PDF Oxu

Müxalifət

  • 2 458

AXCP-də maliyyə savaşı başlandı!

image

TƏRS BAXIŞ

Əli Kərimli ilə Qənimət Zahid "kəllə-kəlləyə"...

Bir müddət öncə, ABŞ-ın maliyyə fondlarının ayırdığı maliyyə vəsaiti hesabına "Azadlıq" qəzetini çıxaran AXCP sədri Əli Kərimli qəzetin Fransada mühacir həyatı yaşayan baş redaktoru Qənimət Zahid tərəfindən pis vəziyyətə qoyulub. Məsələ ondadır ki, Amerikanın erməni lobbisi ilə əməkdaşlıq etdiyi həmin maliyyə fondları növbəti maliyyə dəstəyini nağd şəkildə Q.Zahidə veriblər ki, o da, öz növbəsində, pulu AXCP sədrinə çatdırsın. Partiya ilə əlaqəli olan etibarlı mənbədən daxil olan məlumata görə, Q.Zahid pulu aşkar şəkildə Ə.Kərimliyə verməkdən imtina edib. Hətta o da bəlli olub ki, Ə.Kərimli qəzetin redaktoru Rahim Hacıyevi pulu nağd şəkildə almaq üçün Fransaya göndərsə də, Q.Zahid ona bir qəpik də verməyib. Bu məbləğ isə nə az, nə də çox – 180 min avrodur!

Əli Kərimlinin Fransaya göndərdiyi elçiləri niyə əliboş qayıtdı?

Ancaq iş burada yalnız "molla aşı gördü, Quranı yaddan çıxardı" zərb-məsəlində deyil. Düzdür, onu da qeyd etmək olar ki, AXCP-də bir çoxları pul-para üstündə kəskin qarşıdurmalara gedərək, düşmən münasibətlərində olublar. Elə Ə.Kərimlinin özü vaxtilə partiyanın mərhum lideri Əbülfəz Elçibəyə yüz minlik maliyyə fırıldağı gələrək, onlara sahiblənib, sonda isə AXCP-ni işğal edib. Lakin bu dəfəki məsələ bir az başqa cürdür. Məsələ ondadır ki, bu dəfə Q.Zahid Ə.Kərimlini "iqtidara işləyirsən" ittihamı ilə, necə deyərlər, "yükləyib" və sözügedən məbləğin AXCP sədrinə çatmayacağını birbaşa R.Hacıyevə bildirib. Q.Zahid deyib ki, Ə.Kərimli istəsəydi, "Azadlığ"ı dərc etdirərdi. Ancaq yalandan bəhanələr gətirərək, guya hakimiyyətin bu mətbu orqanının işıq üzü görməsinə imkan vermədiyini bildirib. Beləliklə, Q.Zahid 180 min avronu Ə.Kərimlinin qəzet və bu orqanın saytına xərcləməyəcəyini, əməkdaşların bir ilə yaxın verilməyən əmək haqlarına istiqamətləndirməyəciyini əsas gətirərək, R.Hacıyevə Fransadan heç nə vermədən geriyə qaytarıb.

Qənimət Zahid Əli Kərimlinin adamlarının ölkədən deportasiya edilmələrinə nail olub

Digər mənbə isə bildirib ki, Fransaya R.Hacıyevlə yanaşı AXCP-nin Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmli, eləcə də, digər cəbhəçilər - Xatirə Əliyeva və Səadət Cahangir də gediblər. Hətta Q.Zahid bu söhbətin böyüdüyünü görərək, Fransa polisinə müraciət edib, müxtəlif ittihamlar irəli sürərək, partiyadaşlarının bu ölkədən deportasiya edilmələrinə nail olub.

Söz yox ki, cəbhəçilər hadisə barədə dərhal Ə.Kərimliyə məlumat veriblər və AXCP sədri də, öz növbəsində, Q.Zahidə telefon açıb. Ancaq baş redaktor dəstəyi götürməyərək, sədrinə də eyni münasibəti göstərib. Hətta bildirildiyinə görə, cəbhəçilərə ismarıcını göndərərək, deyib ki, onlar da Kərimlini boykot edərək, "hakimiyyətə işləməsinə" görə üz çevirməlidirlər.

