PDF Oxu

Müxalifət

  • 2 329

Sərvət düşkünü olan "vəkil"in yeni fırıldağı ortaya çıxdı

image

"Aslan İsmayılov iş adamından 200 min dollar pul alıb"

Aslan İsmayılov adlı birisinin "vəkil", "hüquqşünas" adı altında etdiyi maxinasiyaların, özbaşınalıqların fəsadları haqqında dəfələrlə yazmışıq. Düzdür, onun "vəkil" adına güvənib etdiyi qanunsuzluqları bitib-tükənmir. Ancaq sosial şəbəkələrdə gecə-gündüz özü haqqında tərifnamələr yazan (və ya yazdıran), haqq-ədalət uğrunda "döyüşdüyünü" iddia edən A.İsmayılovun üzə çıxan növbəti fırıldağı üzə çıxıb. Türkiyənin məşhur "Emre Piliç" şirkətinin rəhbəri ilə azərbaycanlı ortaqları arasında uzun müddətdir davam edən məhkəmə çəkişmələrinin yeni detalların A.İsmayılovla nə kimi bağlılığı var? Ortaqlar arasında böyük məbləğdə pul qalmaqalının olması vəziyyəti daha da gərginləşdirib. Bəs A.İsmayılov bu hadisələrin hansı tərəfində və necə yer alır? Mətləbə keçək!

Sən demə, "Emre Piliç" şirkətinin rəhbərinin hüquqlarını A.İsmayılov "müdafiə" edirmiş. Daha doğrusu, iş adamın hüquqlarını "müdafiə" edəcəyi ilə bağlı üzərinə öhdəlik götürən "vəkil" ondan aldatma yolu ilə 200 min dollar pul alıb. Lakin ortada heç bir real iş görülməyib. Bütün bunlara görə də A.İsmayılov özünü "sığortalamaq" üçün sosial şəbəkələrə sığınaraq, özünü müdafiə etməyə cəhd edib. Düzdür, özünü müdafiə cəhdləri uğursuz alınsa da, bir sıra məsələlərdə insanlarda çaşqınlıq yarada bilib. Buna görə də, iş adamlarının A.İsmayılov haqqında dediklərini olduğu kimi diqqətinizə çatdırırıq. İş adamı Mürvət Həsənli deyir: "vəkil Aslan İsmayılovun "facebook" səhifəsində yazdıqları şantajdır, şər-böhtandır. Onun fikri dövlət məmurlarını hədəfə aldıqdan sonra iş adamlarına keçməkdir. "Emre Piliç" şirkətinin A.İsmayılova etibarnamə verməsiylə bağlı məndə fakt da var. A.İsmayılov məhsullarımızı Azərbaycan bazarına çıxmağa imkan vermir. O, həmin şirkətdən 200 min dollar alaraq, bizlərə şər-böhtan atır".

A.İsmayılovun sərvət, torpaq, pul düşkünü olduğu zaman-zaman öz təsdiqini tapıb və bununla bağlı real faktlar da mövcuddur. Bu baxımdan A.İsmayılovun pul müqabilində bir iş adamından pul alıb digər iş adamlarına "torba tikməsi" heç də təəccüblü görünmür. Onun 1989-1993-cü illərdə Respublika prokurorluğunda məhkəmələrə nəzarət şöbəsinin prokuroru işləyərkən həyata keçirdiyi qanunsuz əməllərdən yaşlı nəslin, xüsusilə də həmin dövrüdə prokurorluğa "işi düşən"lərin kifayət qədər məlumatı var. A.İsmayılov həmişə prokurorluq orqanlarında "öz dişinə işləyən sıçovul" adını qazanıb. AXC-Müsavat hakimiyyəti dövründə rayonlarımız ard-arda işğal olunan zaman, qızlarımız, gəlinlərimiz qızıl-zinət əşyalarını "Cəvahir" fonduna bağışlayıb əsgərlərimizə kömək etdiyi bir bir vaxtda A.İsmayılov Bakıda və ətraf rayonlarda məmurları şantaj edərək iri torpaq sahələri, bağ evləri əldə edirdi. Bu adamın indiyə qədər məhkəmədə kiminsə hüquqlarını müdafiə etdiyini kimsə görməyib. İri pullar müqabilində "işləyən" A.İsmayılov eyni bulaqdan su içdiyi cinayətkar müxalifətçilərin də hüquqlarını müdafiə etmir. 2013-cü il may ayının 30-da A.İsmayılov "döyüldüyünü" iddia edərək hər kəsdən və hamıdan təzminat tələb edirdi. Bu adam təzminatlarla nəfəs alır. Odur ki, yolda rastlaşsanız, çalışın, yolunuz dəyişin. İşdir birdən qolunuz onun qoluna toxunsa, mütləq məhkəməyə müraciət edərək sizlərdən dəymiş fiziki və mənəvi "ziyana" görə təzminat tələb edəcək.

Samir

Digər xəbərlər