Və ya "müxalifətçi" libası geyinmiş çılpaq qadın...."
Özünü "Milli Şura"nın əzəli və əbədi, "cəfakeş" üzvü, adlandıran, müxalifətçi libası altında siyasi meydanda əsl çılpaqlıq nümayiş etdirən Gültəkin Hacıbəylinin bir neçə il öncə, səsləndirdiyi fikirlər haqqında çoxunuz məlumatlısınız.və müqayisələr aparır. Ancaq bir daha xatırlatmağa dəyər. "Məhsul" stadionuna 18-25 yaşlı 100-150 nəfər gənclə bir yerdə olmaq və gələcəkdən dəm vurmaq insanın keçmişini silirmi? Son günlər G.Hacıbəyli sosial şəbəkələrdə bir yığın başısoyuğu ətrafına cəmləyib Azərbaycanda insan hüquq və azadlıqlarının pozulmasından danışır və müqayisələr aparır.
2010-cu ilə qədər deputat kürsüsündə oturan, daha sonra seçicilərinin "yox" dediyi bu qadın 2009-cu ildə Milli Məclisin plenar iclasındakı çıxışı zamanı deyirdi: "Azərbaycan demokratiya yolunda addımlarını atan bir ölkə kimi, sözsüz ki, insan haqları sahəsində də inişaf edir. Azərbaycanda insan haqları sahəsində spekulyasiyalar da var. Məhz bu spekulyasiyalar nəticəsində, bəzən biz terrorçuların, casusların cəmiyyətə siyasi məhbus kimi təqdim edilməsi, sırınması niyyətlərini görürük". Xanım Hacıbəyli, bir izah edin görək, nə dəyişdi?
2009-cu ildə keçirilən referendum zamanı İTV-də keçirilən debatda Hüquq və Demokratiya Təşviqat Qrupunun vəkili olan G.Hacıbəyli ilə İ.Qəmbər arasında baş verən insident də yaddaşlardan silinməyib. Yuxarıda təqdim etdiyim çıxışı zamanı G.Hacıbəyli "terrorçuları və casusları cəmiyyətə siyasi məhbus kimi sırıyanlar" deyəndə də AXCP sədri Ə.Kərimlini və Müsavat başqanını nəzərdə tuturdu. Bu 6-7 ildə nə dəyişdi ki? Daha doğrusu, 2010-cu ilin noyabrında keçirilən parlament seçkilər zamanı deputat ola bilməyən G.Hacıbəyli elə həmin ilin dekabr ayında necə "müxalifətçi" oldu?
Bu gün Azərbaycanda pensiyaçılarla bağlı aparılan siyasəti tənqid edən G.Hacıbəyli parlamentin iclasında deyirdi: "Azərbaycanda çox mühüm qanunların hazırlanmasında parlament müstəsna rol oynayır. Mən çox sevinirəm ki, möhtərəm Prezidentimizin çağırışına cavab olaraq, pensiya sahəsində çox köklü bir qanunu müzakirəyə çıxarıb. Bu, sözün həqiqi mənasında, çox böyük dəyişikliklərdən xəbər verən bir qanundur. Mütərəqqi və islahat xarakterli bir qanundur. Düşünürəm ki, yeni il qabağı Azərbyacan xalqına, pensiyaçılara Milli Məclisin çox dəyərli bir töhfəsi olacaqdır. Eyni zamanda, möhtərəm Prezidetimizin səsləndirdiyi islahat kursuna cavab verən bir addımdır".
Bir neçə gün öncə Yeni Azərbyacan Partiyasının yaradılmasının 24-cü ildönümü ilə bağlı keçirilən silsilə tədbirlərə qısqanclıqla yanaşan, hakim partiyan haqqında sosial şəbəkələrdə hədyan yağdıran G.Hacıbəyli 2008-cu ildə tədbirdə çıxışı zamanı möhtərəm Prezidentimizin apardığı siyasəti təbliğ edir və çıxışına "Əziz yeni azərbaycanlılar" müraciəti ilə başlayırdı. SİTAT: Əziz yeni azərbaycanlılar, əziz İlhamsevərlər! Xoş gördük sizləri... Bu gün Azərbaycan Respublikası Prezident seçkilərinin təbliğat kampaniyasına rəsmən start verildi. Adətən, seçkilərin təbliğat mərhələsi gərginliklə müşayiət olunur, rəqiblər bir-birilə mübariuzə aparırlar. Lakin mən bu meydanda toplaşan insanların simasına baxıram və heç bir gərginlik və həyəcan görmürəm. İnsanların üzündə təbəssüm görürəm, sevinc görürəm, qələbəyə inam görürəm, iftixar görürəm. Eşq olsun sizlərə! Biz nə üçün qələbəyə əminik? Ona görə ki, İlham Əliyevin heç bir təbliğata, kampaniyaya ehtiyacı yoxdur. İlham Əliyev 5 il ərzində Azərbyacanı qarışbaqarış gəzib. O, həyata keçirdiyi quruculuq fəaliyyəti ilə özünün qələbəsinə ən böyük təminatı qazanıb. Mən bunu cəsarətlə deyirəm. Bəli, bu seçkilərin alternativsiz qalibi İlham Əliyevdir". SİTATIN SONU.
Bəli, bu, həmin Gültəkindir. Bu, dünən iqtidarçı, bu gün müxalifətçi, sabah heç kim olmayan Gültəkindir. İki gün öncə G.Hacıbəyli "Facebook"da yazır: "Azərbaycan silahlanmaya 23 milyard dollar pul xərcləyibmiş! Hanı o silahlar?" Bu, həmin Gültəkindir ki, deputatlıq dövründə mətbauta açıqlamalarında Azərbaycanın hərbi gücündən, əldə etdiyi ən modern silahlardan danışırdı. İndi bu silahlar Gültəkinin nəyinə lazımdır? Bax, bu, maraqlıdır.
Adamın yazığı gəlir buna. İnsanın Ə.Kərimlinin, İ.Qəmbərin, A.Hacılının, F.Qəhrəmanlının, İ.Məmmədovun timsalında rəzil günə düşməsi, elə də təsirli deyil. Ancaq qadının bu kökə düşməsi dəhşətdir.
Samir