Rəsul Quliyev: "Müxalifət bu 24 illik ''fəaliyyət"lərindən, nəhayət xəcalət çəkməlidirlər"
Ənənəvi müxalifət adlandırılan düşərgədə yaranmış böhranlı vəziyyət vaxtilə həmin düşərgənin "liderlərdən" biri olunmuş sabiq spiker Rəsul Quliyevin yenə də ampulasından kənara çıxmır. Bir müddət öncə AXCP, Müsavat, "Ümid", ADP, KXCP, AMİP kimi partiyaların ayrı-ayrılıqda bostanlarına daş atan R.Quliyev bu dəfə də eyni istiqamətdə daşını atmaqdadır. Məsələ ondadır ki, artıq özünü siyasət arenasında görmədiyini bəyan etmiş sabiq spiker hələ də özlərini müxalifət "lideri" hesab edən partiya sədrlərini pensiyaya çıxmağa dəvət edib. Lakin R.Quliyevin nə bu çağırışı, nə də təhqirli sözləri köhnəlmiş, artıq heç bir siyasi normalara cavab verməyən müxalifət "liderləri"nə belə təsir etmir və hələ də öz yerlərində saymaqda israrlı olduqlarını göstərirlər. Bu isə, əlbəttə ki, yeni müxalifətin yaranmasına, müxalifətçilik tendensiyasının yeniləşməsinə köklü əngəllər yaratmış olur. R.Quliyev müsavatçıların hazırkı rəhbəri A.Hacılının keçmiş başqan İ.Qəmbərdən qat-qat aşağı səviyyəli adam olduğunu deyir. O, Müsavatın qurultayını xatırladaraq bildirib: "Müsavat partiyasında sədr yerini vermək prosesini gördük. Başqan yerini özündən bütün komponentlərlə qat-qat aşağıda durana verdi. Nəticədə, "mən varam, partiya var, mən yoxam, partiya yoxdur" şüarının düz olduğu özünü göstərdi. Hadisələrin nə ilə nəticələndiyini bilirik".
20 il partiya sədrinin ağlı dəyişməyibsə...
Sabiq spiker 24 il bundan öncə bu ölkələrdə hakimiyyətə gəlmişlərin içərisindən heç olmazsa bir nəfər belə indiyə qədər müxalifətçilik etmədiyini bildirib: "Anlamırlar ki, müxalifət "professiya" deyildir, müxalifətçilik müvəqqəti işdir, bir seçkidə iştirak edirsən, uduzdun, çəkilib gedirsən. Çünki sizlərin düşüncəniz yoxdur, ancaq həyasız sifətiniz var".
R.Quliyev belə düşüncəyə malik olan bütün müxalifət partiya "liderləri"nin istefa verməsinin əhəmiyyətli olduğunu vurğulayıb: "Onlar yerlərini heç kimə vermədən, sadəcə, istefa verib getməlidirlər. Hökumət iki il bundan qabaqkına nisbətən, indi normal müxalifətin yaranmasında daha maraqlıdır."
"Azərbaycanda liderlərin yalan danışmaları əndazəni çoxdan aşıb" sözlərini deyən R.Quliyev dağıdıcı düşərgə liderlərinin məğlub olmalarına rəğmən, hələ də onun çağırışlarının bir nəticə vermədiyini deyib. Müxalifət liderlərinin ətrafında elektoratın olmadığını da səbəb kimi göstərən eks-spiker bildirib ki, vaxtilə onların keçirdikləri mitinqlərdə ictimaiyyət bunun şahidi olub: "Qiymətlərin qalxması ilə əlaqədar müxalifət mitinq elan etdi. Qiymətlərin qaxmasından narazı olanların sayı heç olmazsa 1-2 milyon olardı, ya yox? Əgər bu mitinqə 700-800 adam çıxırsa, bu, nə deməkdir? Bu, artıq sizlərdən bezdiklərini söləməkdir". Bütün bunlara baxmayaraq, R.Quliyev ənənəvi müxalifət liderlərinin heç vaxt istefa verməyəcəklərini bildirərək, burada onların maraqlarının olduğunu da istisna etməyib.
R.Quliyev "facebook" səhifəsində onu da yazıb ki, kiflənmiş müxalifət istefa verənə qədər onlara onlara qarşı mübarizəmi dava etdirəcəyəm...
Rəfiqə HÜSEYNOVA