PDF Oxu

Müxalifət

  • 4 194

"Gültəkin Hacıbəyli, sadəcə, eyforiyadadır"

image

Elşən Musayev: "Həsənli yaşından və başından utanmayaraq AXCP sədrinin oğlu haqda fantastik təriflər deməyi də unutmur"

Müsahibimiz Demokratik-Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevin müsahibəsi

- Elşən müəllim, "Milli Şura"nın adından daha çox AXCP sədri Əli Kərimli çıxış edir. Bu, o deməkdirmi ki, Cəmil Həsənli bir növ arxa plandadır?

- Bu yırtıcı ünsürlərin, ümumiyyətlə strategiya, istiqamət planı varmı ki, hələ bir o planın arxa və ön tərəfi də olsun? Təbii ki, yoxdur. Sadəcə, Gültəkin Hacıbəyli, C.Həsənli və Ə.Kərimli özlərini "müqəddəs üçlük" elan ediblər. Aralarında da kim daha çox bekar olsa sədr kimi də həmin adam danışır. Vəssalam. Məğz budur. Sadəcə, anlamırlar ki, biri beşınə dəyməz, beşi də birinə. Fərqində deyillər ki, "Milli Şura" çoxdan tarixin arxivinə gömülüb və nə dediklərindən asılı olmayaraq anındaca gülüş obyektinə çevrilirlər. Düzdür, arada G.Hacıbəyli C.Həsənliyə "müəllim elmi işlərlə məşğuldur deyə siyasətdən uzaqlaşıb" replikasını ataraq, "ağsaqqal"ı mədəni şəkildə pensiyaya göndərir. Amma bir daha təkrar edirəm: onların iddiası olmayan təşkilatın olmayan sədrliyi uğrundadır.

- Sizcə, nəyə görə Ə.Kərimli mətbuat katibi qismində gördüyü C.Həsənlini "Milli Şura"nın sədrliyindən uzaqlaşdırıb, özü sədr olmaq iddiasını reallaşdırmır? Bunda ona nə mane olur?

- Ə.Kərimliyə "siyasi marionetka", çəpik çalan lazımdır. Ona görə. Öz də C.Həsənli bir tək Kərimlinin mətbuat xidməti funksiyasını icra etmir ki. Onun fəaliyyət spektrı daha genişdir. Lazım gələndə, Həsənli yaşından və başından utanmayaraq AXCP sədrinin oğlu haqda fantastik təriflər deməyi də unutmur. Halbuki bir mandata görə zamanında öz sədrinə asi çıxmışdı. C.Həsənli Kərimlinin "ya mandat, ya təşkilat" seçimi qarşılığında mandatı seçərək, AXCP-dən zorən uzaqlaşdırılmışdı. Amma indi utanmadan mediada, manşetlərdə siyasi ideologiya, mənəviyyat xırdalayır. Ə. Kərimli bu adamı yaxşı tanıdığına, onun xasiyyətinə, xarakterinə yaxından bələd olduğuna görə Həsənlini yanında saxlayıb. Bilir ki, nə təhlükə var nə iddia. Ürəyi istəyən vaxt qovacaq. Əvvəllər qovduğu kimi.

- "Milli Şura"nın koordinasiya şurasının üzvi G.Hacıbəyli hər fürsətdə hökuməti - Azərbaycan dövlətini tənqid edir və bir növ Ə. Kərimlinin sağ əli rolunda çıxış etməyə çalışır. Əqidə dəyişkənliyin, üzü dönüklüyün səbəbi nədir? Maliyyə yardımı almaq, yoxsa ağılsız bir qərar?

- G.Hacıbəyli, sadəcə, eyforiyadadır. Bu adam nə elədiyini bilmir. Get-gedə də özünü quyunun tam dibinə aparır. Əvvəl-əvvəl guya iqtidara acıq vermək üçün bunları edirdi, fəqət birdən, ayıldı ki, artıq qaragüruhun əsas simalarından birinə çevrilib. Yəni özü də olub bunların tayı. Gültəkini ambisiya bitirdi. O, arzu və istedadı arasındakı fərqi görə bilmədiyi üçün bu günlərə qaldı. Bu adam özünü çoxbilmiş hesab edir. Amma elə ancaq sosial şəbəkələrdə yazdığı statusların mətninə, ordakı atmacalara, uşaqtək yeri gəldi-gəlmədi əlavə etdiyi "smayl"lara diqqət yetirmək kifayətdir ki, adamın hansı səviyyə və məntiq yiyəsi olduğunu görəsən. Gültəkin əvvəllər yerində olmayıb. İndi isə əsl yerindədir, öz qəlibindədir. Ona böyük şəxsiyyətlərin deyil, elə Kərimli və Cəmil kimi uğursuzların yanında olmaq yaraşır.

GÜLYANƏ

Digər xəbərlər