PDF Oxu

Müxalifət

  • 4 763

Gözəl Bayramlı açdı sandığı, tökdü pambığı

image

AXCP-nin maliyyələşməsi qeyri-şəffaf və şübhəlidir

Bütün dünyada olduğu kimi, ölkəmizdə də ABŞ dollarının manata nisbətdə bahalaşmasının ardınca yaşanan bəzi qaçılmaz iqtisadi çətinliklər müəyyən müəssisə və təşkilatlarda ixtisarlarla müşahidə olunmaqdadır.

Maraqlı məqamlardan biri Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlının saytlardan biri tərəfindən ona ünvanlanmış "Partiyanızda ixtisarlar olacaqmı" sualına cavab verməsidir. Daha dəqiq desək, maraqlı cavab verməsidir. AXCP sədrinin müavini partiyada heç kimin əmək haqqı ilə çalışmadığını, məhz bu səbəbdən də kimsənin ixtisarının gündəmdə olmadığını bildirib.

Funksionerin etirafı: "Bizə təsiri yoxdur"

"Bizim partiyada bir nəfər belə olsun şəxs əmək haqqı almır, bu və ya digər formada maliyyələşmir" - deyən G.Bayramlı, hətta deyib ki, iqtisadi çətinliyin onlara təsiri yoxdur: "...Partiya üzvləri olaraq bizə bu böhranın hər hansı təsiri yoxdur. Kiminsə ixtisarından söhbət gedə bilməz. Çünki bizdə maaşlı bir sistem yoxdur. Bizim nə bank hesabımız var, nə də digər gəlir mənbəyimiz var. Partiya bəzi xırda-para işlərini, məsələn, hansısa tədbirin keçirilməsini öz üzvlərinin hesabına həll edir. Odur ki, AXCP-də kiminsə ixtisarı müzakirə mövzusu deyil".

Göründüyü kimi, bu gün AXCP sədri Ə.Kərimlinin mitinq etməyə cürəti, gücü çatmırsa və etirazçı fikirlərini sosial şəbəkələr vasitəsilə, saxta bəyənmələr hesabına yayırsa, bu, hələ partiyanın fəaliyyəti kimi qəbul edilə bilməz.

Başqa tərəfdən, fakt budur ki, aşkar şəkildə partiyanın iqtisadi çətinlik yaşamamasını deyir. Ancaq bunun yerinə yalan sırıyır ki, guya hər hansı bir tədbir keçirilirsə, onu partiyadaşlarının şəxsi gəlirləri hesabına reallaşdırırlar. Sual yaranır: əgər partiyada maaş verilmirsə, üzvlər haradan gəlir götürürlər? Mitinqlərdə "iş", "çörək" bağıranlar, əslində, işlədiklərini, çörək də qazandıqlarını etiraf etmiş olmurlarmı? Yaxud çörək yemrlərsə, bəs nə yerirlər?

Yaxud bank hesabı olmadıqlarını iddia edən Bayramlı niyə açıqlamır ki, sədri Ə.Kərimlinin bir ayağı Qərb səfirliklərini döyməkdən döyənək olub? Yaxşı, Ə.Kərimli heç yerdən pul qazanıb partiyadaşlarına maaş vermək gücündə deyilsə, bu günə qədər yüzlərlə maliyyə məsələlərini (bu barədə çox yazılıb və deyilib, mətbuatda da faktlar çoxsaylıdır-R.R.) necə, hansı vasitələrlə həll edib?

Əgər G.Bayramlı maaş vermədiklərinə görə iqtisadi çətinliklə qarşılaşmadıqlarını deyirsə, ona görə də ixtisarla olmayacağını iddia edirsə, demək ki, onların qazancları var, sadəcə, həmin qazancları qara, çirkin yollarladır.

Başqa tərəfdən, əgər AXCP sədrinin müavini ixtisarlara gedilməyəcəyini deməklə, yaxşı olardı ki, istefalar barədə danışsın. Etiraf etsin ki, ötən 2-3 ildə neçə yüz insan AXCP sıralarını tərk edib? Əlbəttə, biz bu sualın cavabını eşitməyəcəyik. Ancaq buna da gərək yoxdur. Eşitməsək də, görürük...

Rövşən RƏSULOV

Digər xəbərlər