PDF Oxu

Müxalifət

  • 2 285

Özünü ucuz satan sui-istifadəçi müxalifət

image

Saman çöpündən yapışan müxalifət "xilasını" mitinq keçirməkdə görürür

Enerji daşıyıcılarının qiymətlərinin artırılması ilə bağlı Tarif Şurasının çıxardığı qərar qış yuxusuna dalmış müxalifəti dırnaqarası ayıldıb. Yenə də müxalifət ölkədə baş verən ictimai-siyasi hadisələrə, ən yaxşı halda, sosial şəbəkələrdə statuslar yazaraq, müxtəlif bəyanatlar verməklə, yenə də çıxış yolunu mitinq keçirməkdə gördüklərini bildirirlər. Ən maraqlısı isə keçirilən mitinqlərə xalqın gəlməməsindən də narahat olaraq, onları qınayırlar.

Müxalifətin qiymət artımından istifadə edərək əhalini öz tərəfinə çəkmək xülyası isə heç bir fayda verməyəcək

Çünki dağıdıcı müxalifət anlamalıdır ki, Azərbaycanda qiymət artımı siyasi konyuktura xarakteri daşımır və sırf iqtisadi maraqlar nəzərə alınaraq, belə qərar qəbul edilib. Dağıdıcı müxalifət bu vəziyyətdən sui-istifadə edərək əhalinin narazı, aztəminatlı təbəqəsini öz tərəfinə çəkməyə çalışması isə heç bir fayda verməyəcək.

Hakim Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə bildirib ki, müxalifət partiyaları sosial bazalarının zəiflədiyini bilərək hansı aksiyadan danışa bilərələr: "Bir-iki il bundan əvvələ qədər vaxtaşırı mini aksiyalar keçirirdilər. Hər dəfə mitinqə gələnlərin sayında azalma müşahidə olundu. Sonuncu dəfə keçirdikləri mitinqə 200 adam qatılmışdı. Ona görə də, hər halda, özləri də fərqindədirlər ki, sosial bazaları çox zəifdir və bu cür sosial baza ilə mitinq keçirmək mənasızdır. Onlar bilməlidirlər ki, əsas məsələ mitinq keçirmək deyil. Əsas məsələ hansısa məsələyə öz ciddi təklifini ortaya qoymaqdır. Ciddi təkliflərin ortaya qoyulacağı halda qəbul edilməsi daha realdır. Nəinki kiçik mitinqlər keçirib orada səslənən populist bəyanatlar".

A.Mirzəzadənin fikriniə görə, əvvəllər olduğu kimi, müxalifət mitinq keçirmək barədə qərar versə, bu çağırışa dəstək verən olmayacaq: "İnsanlarımız bu addımın məcburiyyətdən atıldığını anlayırlar. Eyni zamanda, yaranmış situasiyada hökumətin aztəminatlı əhalinin vəziyyətini yaxşılaşdırmaq üçün atdığı addımlardan da xəbərdardırlar. Müxalifətin təklif etdiyi qeyri-müəyyənlik, qarşıdurma iqtisadi problemlər uçurumuna yuvarlanmadır. İqtidarın təklif etdiyi isə vaxtında düzgün iqtisadi addımlar atmaqla iqtisadiyyatı stabilləşdirmək, artıma nail olmaq, sahibkarlığa dəstək olmaq, manatın mövqeyini möhkəmləndirməkdir. Bu baxımdan, müxalifətin yaranmış vəziyyətdən yararlanma cəhdlərinin hər hansı bir nəticə verəcəyini gözləməyə dəyməz. Çünki ölkə Prezidenti İlham Əliyevin inkişaf siyasətinin mərkəzində insan amili durduğundan, kommunal tariflərin hesablanmasında differensiallaşma və optimallaşdırma variantına razılıq verdi. Bu da, bir daha onu sübut edir ki, Azərbaycan dövlətinin prioriteti insanların yüksək rifah içərisində yaşamasıdır. Bundan sonra da müxalifətin cəhdləri uğursuz olacaq. Ona görə də, heç bir azərbaycanlı sakit və təhlükəsiz həyatını ölkəni xaosa sürükləyən müxalifətin iddialarına qurban verməz".

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər