PDF Oxu

Müxalifət

  • 2 272

Müxalifət düşərgəsində yeni qarşıdumanın əsası qoyulub

image

Teyyub Qənioğlu: "Müxalifət liderləri biri-birini ifşa etmək üçün kifayət qədər məlumatlara malikdirlər"

Təhmasib Novruzov : "Müxalifət partiyaları siyasiləşmiş QHT-lər vasitəsi ilə xaricidən maliyyə yardımları alırlar"

Daxili çəkişmələrin gərgin xarakter aldığı müxalifət düşərgəsində yeni ciddi konfliktlərin əsası qoyulmağa başlayıb. Xüsusilə də, Tarif Şurasının kommunal xidmətlərin artırılması barədə qəbul etdiyi qərardan sonra dağıdıcı düşərgə təmsilçiləri diqqəti cəlb etmək və bununla da, önə çıxmaq üçün sanki yarışa giriblər. Amma bu yarışda iddialar üst-üstə düşmədiyində tərəflər arasında qarşıdurmalar yaranır. Bu isə, onsuz da gərgin olan daxili durumun daha da gərginləşməsinə səbəb olub. "Təkamül" partiyasının sədri Teyyub Qənioğlu "Səs"ə açıqlamasında müxalif partiya funksionerlərinin bir-birini gözdənsalma kampaniyasında bir o qədər çətinliklərin olmayacağını bildirdi: "Müxalifət liderləri biri-birini ifşa etmək üçün kifayət qədər məlumatlara malikdirlər. Belə bir məsəl var ki, "torpaq möhkəm olanda, öküzlər günahı biri-birində görər". İndi müxalif qüvvələr də, müəyyən səbəbdən kifayət qədər zəifləyib. Yəni onlar xarici qüvvələr tərfindən müxalifət düşərgəsində təmsil olunan partiyalar qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsində xüsusi imkan və gücə malik deyillər. Bu baxımda da, müxalifət zəiflədikcə, günahı biri digərində görür".

T.Qənioğlunun sözlərinə görə, müxalifət düşərgəsində hər hansı bir partiya sədrinin irəliyə getməsi onlarda bir növ qısqanclıq hissinə çevrilib: "Nə qədər ki, öndə gedən müxalifət liderləri siyasətdədirlər bu mübarizə də davam edəcəkdir. Demək olar ki, vaxtilə hər kəsə bəlli idi ki, bəzi xarici qüvvələr Azərbaycanın daxili və xarici siyasətinə nə isə bir təsir göstərmək üçün bir qrup müxalifət partiyalarından istifadə edirdi. Belə olan halda da, həmin xarici qüvvələr müxalifəti kifayət qədər maliyyələşdiriblər. Amma sonradan, məhz həmin xarici qüvvələr görüblər ki, müxalifəti maliyyələşdirmənin heç bir əhəmiyyəti yoxdur. Yəni özünü öndə gedən hesab edən müxalif qüvvələrin kifayət qədər nə dəstəyi yoxdur, nə də həmin müxalif qüvvələrə rəhbərlik edənlərin hakimiyyəti idarə etmək səriştəsi yoxdur. Ona görə də onlara maliyyə yardımı ayırmaqdan imtina etdilər. Amma bəzən olur ki, xarici qüvvələr Azərbaycan siyasətinə təsir göstərmək üçün bu və ya digər qruplardan istifadə edirlər. Lakin bunlar məqsədlərinə çatmayacaqdır".

Müxalifətdaxili intiriqaların yaranması səbəbindən danışan Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov bildirdi ki, müxalifətin reallığı özündə əks etdirməyən məsələlərlə məşğul olması onların pərakəndə və dağınıq halda olmalarına gətirib çıxarıb: "Azərbaycanda özünü müxalifət adlandıran bu qüvvələrin müxalifət olmaq üçün heç bir sosial bazası yoxdur. Müxalifət partiyaları müxtəlif adlar altında, o cümlədən də, siyasiləşmiş QHT-lər vasitəsi ilə xaricidən maliyyə yardımları alırlar. Aldıqları maliyyə yardımı müqabilində pozuculuq aktları həyata keçirməyə cəhdlər göstərirlər. Amma cəhdlər uğursuzluğa düşür olur. Bu günə qədər müxalifət düşərgəsini təmsil edən şəxslərin ölkəmizlə bağlı olan xoşagəlməz planlarının heç biri həyata keçməyib və bundan sonra da keçməyəcək". T.Novruzovun sözlərinə görə, müxalifət təmsilçiləri pul əldə etmək üçün hər cür yaramazlığı etməkdən çəkinmələri: "Çünki onlar pulu hər şeydən üstün tuturlar. Həmin qüvvələrin bu cür hərəkətləri onlara başucalığı gətirən deyil. Əksinə, onları daha da gözdən salır. Ümumiyyətlə, müxalifət müxtəlif bloklar və qurumlar yaradıb. Həmin blok və qurumların tez bir zamanda dağılması birbaşa müxalifətin zəifliyindən və gücsüzlüyündən xəbər verir: "Əgər müxalifət partiyaları güclü olsaydılar, öz partiyalarının adları altında çox güclü fəaliyyət göstərə bilərdilər. Buna nail ola bilməmələrinin səbəbi də müxalifətçilər arasında hər hansı bir birliyin olmaması ilə bağlıdır".

GÜLYANƏ

Digər xəbərlər