"Müxalifətçi" adı altında fəaliyyət göstərən və müxtəlif dövlətlərin xüsusi xidmət orqanlarına casusluq edən şəxslərin, mütəmadi olaraq, bu və ya digər formada tapşırıqlar alaraq işləmələri danılmaz faktdır. Hətta iş o yerə çatıb ki, belə şəxslər Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən deşifrə olunduğuna görə, artıq onlarla xarici qüvvələrin nümayəndələri açıq şəkildə görüşürlər. Xədicə İsmayılın ABŞ-a, İsa Qəmbərin Almaniyaya etdiyi səfərlər (daha sonra gizli şəkildə Rusiyaya getməsi) mövcud faktlara növbəti sübut sayılmalıdır. Bu adamlar tapşırıqlar alır, necə deyərlər, "planlaşdırma"da iştirak edib qayıdırlar. Ancaq əvvəllər dağıdıcı müxalifətçilər və onları himayə edənlər bu görüşləri gizli saxlamağa çalışırdılarsa, artıq buna cəhd olunmur. Çünki Azərbaycan cəmiyyətinə və dövlətinə hər şey bəllidir. Görünən dağa nə bələdçi?
Elə, təxminən bir ay bundan əvvəl, X.İsmayıl ilə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyində gizli görüş keçirilib. Görüşdə ənənəvi olaraq X.İsmayıl tapşırıqlar alıb, üzərinə yeni öhdəliklər götürüb, eyni zamanda, öz xahişlərini, əldə etdiyi məlumatları da havadarlarına çatdırıb. Görüşdə ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri də iştirak ediblər. Fikir verirsinizsə, bir müddət əvvəl "Azadlıq.info" və digər müxalif radikal xəbər saytlarının əsas manşetində "siyasi məhbus" və "siyasi mühacir" məsələləri yer almışdı. Həmçinin, bu yaxınlarda Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək, 10 il müddətinə azadlıqdan məhrum edilən "NİDA"çı Qiyas İbrahimlinin müdafiəsi ilə bağlı da X.İsmayıla tapşırıq verilib. Bütün bunların qarşılığında isə X.İsmayıla lazımı qədər maliyyə yardımı ediləcəyi bildirilib. Cinayətkarın həbsinə siyasi don geyindirib, Azərbaycan qanunlarına qarşı hörmətsizlik etmək cəhdləri Qərbin yeni məzəsi deyil. Qərb uzun illərdir ki, öz gözündə tiri görmür, amma başqasının gözündə qıl axtarır. Vikiliks saytının rəhbəri Culian Asanjın başına gətirilənlərlə bağlı, ilk növbədə, Qərb susur, o, hələ də səfirlikdə gizlənir. Çünki bilir ki, ya həbs ediləcək, ya da öldürüləcək. Avropa İttifaqı, ABŞ, "Human Rights Watch", ""Freedom House" təşkilatları Almaniyad və Fransada baş verənlərə münasibət bildirmir. ABŞ-da öldürülən jurnalistlərin cinayət işi hələ də açıqdır. Amma susurlar..! Heç şübhəsiz, öz eyblərini gizlətmək üçün başqalarında eyib axtarmaq cəhdləri həmişə effektli olmur. Məsələn, bu gün hər kəs bilir ki, dünyada baş verən bütün terrorçuluğun səbəbkarı Qərb dövlətləri, daha dəqiq desək, İngiltərə və ABŞ-dır.
Qayıdaq görüşə. X.İsmayıl görüş zamanı xarici "diplomatlara", xüsusi xidmət orqanlarının "səfir" adı altında fəaliyyət göstərən yüksək rütbəli zabitləri ilə görüşdə Leyla Yunus, AXCP sədri Ə.Kərimli və Müsavat partiyasının başqanı A.Hacılı, həmçinin, "REAL" və digər siyasi təşkilatlarla bağlı şikayət edib. X.İsmayıl həmin şəxslərə və təşkilatlara qrant vəsaiti ayrılmasının məqsədəuyğun olmadığını bildirib: "Bu şəxslərin təşkilatları pul müqabilində istənilən adama "siyasi məhbus" adı verir, hökumətin siyasətinə "don" geyindirir və sairə. Faktiki olaraq, L.Yunus, Ə.Kərimli, A.Hacılı, İ.Qəmbər "mühacir biznesi" ilə məşğuldur. Onların tərtib etdiyi "siyasi məhbus" siyahısı saxtadır. Mən həmin siyahı ilə tanış olmuşam. O siyahıda ən azı 40 nəfərin adı müəmmalıdır. Bu siyahını, əsasən, L.Yunus hazırlayır. Ona görə siyahıda daha çox dindarlar üstünlük təşkil edir. Baxmayaraq ki, seçim sizindir, ancaq bu adamlara qrant vəsaiti ayrılması sizin üçün də faydalı olmaz".
Təbii ki, X.İsmayıl, Ə.Kərimli, L.Yunus, A.Hacılı və bu kimi şəxslərin əsas məqsədi "kimin xarici dairələrə daha yaxşı işləməsi, daha çox pul alması"dır. Ola bilər ki, X.İsmayıl hansısa cəbhəçini müdafiə etsin, ancaq burada mütləq öz maraqlarını güdür. Məsələn, müdafiə etdiyi cəbhəçiyə görə, xarici dairələrdən əlavə nə qədər pul ala biləcəyi onu daha çox düşündürür. Əgər belə deyilsə, o zaman AXCR-nin tərtib etdiyi saxta "siyasi məhbus" siyahısında nə üçün 194, Müsavatın tərtib etdiyi siyahıda isə 96 şəxsin adı var? Nə üçün Ə.Kərimli səfirliklərdə keçirdiyi görüşlərdə X.İsmayılı, İ. Qəmbəri, onlar da öz görüşlərində Ə.Kərimlini və digərlərini ittiham edirlər? Məqsəd bəllidir. Hər biri özünü daha çox gözə soxmaq istəyir.
Bir müddət öncə Ə.Kərimli ABŞ səfirliyində olarkən, oğlu Türkelin Avropada beynəlxalq təşkilatlardan birinə işə düzəlməsi üçün "diplomatlar"dan xahiş etmişdi. Bu dəfə də X.İsmayıl "diplomatlar"dan xahiş edib ki, Q.İbrahimlinin adını Avropada fəaliyyət göstərən ali məktəblərdən birinə tələbə kimi yazdırsınlar.
Samir