PDF Oxu

Müxalifət

  • 4 416

Nardaran hadisələri ilə bağlı da məhkəmə prosesləri qanunun aliliyi prinsipi ilə aparılır

image

"Cinayətkarlar Tale Bağırzadə və Abbas Hüseynov məhkəməyə qarşı misli görülməmiş tərbiyəsizliyə yol verərək prosesi pozmağa cəhd ediblər"

Azərbaycan dövlətçiliyinə, ölkəmizin beynəlxalq arenadakı müsbət imicinə və iqtidar-xalq birliyinə zaman-zaman öz təxribatçı hərəkətləri ilə ləkə vurmağa çalışan, bəzi xarici dairələrin, anti-Azərbaycan qüvvələrin quluna çevrilib bu istiqamətdə qarayaxma kampaniyası aparan AXCP və özünü "Milli Şura" adlandıran "sapı özümüzdən olan baltalar"ın əsl maskası bu dəfə də yırtılmış oldu. Belə ki, AXCP və onun yedəyi olan "Milli Şura" adlanan qurumun 1 il əvvəl Nardaranda dövlət çevrilişinə cəhd etmiş bir qrup dini radikalla iş birliyinin yeni detalları ifşa olunmaqdadır. Nardaranda dövlət çevrilişinə cəhd etmiş şəxslər qanun qarşısında cavab verməli idilər və belə də oldu. Bu gün həmin cinayətkar şəxslər, ölkəmizdə xaos yaratmağa cəhd edən təxribatçılar məhkəmə qarşısındadırlar. Nardaranda baş verən məlum hadisələr zamanı da AXCP və "Milli Şura"nın istər öz nəzarətlərində olan mətbu orqanlarda, istərsə də sosial şəbəkələrdə dərc etdiyi, paylaşdığı materiallarda açıq şəkildə cinayətkarlara dəstək nümayiş olunurdu. Heç şübhəsiz ki, dövlət çevrilişinə cəhd edən, ölkəmizdə silahlı insidentlərin kütləvi hal almasına rəvac verməyə çalışan bu anarxist qüvvələrin AXCP sədri Ə.Kərimli və "Milli Şura"nın sədri C.Həsənli tərəfindən mətbuatda müdafiə olunmasının hər kəs şahidi oldu. Elə günü bu gün də "Azadlıq" qəzetində Nardaran hadisələri ilə bağlı tamamilə əsassız, heç bir fakta söykənməyən hədyanlar, dezinformasiyalar dərc olunur.

Nardaran hadisələri ilə bağlı məhkəmə prosesində dünyəvi, konstitusion rejimin silahlı üsyan yolu ilə dəyişdirilməsi cəhdi üzrə faktların sübuta yetirilməsi, ölkə ictimai rəyinin baş verənlərə obyektiv reaksiyası həmin hadisələrdə maraqlı olan xarici dairələri yenidən hərəkətə keçməyə sövq etmişdir. AXCP və "Milli Şura" aldıqları sifarişə uyğun olaraq Azərbaycanın ədliyyə, təhlükəsizlik və daxili işlər sistemlərini mühakimə etmək, məhkəmə hakimiyyətini gözdən salmaq kampaniyasına başlamışdır. Azərbaycanın müxtəlif dövlət orqanları, vəzifəli şəxsləri, dövlət məmurları haqqında heç bir əsası olmayan, şantaj xarakterli materiallar dərc etməklə təxribatçı xarici dairələrin maraqlarına xidmət etdiklərini bir daha sübut etmiş oldular. "Milli Şura"nın Azərbaycan ictimaiyyəti və beynəlxalq birliyə müraciətə məhz bu kampaniyanın tərkib hissəsisidir. Belə ki, "Milli Şura"nın bu müraciətindən əvvəl anti-Azərbaycan qüvvələrin G. Lomsadze, R. Vinsent kimi nümayəndələri fəallaşmış, silahlı üsyan cəhdinin "əsas qəhrəmanları" Tale Bağırzadə və Abbas Hüseynov isə məhkəməyə qarşı misli görülməmiş tərbiyəsizliyə yol verərək prosesi pozmağa cəhd etmişlər. Məhkəməni pozmaq məqsədilə əvvəlcədən xüsusi "vəkillər" komandası da seçilmişdir.

Hər bir Azərbaycan vətəndaşı başa düşür və baş verənlər bir daha təsdiq edir ki, AXCP və "Milli Şura" öz hakimiyyət ambisiyalarını istənilən qüvvənin köməyilə reallaşdırmağa hazırdır. Bir neçə il bundan öncə AXCP sədri Ə.Kərimlinin "iqtidara gəlmək üçün ermənilərlə də işbirliyinə hazırıq" ifadəsi hər kəsin yadındadır. Təsadüfi deyil ki, bu gün Ə.Kərimlinin, "Milli Şura"çıların xidmət etdikləri məhz həmin ermənipərət dairələrdir ki, zaman-zaman öz çirkin, mərkli planlarını həyata keçirmək üçün daxilmizdəki satqınlardan, xarici xüsusi xidmət orqanlarına casusluq edənlərdən istifadə edirlər. O da təsadüfi deyil ki, Nardaran hadisələri vaxtı AXCP və "milli şura"nın rəhbərliyi xüsusi canfəşanlıq edir, sosial şəbəkələrdə radikal çıxışları dəstəkləyir, teokratik rejim qurulması çağırışlarının "demokratiyaya zidd olmadığı" haqda ağlasığmaz tezislər ortaya atırdılar.

Sentyabrın 11-də və 16-da təşkil edilmiş mitinqlər bir daha göstərdi ki, faktiki olaraq dünyəvi-demokratik inkişaf tərəfdarı olan elektorat arasında öz sosial dayağı olmayan AXCP öz aksiyalarına əsasən radikal dindarları, ekstremist ünsürləri, xarici dairələrin emissarlarını cəlb etmiş, destruktiv fəaliyyətini Azərbaycanda teokratiya qurulmasını tələb edən xarici media resursları vasitəsilə həyata keçirmişdir. AXCP və "Milli Şura"nın mitinqləri siyasi bəyanatlardan, siyasi şüarlardan daha çox, dini çağırışlar, radikal baxışlarla müşahidə olundu. Təbii ki, cəmiyyətimiz bu radikalların çağırışlarına cavab vermədi, Ə.Kərimli ənənəvi olaraq 100-150 nəfər başıpozuqla radikal, təxribatçı çağırışlarla müşayiət olunan mitinq keçirməklə xarici dairələr qarşısındakı növbəti bir öhdəliyini yerinə yetirmiş oldu.

Azərbaycan hüquqi, demokratik dövlətdir, ölkədə bütün məsələlər qanunlar əsasında tənzimlənir. Nardaran hadisələri ilə bağlı da məhkəmə prosesləri qanunun aliliyi prinsipi ilə aparılır. Heç kim, heç bir qüvvə Azərbaycan qanunlarının aliliyinə, məhkəmələrimizin müstəqil fəaliyyətinə heç bir vəchlə kölgə sala bilməz. Xaricdən alınmış tapşırıqlara uyğun olaraq ölkəmiz əleyhinə təşkil edilən bütün kampaniyalar iflasa məhkumdur.

Samir

Digər xəbərlər