Xeyr, bu dəfə yazmayacağam ki, "oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı", ya da "meymun baxdı güzgüyə, adını qoydu özgəyə" və s. Bu dəfə yazacağam ki, "adımı sənə qoydum, səni də yana-yana". Məsələ ondadır ki, hələ hakimiyyətləri dövrü, daha dəqiqi, hakimiyyətlərini əldən verəndən sonra lideri Əbülfəz Elçibəyə qarşı amansız xəyanətlər törədən, təhqirlər kampaniyası aparan, hətta Kələkidə xəstə yatarkən, onun dava-dərmanları üçün Türkiyədən göndərilmiş külli miqdarda maddi vəsaiti mənimsəyən AXCP-nin hazırkı sədri (guya ötən illər ərzində orada sədr-filan dəyişikliyi olub-R.) Ə.Kərimli çox sevdiyi, hətta həyatının ayrılmaz parçasına çevirdiyi "facebook" səhifəsində yenə də çox sevdiyi "oğru" ifadəsini işlədib və sən demə, müxalifətdə bunun qədər "təmiz", "pak", "vicdanlı", "aydan-arı, sudan duru", "real müxalifətçi", "mübariz şəxsiyyət", hətta mən deyərdim, "siyasi bakirəliyi pozulmamış" fərd yoxuymuş! Yəni məsələ də bundadır ki, yuxarıda qeyd etdiyim rəhmətlik ataların bütün sözləri, bilavasitə Kərimlinin boyuna-posuna biçilib...
Brini qoyub, o birini deyim. Hələ sovet dönəmlərində qoşuluğumuzda baməzə Midoş xala varıydı. Bir gün onun evinə oğru girir və o da oğrunu tutur və qonşulara da tapşırır ki, milis (indiki polis-R.) çağırsınlar. "Uçastkovı" Yusuf (sahə müvəkkili-R.) gəlir və dərhal oğrunu tanıyır və başlayır tənbehə:
-Əəə, a bala, a Qələndər, bəs deyilmi gül kimi əmək zərbəçisi olan atan Diləndərin adını yerə soxursan?! Dədənin qazancı sənə bəs eləmirmi?! Niyə o kişinin adını rüsvay edirsən?! Axı nə qədər oğurluq edib camaatın malına-mülkünə göz dikəcəksən?!
Oğru Qələndər:
-Ay milis əmi, mən Midoş xalanın evinə girməmişəm, Çərpələng uşçururdum, düşdü həyətinə. Düşdüm ki, götürəm, gördüm hasarın küncündə yararsız vəziyyətə düşüb. Sonra da gördüm ki, hasarın dibində təzəcə yumurtalar var. Dedim götürüm bazara satıb-pul edim, təzə çərpələng alım, Midoş xalanın hasarı burda olmasaydı, çərpələngim də cırılmayacaqdı, heç mən də bu həyətə düşüb yumurtaları görməyəcəkdim...
"Uçastkovı" Yusuf Qələndərin daşdan keçən "arqumentləri" cəhdlərindən təəccüb kerçirir, hətta dəhşətə gəlir və camaatın yanındaca onu buraxır. Deyir ki, get bala, sənin həmişə çörəyin olacaq. Amma adamda azacıq da olsa abır, üz, sifət olar...
İndi ay Ə.Kərimli, adamda abır, üz, sifət olar axı! Sən hakimiyyətiniz zamanı o zamankı prezidenti rəhmətlik Elçibəyin korrupsiya ilə bağlı keçirdiyi məşhur müşavirəsində özün etiraf edirsən ki, "oğrusan", iqtidar daxilində hərc-mərclik var və burada sənin özünün də günahların var. Ancaq indi qırsaqqız kimi yapışmısan "facebook"da, virtual mitinqlərinlə gecə yatıb yuxunda gördüklərini səhərin filan yeri açılmamış döşəyirsən səhifənə. Sonra da şəxsi qəzetinə çevrilmilş qeyri-azadlıq mücəssəməsi "Azadlıq" dərhal sözlərini yapışdırır manşetinə. Bu da olur "siyasət", "liderlik" və daha nə bilim-nə..!
Bu gün hətta iqtidar daxilində kim ki, təmiz deyil, dövlətin müvafiq orqanları lazımi tədbirlərini görür. Məsələn, fəaliyyəti ləğv olunmuş MTN-dən tutmuş, Berynəlxalq Bankın sabiq prezidentinin həbsinə qədər hər şey göz önündədir. Xalqdan, dövlətdən oğrulayıblar, cavablarını da alıblar. Bundan sonra da almaqda davam edəcəklər!
Mən hələ reketçiliklə məşğul olan jurnslistləri demirəm, üstəlik, onların bağlı olduqları və çox yaxında açılacaq, digər məsələləri də demirəm. Demirəm, ona görə ki, qoy hər şey vaxtı-vaxtında olsun, xalq da onun cibinə girənlərin kim olduğunu öyrənin, büdcəyə ziyanverici həşəratlar kimi zərər vuranların aqibətlərini də açıq gözlə görsün. Məgər ölkə rəhbəri harınlamış məmurlar, onların qudurğan övladları ilə bağlı sərt göstərişlərini, tapşırıqlarını verməyibmi? Verib, özü də dəfələrlə! Kim ki, bu tapşırıqlara əməl etmirsə, layiqli cavabını da alacaq.
Və burada AXCP sədrinin "oğru" qışqırıb, boğazını yırtması, inanın ki, kimsəyə təsir etmir. Bir halda ki, onun özü elə ən böyük oğrudur və bu oğruluq təkcə deyilənlərlə və sadalananlarla bitməyib. Çünki liderini istər mənəvi, istərsə də fiziki (!-R.) cəhətdən öldürməmişdən öncə, rəhbərlik etdiyi "Yurd" qruplaşması vasitəsilə, bu "adam", demək olar ki, AXCP-nin büdcəsini çapıb-taladı, hətta Elçibəy Fondunun pullarını da mənimsədi! Həmin iddialar isə elə-belə, havadan yaranmayıb, faktlar və dəlillər var. Amma o, bu gün törətdiyi oğurluqlarını ciddi cəhdlə inkar edir. Əslində, ciddi-cəhdlə inkar etməyin özü də etirafın bir parçasıdır. Ona görə də, bu barədə nə isə düşünərkən, belə bir fraza yaranır – Ə.Kərimli nəinki oğru, hətta əsl oğrudur. Bax, elə doğru da budur...
RÖVŞƏN