PDF Oxu

Müxalifət

  • 2 542

Müxalifəti növbəti fəlakət gözləyir

image

Tahir Kərimli: "Müxalifətin birləşməsi mümkün deyil"

Müxalif partiyalar daxilində baş verən çəkişmələr kütləvi qopmaların baş verməsinə gətirib çıxarıb. Artıq demək olar ki, AXCP-nin ardınca Müsavat partiyası da parçalanma dövrünü başa vurub, məhvolma mərhələsinə adlayıb. Yaxın vaxtlarda bu partiyanın, ümumiyyətlə sıradan çıxacağı proqnozlaşdırılır. Hazırkı məqamda görünən odur ki, müxalifət düşərgəsində daha çox qarşıdurma, həm də düşmənçilik münasibətləri Arif Hacılı, İsa Qəmbər, Əli Kərimli və Cəmil Həsənli arasında gedir. Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, İ.Qəmbər, Ə.Kərimli, A.Hacılı və C.Həsənli istənilən məsləyə öz maraqları prizmasında yanaşırlar: "AXCP maraqları naminə "Milli Şura" deyilən qondarma qurum yaradıblar. Bir növ bu qurum baza rolunu oynayır. Bu baxımdan da, Ə.Kərimlini və C.Həsənlini bir-birindən ayırmaq mümkün deyil. Digər tərəfdən də İ.Qəmbərlə A. Hacılını da Müsavatdan ayırmaq mümkün deyil. Ona görə də, AXCP ilə Müsavatın hər hansı konflikt yaratması adları çəkilən bu şəxslərin qarşıdurması kimi başa düşülməlidir".

T.Kərimlinin sözlərinə görə, hansısa məkrli maraqları olmasa, bunlar heç vaxtı qarşıdurmaya getməzlər: "Maraqları xatirinə bir-birini gözdən salmağa çalışırlar. Onları partiya mənfeyi deyil, şəxsi maraqları düşündürür".

"Yenidən aksiyalar keçirmək iddiası ilə çıxış edilməsinə baxmayaraq, "AXCP və Müsavat yenə də ortaq məxrəcə gələ bilmirlər. Bu baxımdan, demək olarmı ki, aksiyalar yenə müxalifətin birliyinə deyil, parçalanmasına gətirib çıxaracaq" sualına cavab olaraq, millət vəkili bildirdi ki, AXCP və Müsavat arasında savaşın önündə aksiyalarının, siyasətlərinin kökündə "kim "ana" müxalifət partiyasıdır, kim müxalifətin "vahid lideri"dir?" iddiaları dayanır: "Müxalifət düşərgəsini təmsil edən şəxslər arasında gedən bu mübarizə də müxalifəti birləşməyə qoymur. Yəni bir-birlərini didməklə məşğul olurlar. Bir sözlə, hakimiyyətə gəlmək imkanları olmadığına görə, artıq hakimiyyət uğurunda mübarizə aparmırlar. Yəni müxalifət öz daxilində birincilik uğurunda mübarizə aparır. Təbii ki, müxalifət daxilində gedən bu mübarizə müxalifət partiyalarını daha da gücdən salaraq, zəiflədir. Müxalif partiya rəhbərləri məntiqsiz formada düşünürlər ki, əgər biri digərinin siyasi səhnədən sıxışdırıb çıxararsa, mübarizə yolunda uğur qazana bilərlər: " Yəni iddialı liderlərin hər biri birinci partiya, aparıcı lider xülyasındadırlar. Məhz müxalifət partiya rəhbərlərinin arasında gedən dava-dalaş bunun üzərində qurulub. Ümumiyyətlə, müxalifətin birləşməsi mümkün deyil. Çünki birləşməyə onların böyük iddiaları imkan vermir. Hər biri birinci olmaq istəyir, ikinci olmaq haqqında belə düşünmürlər. İkincisi, hansısa partiya funksionerinin biri digərinə güzəştə getməsindən belə söhbət gedə bilməz".

GÜLYANƏ

Digər xəbərlər