PDF Oxu

Müxalifət

  • 4 283

Müxalifətin qeyri-sağlam mübarizə üsulu

image

Dağıdıcı müxalifət yenidən eyforiyada

2018-ci il prezident seçkilərinə hələ xeyli müddət qalmasına baxmayaraq, dağdıcı müxalifət düşərgəsində daxili problemləri daha çox qabarıq formada özünü göstərir. Bu kimi qabarma proseslərində ən çox nəzərə çarpan amillərdən biri "liderlər" arasında yaşanan kəskin ziddiyyətlərdir. Özlərini ənənəvi müxalifət kimi qələmə verən siyasi partiya "liderləri" də, yaxşı bilirlər ki, 24 ildən artıq müddət ərzində heç bir uğura imza ata bilməməyin sonu siyasi arenanı tərk etməklə nəticələnir. Bu fakt, əslində, beynəlxalq siyasi təcrübədə də mövcuddur. Siyasətdə ciddi irəliləyişlərə nail ola bilməmək amili, həm də o anlamı verməkdədir ki, həmin fərdlər (uduzan tərəflər - R.H.) idarəçilik qabiliyyətinə malik deyillər. Qeyd etdiyimiz kimi, sözügedən təcrübə bir çox ölkələrin siyasət meydanlarında mübarizə aparan siyasilər tərəfindən sınaqdan çıxarılıb. Lakin Azərbaycanın ənənəvi müxalifəti "liderləri" həmin sınaqdan keçməyə cürət etmirlər. Çünki bilirlər ki, bundan sonra 24 il keçsə belə, onların köhnəlmiş siyasi baxışlarında, ucuz təfəkkürlərində heç bir yenilik olmayacaq.

Ortaq məxrəcdə kəsişən antimilli maraqlar

Seçkilərdə dağıdıcı müxalifət "liderlər"inin məğlubiyyətləri onlara sifarişlər verən anti-Azərbaycan meyilli xarici dairələrin maraqlarını təmin edir. Yəni bu maraqlar ortaq məxrəcdə kəsişir. Belə ki, məğlub tərəf - AXCP sədri Ə.Kərimli-Müsavat başqanı A.Hacılı cütlüyü bütün seçkilərdən dərhal sonra guya həmin seçkilərin anti-demokratik keçirildiyini iddia edirlər. Onlara sifarişlər verən xarici dairələr isə, öz növbələrində, müxtəlif təşkilatlar ("Freedom House", "Amnesty İnternationale" və s. - R.H.) vasitəsilə "liderlərin" donoslarını ictimailəşdirirlər. Nəticədə, hər iki tərəfin Azərbaycana qarşı birləşmiş məkrli maraqları təmin olunur. Dağıdıcı müxalifət "liderləri" əllərində olan fürsətdən istifadə edərək, "siyasi mübarizə" adı altında şəxsi mənfəətlərini güdməklə bir-birilərini ittiham edir, özü də, necə deyərlər, ittihamın biri bir qəpikdən satılır.

Müsavat funksioneri Mustafa Hacıbəyli "cəbhəyə" qarşı ittihamlarında deyir ki, həm mətbuatda, həm də, sosial şəbəkələrdə Müsavata qarşı total təbliğat aparılır: "...Bu məsələ AXCP tərəfindən Müsavata qarşı hücumların tərkib hissəsidir...".

Müsavat partiyasının sədri A.Hacılı da öz növbəsində, Ə.Kərimlinin fəaliyyətinin ancaq düşmənçilik istiqamətində olduğunu bildirib: "Ə.Kərimli öz düşmənçilik mövqeyini bütün fəaliyyəti böyu nümayiş etdirib. Bu, müttəfiqlik münasibəti deyil. Bu, düşmənçilik də yox, qəti düşmənçilik münasibətidir".

Eks-spiker Rəsul Quliyevin daha sərt formada danışması yuxarıda qeyd olunan bütün fikirləri təsdiqləyir: "İ.Qəmbər və Ə.Kərimlinin seçkilərdə qalib gəlmək potensialları sıfır dərəcəsindədir.Bu insanların hansı məqsədə qulluq etdiklərini özlərindən başqa heç kim bilmir. Çünki normal ağıl sahibi deyillər və belə ağıl sahibləri normal məntiqlə iş görmürlər".

Göründüyü kimi, artıq bu kimi amillərin arxasında, təbii ki, bir sübut dayanıb - siyasi hadisələr fonunda siyasi dividend artırmaq və bu yolda istənilən qarşıdurmalara getmək. Çünki ortada xalq deyil, şəxsi mənfəət güdmək məsələsi dayanıb.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər