PDF Oxu

Müxalifət

  • 2 164

Leyla Yunus Brüsseldə pərt oldu

image

"Avropa İttifaqı ilə Azərəbaycan arasında insan hüquqları istiqamətində əməkdaşlıq edilir və Leyla Yunusun səsləndirdiyi arqumentlər əsassızdır"

Bəli, Leyla Yunus bu dəfə də pərt oldu, yenidən oxu daşa dəydi. Bir az da dəqiq desək, onun inandığı, üz tutduğu, mədət umduğu Avropa da artıq kimin əyri, kimin düz olduğunun fərqindədir. Zaman-zaman öz doğma ölkəsi haqqında təxribatçı dezinformasiyalar yayan, əlinə fürsət düşən kimi Azərbaycanın imicinə zərbə vurmağa cəhd edən L.Yunusa bu dəfə "qırımızı" işıq yandırıldı. Özü də Avropa Parlamentində.

Belə ki, bu günlərdə Brüsseldə Avropa Parlamentində İnsan Hüquqları ilə bağlı Konfrans keçirilib. Konfransda Avropa İttifaqının Xarici Əlaqələr üzrə Ali nümayəndəsi xanım Frederika Morgerini çıxış edərək, Cənubi Qafqaz ölkələrində insan hüquqları ilə bağlı vəziyyəti məruzə edib. Bu zaman tədbirdə iştirak edən, "siyasi məhbus" və "siyasi mühacir" alverçisi L.Yunus replika ilə Avropa İttifaqını Azərbaycanda mövcud "pozulmuş" insan hüquqlarına göz yumduğuna və Azərbaycana qarşı ciddi sanksiyalar tədbiq etmədiyinə görə ittiham edib. Yəni L.Yunus Avropa İttifaqını ittiham edib ki, nə üçün Azərbaycana sanksiya tətbiq etmirsiniz, nəyə görə Azərbyacanla bağlı tənqidi bəyanatlar vermirsiniz? Heç şübhəsiz ki, L.Yunusun öz ölkəsinə qarşı bu cür düşmənçilik mövqeyi, eləcə də, Azərbaycanın adına qarayaxma cəhdləri puça çıxıb. Onun belə böhtan dolu replikasına elə xanım Morgerini yerindəcə cavab verərək susdurub. O bildirib ki,Avropa İttifaqı ilə Azərəbaycan arasında insan hüquqları istiqamətində əməkdaşlıq edilir və L.Yunusun səsləndirdiyi arqumentlər əsassızdır.Aldığı cavabdan sonra L.Yunus birdəfəlik konfransı tərk edib.

L.Yunusun başına gələn bu olayın "Azadlıq" (Azadlıq.info) qəzetində işıqlandırılmaması, bir daha sübut edir ki, elə AXCP-nin də ən böyük arzusu Azərbaycana qarşı sanksiyaların tətbiq olunmasıdır. Fərqi yoxdur, bu sanksiyalar haqlı, ya da haqsız tətbiq olunsun, əsas odur ki, bu adamların istəklərinə uyğun olsun. Hətta sosial şəbəkələrdə Azərbaycanda terrorun, qeyri-münasib hadisələrin baş verməməsindən narahatlığını açıq şəkildə dilə gətirən xeyli sayda cəbhəçilər və müsavatçılar var. Təbii ki, tarix özü hər şeyi saf-çürük edir, daxili düşmənlər həmişə olub, bundan sonra da olacaq. Vaxt olacaq ki, L.Yunusun üz tutacağı başqa bir qapı qalmayacaq. O zaman ya bəzi sələfləri kimi L.Yunus da xalqdan üzr istəyib səhvini boynuna alacacaq və bir ömür utanc içində yaşayacaq. Ya da ki, ömrünü erməni qohumlarının qapılarında keçirməklə başa vuracaq. Bizə isə, ancaq qələbə yaraşır!

Samir

Digər xəbərlər