PDF Oxu

Müxalifət

  • 3 117

Əli Kərimlinin özü istefa vermək yerinə

image

SİYASİ RAKURS

növbəti siyasi həyasızlığını nümayiş etdirdi

Azəraycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli rəhbərlik etdiyi siyasi təşkilatın acınacaqlı və çıxılmaz vəziyyətə düşməsindən narahat olmağa başlayıb. Belə ki, son bir neçə ildə AXCP-dən kütləvi şəkildə istefaya getmiş şəxslərin yeri dolmadığına görə, Ə.Kərimli aşkar şəkildə partiyasının dağılmaq ərəfəsində olduğunu etiraf etmək məcburiyyətində qalıb. Daha dəqiq desək, cəbhəçi sədr növbəti dəfə siyasi həyasızlıq nümayiş etdirməklə, insanları AXCP-yə üzv yazılmağa səsləyib. "Facebook" sosial şəbəkəsindəki şəxsi səhifəsində müraciət ünvanlayan Ə.Kərimli bunu bir sıra əsassız və sübutu olmayan dırnaqarası amillərlə "izah" etməyə çalışıb. Lakin fakt budur ki, o, daxili intriqalar üzündən dağılma prosesi gedən AXCP-ni xilas etmək gücünü itirib. Çünki partiyasını avtoritarçılıq və inhisarçılıq vasitəsilə əlində saxlayaraq, özünü sədrlik kreslosuna pərçimləmiş Kərimlini uzağı bir neçə nəfərdən başqa kimsə dəstəkləmir.

Əli Kərimli AXCP-də daxili avtoritarizm yaradıb və orada heç bir demokratiya mühiti mövcud deyil

Yalançı vətənpərvərlik və millətçilik hay-harayı ilə dünya dövlətləri tərəfindən tanınan, dəstəklənən və qəbul edilən rəhbərliyinə qarşı "mübarizə" etməkdən ötrü insanları AXCP-yə üzv olmağa çağırır (?!-R.N.). Söz yox ki, hər hansı bir partiya sədri özünə və idarəçiliyinə güvənmirsə, siyasi uğursuzluqlarla qarşı-qarşıya qalırsa, o, ən azından, bütün dünyanın qəbul etdiyi istefa mədəniyyətini göstərməli, necə deyərlər, qovluğunu qoltğuna vurub, kürsüsünü tərk etməlidir. Bu addım, hətta dünyanın bir çox ölkələrində hakimiyyət nümayəndələri tərəfindən də atılıb. Ancaq Kərimli, bu da azmış kimi, aşkar siyasi həyasızlığını göstərməklə yanaşı, üstəlik, onu dəstəkləməyən, qəbul etməyən, əksinə, rədd edən insanları partiyasına üzv yazılmağa səsləyir. Bəli, bu siyasi həyasızlğın son həddidir desək, heç də yanılmarıq.

Elə isə, biz bir daha daxili araşdırmamıza söykənərək, Ə.Kərimiyə bəzi xatırlatmalar etməyi nəzərə aldıq. Məsələn, bayaq da qeyd etdiyimiz kimi, Kərimli AXCP-də daxili avtoritarizm yaradıb və orada heç bir demokratiya mühiti mövcud deyil. Eyni zamanda, partiyada azad söz də yoxdur. Məsələn, bu gün AXCP-nin mətbu orqanı kimi dərc edilən "Azadlıq" qəzetində Kərimlinin razılığı olmadan ən kiçik elan belə yerləşdirilə bilməz! Çünki Ə.Kərimlinin tənqidə və fərqli fikirə heç vaxt dözümü olmayıb və qarşı tərəfi özünün sosial şəbəkədəki zombi dəstəsi ilə ağlasığmaz təhqirlərə məruz qoyub.

Dəvənin quyruğu nə vaxt uzanıb yerə dəyəcəksə...

Elə də uzağa getməyərək, vaxtilə Ə.Kərimlinin müavini olmuş, uzun illər AXCP-də rəhbərlik postunda fəaliyyət göstərmiş Razi Nurullayevin istefaya getdiyi zaman irəli sürdüyü fikirlərini bir daha xatırlayaq. SİTAT: "Hər zaman daxili söhbətlərimiz olurdu ki, sədr şəxsiyyəti cəmiyyət tərəfindən qəbul edilən və sözünün çəkisi olan müavinlər və funksionerlər tərəfindən əhatə olunmalıdır. Ancaq hər şeyi özünün şəxsiyyəti ətrafında qurmaq və hər kəsi özünün təbliğatına cəlb etmək yanlış addımdır. Fərqli danışanı və sədrin şəxsi təbliğatında iştirak etməyənlər həmişə kənarlaşdırıldı və kənarlaşdırılmaqdadır. Niyə siz məni və yüzlərlə cəbhəçini məcbur etməlisiniz ki, bizi sizin razılaşmadığımız və əksinə olduğunuz fikri və düşüncələrinizi paylaşaq və təbliğ edək? Niyə hər zaman siz deyən düzdür...Sədr öz ətrafına potensial rəqibləri kimi baxırsa, bu, fəlakətdir..."

Bu da son deyil. Nurullayev aydın şəkildə bəyan edib ki, xalq heç vaxt onlarla, yəni AXCP ilə bir olmayıb: "Xalq bizimlə deyil. Çox narahat oluram. Bu məsələləri çox müzakirə edirdik. Biz meydanlara da "sən öl, mən öl" ilə adam yığırdıq. Fədəkar və saf cəbhəçilər axırıncı pullarını verib kontur alaraq, daha çox adama zəng edirdilər. Əgər xalq bizimlə deyilsə, bizim çağırışımıza lal və kar qalırsa, o zaman bu günah sizdədir".

Beləliklə, fakt göz qabağındadır. Fakt budur ki, Ə.Kərimli bütün bunları yaxşı bilir. Sadəcə, aşkar siyasi həyasızlıq nümunəsi sərgiləyərək, sədr kreslosunu tərk etməsi yerinə, utanmz-utanmza insanları AXCP sıralarına çağırır. Atalar demişkən, gözləsin, dəvənin quyruğu nə vaxt uzanıb yerə dəyəcəksə, onun da partiyasına üzvlər yazılmağa başlayacaq...

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər