PDF Oxu

Müxalifət

  • 1 955

Əli Kərimli Tarif Şurasının qərarını axıra qədər oxuyubmu?

image

TƏRS BAXIŞ

Yaxud AXCP sədrinin özünə qalan haray-şivəni

Tarif Şurasının elektrik enerjisi və təbii qazla bağlı yeni tarif tənzimlənməsi barədə qərarından sonra, bir daha bəlli oldu ki, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi bu dəfə də nəzərə alınıb və bu amil dövlətin sosial ədalət prinsipini qorunması istiqamətində nümayiş etdirdiyi növbəti addım kimi qiymətləndirilir. Ümumiyyətlə, ötən illər ərzində də, görünən budur ki, Azərbaycanda sosial xidmətlərə görə tariflərdə radikal artıma yol verilməmiş, bu sahədə həyata keçirilən siyasət maksimal şəkildə vətəndaşların, xüsusilə, aztəminatlı aiələlərin sosial durumu ilə uzlaşdırılıb.

Görünür, Əli Kərimli növbəti dəfə bənzər fikirləri ilə erməni KİV-lərinin maneştlərinə çıxmağa hazırlaşır

Dövlətin aşkar şəkildə atdığı bu addımı bir daha özlərini zorla "xalqın lideri" kimi ictimai rəyə sırımağa çalışanlar, xüsusilə, son illər "siyasətini" yalnız sosial şəbəkələr üzərində quraraq, "mən də varam" prinsipi ilə var-gəl edən AXCP sədri Əli Kərimli dərhal bu məsələyə öz təbirinə köklənmiş və kifayət qədər gülünc bir münasibət bildirib.

Məsələ ondadır ki, feysbuk səhifəsində guya xalqın yolunda saçını yolan, ancaq uzun illərdir ki, özünü və ətrafını xalqdan təcrid etmiş Kərimli yenə də öz şəxsi ambisiyalarını reallaşdırmaq üçün xalqın adından istifadə edib. Məsələn, Tarif Şurasının məlum qərarını "anti-xalq" adlandırıb. Ancaq unudub ki, onun bu günə qədər göstərdiyi fəaliyyəti, bilavasitə anti-xalq, anti-Azərbaycan, anti-dövlətçilik və eyni zamanda, neo-erməniçilik istiqamətində qurulub. Təkcə bu ilin aprel savaşı dönəmində Azərbaycanın Silahlı Qüvvələri Kərimlinin çox sevdiyi erməni dostlarının burnunu ovarkən, bu siyasi həyasızın bircə Azərbaycan əleyhinə bəyanatı dərhal erməni KİV-lərinin manşetini bəzədi. İndi isə, görünür, növbəti bənzər fikirləri ilə erməni KİV-lərinin maneştlərinə çıxmağa hazırlaşır.

Ancaq unudur ki, heç Tarif Şurasının məlum qrarını axıra qədər oxumayıb, bəlkə də, ümumiyyətlə, oxumayıb...

Qxuyub-anlamaq qabiliyyəti yoxdursa, onun düşüncəsizliyinin kimsəyə, ələlxüsus, xalqa heç bir aidiyyatı yoxdur!

Məsələn, əgər oxusaydı, bilərdi ki, Azərbaycan dövləti xalqın aztəminatlı təbəqəsini həmin tarifdən azad edib. Yəni bu gün iqtisadi bilgisi kifayət qədər az olan insan da qərarı oxuduqdan sonra anlayır ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək, bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılır və illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilir. Əgər nəzərə alsaq ki, burada söhbət aztəminatlılardan gedir, onda belə qənaətə gəlmək mümkündür ki, aztəminatlı ailələr illik hesablamalara görə, heç 1500 kubmetr qaz da istifadə etmirlər. Necə deyərlər, hər kəs öz ayağını yorğanına görə uzadır və həmin abonentlərin, o cümlədən, bu kateqoriyaya aid olan aztəminatlı ailələrin təbii qaz üzrə ödənişlərində artım olmayacaq.

Eləcə də elektrik enerjisinin pərakəndə satış tarifi sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək, mövcud 7 qəpik səviyyəsində saxlanılıb. Aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Yəni burada da abonentlərin 72 faizinin aylıq istehlak həcmi 250 kilovat-saatdan az olduğu üçün, diferensial tariflərin tətbiqi həmin abonentlərə, o cümlədən, bu kateqoriyaya aid olan aztəminatlı ailələrə təsir göstərməyəcək.

Bu zaman müxtəlif hadisələrdən sual çıxarıb, ictimai rəyin zəndeyi-zəhləsini aparan Ə.Kərimliyə bu dəfə biz sual edirik ki, məgər bu ifadələri anlamaq o qədərmi çətindir? Yaxud oxuyub-anlamaq qabiliyyəti yoxdursa, onun düşüncəsizliyinin kimsəyə, ələlxüsus, xalqa heç bir aidiyyatı yoxdur!

Daha hər vəziyyətdən sui-istifadə üçün hakimiyyətə, dövlətə qara yaxıb, erməni dəyirmanına su tökməyə də ehtiyac yoxdur.

Rövşən NURƏDDİNOĞLU

P.S. Lakin bu da son deyil. Məsələnin əsas tərəfi budur ki, Ə.Kərimli utanıb-qızarmadan həm xalqın adından istifadə edir, həm də özünü xalqın tərkib hissəsi kimi sırımağa cəhd göstərir. Sən demə, xalq bunun sərsəm şüarlarla bəzədilmiş mitinqlərini dəstəkləmədiyinə görə hər kəs günahkarıymış (?!-R.N.) Həm hakimiyyət, həm də hakimiyyəti dəstəkləyən xalq. Siyasi həyasızlıq bax, buna deyərlər!

Digər xəbərlər