PDF Oxu

Müxalifət

  • 2 322

Bəyanat vurğunluğu və ya "Milli Şura"nın dividend cəhdləri

image

"Xalqdan qisas alan şəxslərin 25 il sonra "Milli Şura" adlı qondarma bir qurumda təmsil olunmalarının nə anlamı var?"

"Milli Şura"nın hansı işlə məşğul olması, nə kimi real tədbirlər həyata keçirməsi haqqında cəmiyyətimiz heç bir bilgiyə malik deyildir. Əvvəla, ona görə ki, bu qurumun fəaliyyəti heç kimə maraqlı deyil. Həmçinin, 2013-cü ildə "Milli Şura"nın əsl simasına insanlarımız bələd oldular, gördülər ki, anti-Azərbaycan ruhlu insnaların cəmləşdiyi bu qurum ölkəmizə fəlakətlərdən başqa heç nə verə bilməz. Bunu sübut edən faktlar da kifayət qədərdir. Məsələn, 1992-1993-cü illərdə iqtidarda olub Azərbyacanı param-parça edən şəxslərin əksəriyyəti "Milli Şura"da təmsil olunurlar. Vaxtilə zorakı yollarla hakimiyyəti ələ keçirmiş, daha sonra xalqdan qisas alan şəxslərin 25 il sonra "Milli Şura" adlı qondarma bir qurumda təmsil olunmalarının nə anlamı var? Bu gün Azərbaycan oturuşmuş, stabil, sürətli, dinamik inkişafa malik iqtisadiyyata, güclü orduya, böyük gücə malikdir. Siyasi sabitlik, sülh-əmin-amanlıq da öz yerində. Necə deyərlər, "Milli Şura"nın arzu və istəklərinin, məkrli planlarının həyata keçirilməsi üçün Azərbaycanda heç bir şərait yoxdur. Söz yox ki, bütün bunları "Milli Şura"da təmsil olunanlar da başa düşürlər, lakin onların xalqımıza, dövlətimizə olan nifrəti, qisasçılıq niyyətləri bunu etiraf etməyə imkan vermir. Bir neçə hallar da olub ki, özünə hörmət qoyan, daha bundan sonra düşmən dəyirmanına su tökməkdə maraqlı olmayan ayrı-ayrı şəxslər "Milli Şura" ilə yollarını ayırmağı bacarıblar, öz peşmançılqlarını etiraf ediblər, Əli Kərimlinin, Cəmil Həsənlinin mənfur planlarının tərkib hissəsi olmaq istəməyiblər. Bəs "Milli Şura" nə işlə məşğuldur, hansı addımlarla gündəmdə qalmaq, dividend qazanmaq istəyir?

"Vicdan məhbus"larının, "siyasi mühacir"lərin "dayə"si...

Dağıdıcı müxalifət nümayənlərinin hər addımbaşı qanunları pozması, dövlət orqanlarının nümayəndələrinə zor tətbiq etmələri, hətta vergi ödəməkdən imtina etmələri və bunu müxalifətçi olmaqları ilə əlaqələndirmələri hər kəsə bəlli məsələlərdir. Sosial bazası, təsir mexanizmləri olmayanlar başqa nə edə bilərlər ki!? Elə hər şey də bundan başlayır. Hansısa müxalifətçi qanunu pozur, qanuna baş əymir, özünə haqq qazandırır. Bu zaman qanun ona yerini göstərir. Bax, "Milli Şura" bundan sonra əsl "iş"ə başlayır. Dərhal tədbir keçirib bəyanat yayır ki, guya hakimiyyət nümayəndələri kimisə döydü. Bunun ardınca da özünü "vicdan məhbus"larının, "siyasi mühacir"lərin "dayə"si adlandıran bəzi beynəlxalq hüquq-müdafiə təşkilatları qarayaxma kampaniyasına başlayırlar. "Azadlıq.info" da bütün bu qarayaxmaların meydanına, kürsüsünə çevrilir. Bu da olur "fəaliyyət". Elə "Milli Şura"nın sonuncu tədbiri, verdiyi bəyanat kimi... Guya C.Həsənli, Ə.Kərimli, G.Bayramlı, G.Hacıbəyli Mehman Hüseynovu "müdafiə" edirlər. Bədbəxt Mehman da bunların "səmimiyyəti"nə inanır, özünü "arxa-dayaq"lı hiss edir. Olsun! Ancaq reallıq hissi gözəl şeydir axı. Müxalifətçi olduğuna görə "qanunu poza bilrəsən və buna görə məsuliyyət daşımamalısan" kimi sərsəm fikirlər bu adamları, sözün əsl mənasında, azğınlaşdırıb. Mənim yadımdadır, elə sizlər də ANS-in "Milli Şura" ilə bağlı verdiyi sujetləri izləməmiş deyilsiniz. Vahid Mustafayev dağıdıcı müxalifət haqqında tənqidi sujetlər verərdi, Mirşahin də cəddini bir kənara qoyub, Ə.Kərimlini, C.Həsənlini ağ yuyub-qara sərərdi. İndi nə baş verdi ki, Vahid sosial şəbəkələrdə Mehman haqqında "Rembo" yazır. Bu adam əsgərlikdə olmayıb, heç bir məsuliyyət hissi də yoxdur. Bacardığı odur ki, ancaq söyüş söysün, yolda gördüyü polsiləri təxribata çəksin, bununla da "məşhur"laşsın. Vahid, bəs bu hakimiyyət nümayəndələrinə mükafat verəndə, nə düşünürdün? Terroru dəstəkləyən telekanalın bağlandığına görə əqidəni beləmi tez satdın? Ancaq nə etmək olar? Olmayan bir şeyi satmaq da asan olur.

"Ağzınıza və ağlınıza gələnləri ifraz edirsiniz..."

"Milli Şura"nın Mehmanla bağlı verdiyi bəyanatda deyilir: "Milli Şura" bu hadisəni ölkədə söz azadlığına, azad mediaya, həqiqi vətəndaş cəmiyyətinə qarşı hakimiyyətin düşmən münasibətinin daha bir təzahürü kimi qiymətləndirir". Ay şuraçılar, hansı hadisəni, Mehmanın polisə müqavimət göstərdiyini, söydüyünü və buna görə cərimə olunmasınımı? Bu ki sizin təqdim etdiyiniz kimi "hadisə" yox, əsl xuliqanlıqdır! Dünən "Azadlıq.info"nu açan istənilən şəxs ətrafına baxıb, harada yaşadığını bir daha müəyyənləşdirməyə çalışırdı. Bilirsinizmi niyə? Çünki manşetdə Azərbaycanı elə təsəvvür edilir ki, sanki bura Suriyadır, İraqdır. Buna insanları inandırmağa da çalışırsınız: "2017-ci il Azərbaycan üçün dəhşət ili olacaq", "Azərbyacanı təzyiqlər bitirəcək", "Dünya Azərbaycana qarşı" və sairə. Bunlar sizin başlıqlardır. Hanı bəs o bizə qarşı olan dünya, dəhşət ili və təzyiqlər? Bir bulaqdan su içdiyiniz təxribatçı, ermənipərəst qurumların bizə olan münasibətini əsas gətirirsinizsə, bundan heç də təəccüblənmirik. Bir az çalışın, demokrat olun, sakitləşin, müsbətləri görməyi bacarın, kin-küdurətinizi kənarlaşdırın.

Samir

Digər xəbərlər