsək, artıq nəyin-nə olduğunu dəyərli oxucularımız da anlamış olarlar.

Lakin məsələ yalnız bunda deyil. Yəqin, bir çoxlarının yaxşı xatirindədir ki, aprel savaşı başa çatar-çatmaz, Azərbaycanın qüdrətli Silahlı Qüvvələri erməni işğalçılarına lazımi dərs verib, işğal altında olan torpaqlarımızın bir hissəsini azad etdikdən sonra, məhz həmin bu Ə.Kərimli erməni dəyirmanına su tökəcək növbəti həyasızlıq nümunəsini sərgilədi. Hətta Sarkisyan hakimiyyətinə yaxın erməni KİV-ləri Kərimlinin fikirlərinə istinad etməklə, Ermənistan müxalifətin "erməni ordusu Azərbaycan Ordusuna aşkar şəkildə uduzdu" reallığını kölgədə qoymağa çalışdı. Məhz Ə.Kərimlinin ifrat satqınçılığı sayəsində!

Əli Kərimlinin fikirlərinin erməni KİV-lərinin manşet xəbərinə çevrilməsi təsadüfi sayıla bilməz!

Bu zaman sual yaranır ki, düşmən mediası Kərimlinin fikirlərini onun qara qaşına və gözünə vurulduğuna görəmi yayımlayıb? Yaxud Kərimlinin fikirləri erməni maraqlarına xidmət etmirsə, hansı səbəbdən düşmən mediası bunu yayıb? Bu, açıq-aşkar onu göstərir ki, Ə.Kərimli ermənilərin maraqlarına xidmət edir, Vətənə də xəyanət etməyi yaxşı bacarır, çünki bu, onun əsas "siyasi profilidir". O cümlədən, erməni elə bir millətdir ki, maraqlarına uyğun olmayanı heç vaxt yaymaz!

Xatırlayaq - Ə.Kərimli ilk öncə Qarabağda baş verən aprel döyüşlərinin doğru olduğunu bəyan etdi. Ancaq döyüşlər dayandıqdan sonra bildirdiyi fikirləri tam şəkildə Azərbaycanın əleyhinə oldu. Üstəlik, AXCP sədrinin fikirləri, bilavasitə Ermənistan mətbuatının manşet xəbərinə çevrildi! Bu, təsadüf idimi? Əsla!

Daha bir sual: məgər Ə.Kərimli bilmirdi ki, onun verdiyi bəyanatları düşmən mediası yaya bilər? Əlbəttə ki, çox yaxşı bilirdi.

Əli Kərimli acından ölən Ermənistanın "acından ölmədiyini" necə iddia edir?

İndi isə qayıdaq yazının əvvəlinə və Ə.Kərimlinin Serj Sarkisyan rejiminə dəstəyi ətrafında digər fikir mübadiləsi aparaq. Yuxarıda da qeyd edildiyi kimi, AXCP sədri ACINDAN ÖLƏN Ermənistanın heç də bu vəziyyətdə olmadığını aşkar şəkildə iddia edib və bloqundakı yazısında bu ölkənin acından ölməməsini "acından ölən" Ermənistan kimi verib, yəni dırnaq arasında! Sən demə, Ə.Kərimli düşmən ölkənin acından ölmədiyini hesab edir.

Amma görək Ermənistanın müxalifətyönlü KİV-ləri nə yazır? Yenə də uzağa getməyərək, Azərbaycanın "SƏS" İnformasiya Agentliyinin istinad etdiyi "lragir.am" saytında Ermənistanın iqtisadi göstəricilərinin qeyd olunmasına diqqət yetirək. "Ermənistanın milli statistika xidməti ölkədə mövcud iqtisadi tənəzzül barədə məlumatları dərc edib, xüsusilə, kənd təsərrüfatı sahəsində. Söhbət Ermənistan üçün bu günə qədər görünməyən 7-8 fazilik tənəzzüldən gedir". Sayt baş verənlərdə əsas günahkar kimi prezident Serj Sarkisyanla yanaşı, baş nazir Karen Karapetyanın da adını hallandırıb.

Kərimlidən fərqli olaraq, müxalifətyönlü erməni saytı yazır: "Ermənistan hökumətinin ordu üçün "1000 dram" təşəbbüsü, eləcə də birləşmiş erməni-rus hərbi qruplaşması haqqında əldə edilən razılaşma cəmiyyətdə heç də pozitiv reaksiya ilə müşahidə olunmayıb".

"Ekspertlər deyirdilər ki, Karen Karapetyan seçkilərə qədər nəninki Ermənistanı ayaqda saxlamalı, o cümlədən, seçkilərdən sonra da ölkənin baş naziri postunda qalmasını təmin etməlidir"-deyə yazan erməni saytında qeyd olunur ki, Ermənistanda bu ssenarini məhv etməyə kifayət qədər güclər var. Yəni müxalifət, acından "ölən" erməni xalqı hər an yenidən ayağa qalxıb, Kərimlinin müdafiə etdiyi, təriflədiyi Sarkisyan rejiminə qarşı üsyan edə bilər.

Sayt sonda yazır ki, Ermənistan hökumətinin ordu üçün "1000 dram" təşəbbüsü, eləcə də birləşmiş erməni-rus hərbi qruplaşması haqqında əldə edilən razılaşma cəmiyyətdə heç də pozitiv reaksiya ilə müşahidə olunmayıb.

Bununla da, demək olar ki, "lragir.am" saytı AXCP sədri Əli Kərimlinin dedikləri fikirlərin üzərindən çalın-çarpaz xətlər çəkib. Hətta deyərdik ki, cavabını verib!

AXCP sədri bundan sonra nə vaxta qədər milli dövlətçiliyimizə qarşı düşmən münasibəti sərgiləyib, əlini-qolunu sallayaraq azadlıqda gəzəcək?!

İndi isə gəlin müqayisə aparaq. AXCP sədri Azərbaycan hakimiyyətinin ordu üçün, şəhid və Qarabağ veteranlarının ailələri üçün atdığı addımları kölgədə qoymaqdan ötrü, düşmən Ermənistanın (!-R.N.) reallşdırmadığı, hətta bundan sonra da reallaşdıra bilməyəcəyi addımını, necə deyərlər, "bəh-bəhlə" tərifəyir, üstəlik, dolayı yolla Azərbaycan hakimiyyətinə nümunə göstərir!

Məsələ də bundadır ki, uzun illərdir mövcud satqnçılıq, düşmənçilik və xəyanətkar xisləti ilə hələ də əlləri cibində ölkəmizdə rahat şəkildə gəzən AXCP sədri get-gedə öz iyrənc siyasəti ilə, bütövlükdə ictimai mühiti zəhərləyir, bir qrup gənci də öz iyrənc siyasətinin qurbanına çevirir. Maraqlı və düşündürücüdür, görəsən, o, bundan sonra hələ nə vaxta qədər milli-mənəviyyatımıza, milli heysiyyətimizə və milli dövlətçiliyimizə qarşı düşmən münasibəti sərgiləyib, əlini-qolunu sallayaraq, azadlıqda gəzəcək?! Bax, başlıca məsələ budur!

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər