PDF Oxu

Müxalifət

  • 2 295

Sərdar Cəlaloğludan ikibaşlı mövqe

image

ADP sədri: "Müsavat və AXCP-nin görüşlərdə işltirak etmələri maraqlı, iştirak etməmələri isə maraqlı deyil"

Son günlər siyasi müxalifətin tərkibində yer alan irili-xırdalı partiyalar yenidən fəallıq göstərmək ümidi ilə müxtəlif mövzular ətrafında toplantılar keçirir və yeni birliklər ətrafında fikir mübadilələri aparırlar. Ancaq bu kimi addımlar onların ictimai rəyə inteqrasiyasına müsbət təsirlər göstərmir. Belə olduqda isə, bir-birlərinin toplantılarına dəvət almalarına rəğmən, müzakirələrə qatılmamaları düşərədaxili problemləri yenidən qabartmağa başlayır.

Cəlaloğudan etiraf: "Proseslər effektli görünməyə bilər"

SİA xəbər verir ki, bununla bağlı Azərbaycan Demokrat Pasrtiyasının sədri Sərdar Cəlaloğlunun irəli sürdüyü fikirləri maraqlı görünür və bəzi nünasları önə çıxarmış olur. Belə ki, "Biz bir çox siyasi partiya rəhbərləri ilə görüşüb müzakirələr aparır, siyasi gündəmi nəzarətdə saxlayır, hadisələrlə bağlı ortaq mövqeləri ifadə edirik. Hətta bir tədbir keçirmişik və növbəti tədbirimizi dekabrın 25-nə nəzərdə tutmuşuq" - deyə sözügedən məsələyə münasibətini bildirən müxalifətçi partiya sədri əlavə edib ki, burada əsas məqsəd dünyada və ölkədə gedən hadisələri izləmək və kollektiv mövqe müəyyən etməkdir. Ancaq keçirilən görüşlərə rəğmən, effektsizlik özünü daha çox göstərir.

"30 ildir ki, Azərbaycan siyasi partiyalarının və liderlərinin davranışlarını, siyasi hadisələrdə iştirakı məntiqini heç bir elmi konsepsiya və nəzəriyyə ilə müəyyən edə bilmirəm"

Beləliklə, ADP sədri qeyd edib ki, belə görüşlərə hər dəfə AXCP və Müsavat partiyasını dəvət edirlər, amma onlar bu görüşlərdə ya bəhanələrlə, ya da bəhanəsiz şəkildə iştirak etmək istəmədiklərini nümayiş etdirirlər. SİTAT: "Mən bilmirəm niyə iştirak etmirlər. Mənim üçün onların iştirakı maraqlıdır. İştirak etməmələri maraqlı olmadığı üçün bunun səbəbləri ilə də maraqlanmıram".

S. Cəlaloğlu sonda öz ənənəsinə sadiq qalaraq, bu olaya "elmi-fəlsəfi" tərzdən yanaşıb və bildirib ki, o, "politologiya, siyasi fəlsəfə və həm də praktiki siyasətlə məşğuldur".

"30 ildir ki, Azərbaycan siyasi partiyalarının və liderlərinin davranışlarını, siyasi hadisələrdə iştirakı məntiqini heç bir elmi konsepsiya və nəzəriyə ilə müəyyən edə bilmirəm" - deyə qeyd edən ADP sədri müxalifət düşərgəsinin, AXCP və Müsavat rəhbərliyi də daxil olmaqla, anti-dövlətçi mövqedən çıxış etdikləri qənaətində olduğunu bildirib: "Tamamilə qeyri-elmi, qeyri-siyasi və qeyri-dövlətçi yanaşmalardır. Odur ki, bir söz deyə bilmərəm..."

Görünən isə budur ki, S.Cəlaloğlu digər partiyaları ittiham hədəfinə tuş gətirməklə, özünün rəhbərlik etdiyi ADP-nin də vəziyyətinin yaxşı olmadığını etiraf etməyi unudub. Daha dəqiq desək, bu gün üzdə olan digər müxalifətçi partiyalar kimi, ADP də, demək olar ki, fəaliyyətini yalnız qərargahda toplantılar keçirməyə həsr edib. Bu cür mövcud durumu isə "siyasət yürütmək" kimi adlandırmaq, çox yəqin ki, doğru deyil.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər