PDF Oxu

Müxalifət

  • 2 321

Bəs Əli Kərimlinin çağırışına "dəstək" verənlərin ərizəsi hardadır?

image

AXCP sədri Əli Kərimli bir neçə gün bundan öncə sosial şəbəkələr vasitəsilə müraciət yaymışdı. Müraciətdə qeyd olunurdu ki, guya ölkənin bu çətin vəziyyətində yeganə çıxış yolu AXCP-yə üzv olmaqdır. Gülməlidir, deyilmi? Bütün dünyanı bürüyən iqtisadi böhrandan çıxış yolunu AXCP-yə üzv olmaqda görən bu adamların iddiaları ilə imkanları üst-üstə düşürmü? Lakin məsələ bununla bitmədi. Axı Ə.Kərimlinin "Azadlıq.info"da, eləcə də, sosial şəbəkələrdəki səhifələrində etdiyi müraciətə elə cəbhəçilərin özləri tərəfindən bir "cavab" hazırlamaq, guya insanların bu müraciətdən sonra kütləvi şəkildə AXCP-yə üzv olmaq üçün ərizələr yazdıqlarını car çəkmək lazım idi, ya yox!? Belə də oldu. Cəmi iki gün sonra, 8.12.2016-cı il tarixində "Azadlıq.info"nun manşetinə belə bir yazı (daha doğrusu, dezinformasiya) yerləşdirdilər: "Əli Kərimlinin çağırışına böyük reaksiya...". Yazıda daha sonra qeyd olunur: "AXCP sədrinin dəvətindən sonra partiyaya üzvlük üçün 300-dən çox müraciət daxil olub. AXCP sədri Ə.Kərimli ötən gün feysbuk səhifəsində vətəndaşları siyasi fəallığa və təmsil etdiyi partiyaya üzv olmağa çağıran müraciət yayıb, üzv olmaq istəyənlər üçün də elektron ərizə formasını əlavə edib. Müraciət böyük əks-səda doğurub və maraqla qarşılanıb. Elə Ə.Kərimlinin öz səhifəsində müraciətə yüzlərlə rəy yazılıb, çağırış təqdir olunub".

Cəbhəçilər dərc olunan bu yazının linkini sosial şəbəkələrdə paylaşıb özlərindən yeni "qəhrəman" obrazı yaratmaqda idilər. Statusun şərh bölümünə AXCP-yə üzv olmaq üçün müraciət edən şəxslərdən birinin ərizəsinin şəklini çəkilib qoyulmasını xahiş etdik. Əvəzində yenə də təhqir eşitdik. Çünki belə bir şey olmayıb. Ağlı başında olan heç kim işini-gücün atıb AXCP-yə üzv olmaz, özü də belə bir zamanda. Elə bir zamanda ki, xalqın nə Ə.Kərimlini, nə də ona bənzər birini görməyə gözü, eşitməyə qulağı yoxdur. Tükənmiş, bitmiş, iddialarının əsirinə çevrilmiş, iqtidarda olduqları dövrdə dövləti darmadağın etmiş, torpaqlarımızı düşmənlərə peşkəş etmiş, dövlət büdcəsini xarici dövlətlərə daşımış müxalifətə kiminsə inanması, hələ bir üzv olmaq üçün ərizə verməsi tamamilə absurddur! 10 ildən artıqdır ki, müxalifət düşərgəsində özünə yer tapa bilməyən, bütün siyasi rəngləri üzünə hopduran Qurban Məmmədovun Ə.Kərimliyə "dəstək" verməsi lətifəsindən iki saat sonra eşidilən gülüş təsiri bağışlayır: "İndiki vəziyyətdən qansız-qadasız, ən az ziyanla çıxmağın yolu da budur. Hamı AXCP-yə üzv olsun, ya da "Milli Şura" ətrafında birləşsin". Bu Q.Məmmədovun fikridir. O kəsin ki, bir neçə ay bundan öncə "Milli Şura"nı "duş vannası" adlandıraraq demişdi ki, bu qurumda soyuq su qəbul edib, müxalifətin əsl xislətinə bələd olursan. 2013-cü ildən bu günə qədər o, Ə.Kərimli ilə ən çox problem yaşayan şəxslərdən biri olub. Hətta doğma qardaşı ADP sədri Sərdar Cəlaloğlu ilə aralarındakı soyuq münasibətə görə həmişə Ə.Kərimlini ittiham edən Q.Məmmədovun bu gün "canfəşanlıq" etməsi başadüşülən deyil.

Əgər cəbhəçilərə, konkret desək, Ə.Kərimliyə inansaq, bu gün AXCP-nin ən azı 15-20 milyon üzvü olmalı idi. Hələ hər il yüz minlərlə insanın AXCP-yə üzv olmaq üçün müraciət etdiyini bildirən partiya sədrinin mitinqlərdəki çıxışlarında emosiyaları demirik. Biz təklif edirik ki, AXCP-yə üzv olmaq üçün 300-dən artıq ərizənin yazıldığını iddia edən partiyanın gənclər komitəsinin ali məclis sədri Ruslan Nəsirli, heç olmasa, o ərizələrdən birinin fotosunu sosial şəbəkələrdə yerləşdirsin.

Samir

Digər xəbərlər