Q.Zahid əlində olan pulların hansı sahəyə xərcləyəcəyini də gizlətməyib. O, deyib ki, 180 min avronun bir hissəsini "Turan" TV-nin fəaliyyətinə xərcləyəcək.

Natiq Ədilov da işə yaramayıb...

Təbii ki, Kərimli bu məsələdən ciddi narahatlıq keçirib və Fransada yaşayan digər emissarı Natiq Ədilovu Q.Zahidin yanına göndərib. Q.Zahid N.Ədilova da bildirib ki, pulun bir hissəsini TV-yə, başqa hissəsini isə uzun müddətdir maaşsız qalan "Azadlıq" qəzetinin jurnalistlərinə verəcək. Halbuki bu maaşları Ə.Kərimli ödəməliydi.

Nəticədə, 180 min avrodan məhrum olan AXCP sədri çıxılmaz vəziyyətdə qalıb və ABŞ-dan onun üçün pul göndərən fondla şəxsən əlaqə saxlayıb, üstəlik, maddi vəsaitlərin Q.Zahid tərəfindən mənimsənildiyini bildirib. Maraqlıdır ki, erməni lobbisinə yaxın həmin fondlar deyiblər ki, onlar bu barədə Q.Zahidlə danışıb-razılığa gəliblər. Ona görə də, ayrılmış qrantın yönəldilməsi məsələsində dəyişiklik edilib.

Maliyyə fondlarından biri Sorosa aidiyimiş...

Artıq o da bəllidir ki, Q.Zahid maliyyə ayıran fondun rəhbərliyinə bildirib ki, Kərimli heç bir səbəb olmadan "Azadlıq" qəzetini bağlayıb və bunu beynəlxalq təşkilatlara "hakimiyyətin təzyiqləri"nin yaratdığı nəticə kimi təqdim edərək, hər il ayrılan qrant pullarının artırılmasını istəyib. Q.Zahidin fondlarla apardığı danışıqlarda o məsələyə də toxunulub ki, AXCP sədri "hakimiyyətə işləyir" və s. Məhz bundan sonra hər il Ə.Kərimlinin pul aldığı həmin fond (deyilənə görə, "Soros Fondu") ona qrant pulları ayırmaqdan imtina edib.

Xədicə İsmayıldan Əli Kərimliyə qarşı Qənimət Zahidə dəstək

Daha bir maraqlı məqam bu məsələdə Xədicə İsmayılın da rol almasıdır. Daha dəqiq desək, X.İsmayıl birbaşa Q.Zahidə dəstək göstərib. Əgər nəzərə alsaq ki, bir müddət öncə, "siyasi məhbus" siyahısının hazıranmasında X.İsmayılla Ə.Kərimli arasında kəskin münaqişə yaşanmışdı, onda nəyin-necə olduğunu da öyrənmək heç də çətinlik yaratmır. Beləliklə, X.İsmayıl da Q.Zahiddən əvvəl Ə.Kərimlinin əlaqələrinin olduğu ABŞ fondlarıyla danışıqlar aparıb. Bu danışıqlarda "Yurd" sədrinin guya hakimiyyətə işlədiyi və ABŞ-dan ayrılan pulları aidiyyatı üzrə xərcləmədiyi, eləcə də, "hakimiyyətdən də pul aldığı" çatdırılıb.

Göründüyü kimi, artıq Ə.Kərimlinin son zamanlar küncə sıxışdırılması onun hansı vəziyyətdə qaldığını aşkar olaraq sərgiləməkdədir. Lakin onun bu savaşı elə-belə uduzmasını da düşünmək sadəlöhvlük olardı. Çünki bu dəfə AXCP daxilindəki savaş daha öncəiklərdən daha "qanlı" nəticələrə gəlib-çıxacaq.

Rövşən RƏSULOV

Digər xəbərlər