TƏRS BAXIŞ
Qənimət Zahidin ABŞ fondlarından "Azadlığ"a ayrılmış pulları mənimsəməsi sədri başqa yollara əl atmağa vadar edib
AXCP daxailində cərəyan edən gərginliklər sədr Əli Kərimlini onsuzda adı olan durumunu daha da gərginləşdirib. Belə ki, "Azadlıq" qəzetinin Fransada yaşayan baş redaktoru Qənimət Zahidin ABŞ-ın erməni lobbisinə yaxın fondları tərəfindən qəzetə ayrılmış maliyyə vəsaitlərini mənimsəməsi ilə partiya sədrinin çətin durumda qalması təsdiqini tapır. Daha dəqiq desək, əldə edəcəyi gəlirin (söhbət on minlərlə avrodan gedir-R.N.) bir hissəsini şəxsi məqsədlərinə yönəldəcəyi planlarında iflasa uğrayan Ə.Kərimli ən yaxın adamı hesab olunan Q.Zahid tərəfindən "qurşaqaltı zərbəyə" məruz qaldıqdan sonra onun partiyadaxili nüfuzu da sıfıra enib.
Bu hadisə artıq onun ciddi təhlükə qarşısında qalmasından yetərincə xəbər verir
Çünki Q.Zahid bir tərəfdən iddia edib ki, AXCP sədri hakimiyyətlə gizli iş birliyinə gedir və bu günə qədər əldə etdiyi gəlirləri də, məhz verdiyi vədlərinə xərcləyir, digər tərəfdən də bildirib ki, "Azadlıq" qəzetinin çap olunmasındansa, "Turan TV
"nin efirə çıxmağı daha məqsədəuyğundur. Bu baxımdan, maliyyənin qalan hissəsi uzun illərdir ki, əmək haqqı almayan qəzet əməkdaşlarına ödəniləcək. Məhz bu faktor Kərimlini dalana dirəyib və zəifləmiş nüfuzunu yox səviyyəsinə qədər endirib. Əlbəttə ki, burada digər amillər də var ki, onlardan birini Q.Zahidin AXCP-ni ələ keçirmək iddiaları təşkil edir. Əbəs yerə deyil ki, Ə.Kərimlinin Fransaya - Q.Zahiddən maliyyə vəsaitinin heç olmasa bir hissəsini almaq üçün göndərdiyi elçiləri də oradan əliboş geri dönüblər. Bu hadisə isə, artıq onun ciddi təhlükə qarşısında qalmasından yetərincə xəbər verir.
Bundan sonra, onların yenidən ictimai rəydə hər hansı bir təsir etmək gücləri mümkünsüzdür
Başına gələn məlum hadisələrdən sonra, Ə.Kərimli düşərgədaxili revanşa hazırlaşmağa başlayıb və aldığı zərbədən müxtəlif yollarla çıxmağa cəhdlər edir. Məsələn, məlum olub ki, hazırda onun əsas məqsədlərindən biri müxalifətin birliyini əngəlləməkdən ibarətdir. Çünki düşərgədə müəyyən birliklər formalaşarsa, AXCP-nin, eləcə də, Ə.Kərimlinin nəzarətində olan "Milli Şura"nın aqibəti siyasi ölümlə nəticələnəcək. Düzdür, artıq belə bir nəticəyə gəlmək olar ki, nə AXCP, nə də "Milli Şura" heç bir siyasi uğur əldə edə bilməyərək, rüsvayçı məğlubiyyətlərə uğrayıb. Bundan sonra, onların yenidən ictimai rəyə hər hansı bir formada təsir etmək gücləri mümkünsüzdür. Ancaq bunu dərk edən Kərimli hər şeyə rəğmən, indi də planlarını 2018-ci il prpezident seçkilərinə yönəldib.
Ə.Kərimli artıq indidən pozuculuq işinə start verərək, həm diqqəti yenidən özünə tərəf cəlb etməyə səy göstərir, həm də bu vasitəylə son zamanlar başına gələn siyasi müsibətləri unutdurmağa çalışır.
Düşərgənin digər qanadının təmsilçiləri "keçəl suya girməz" prinsipini əsas tutaraq, Kərimlinin yalanlarına inanmırlar
Məsələn, gələn il keçiriləcək prezident seçkilərinə kifayət qədər uzun vaxt qalmasına baxmayaraq, cəbhə sədri iddia etməyə başlayıb ki, guya hakimiyyət bu seçkilərdə də müxalifətə əngəllər yaradacaq və s. hallara yol verəcək. Ona görə də, indidən "boykot" çağırışları etməyə başlayıb. Amma onun son anda fikir dəyişkənliyinə, xəyanətlər etməyinə mənsub olan şəxs olduğunu nəzərə alan düşərgənin digər qanadının təmsilçiləri "keçəl suya girməz" prinsipini əsas tutaraq, Kərimlinin yalanlarına inanmırlar. Ona görə də, indidən seçki prosesinə qatılacaqlarını bəyan edirlər. Və əlbəttə ki, seçkilərdə iştirak etmək niyyətində olan müxalifətçilər, o cümlədən, Ə.Kərimlinin yeni aşkar düşməni - "Azadlıq" qəzetinin baş redaktoru Q.Zahid də bu ipucundan yapışaraq, iddia edirlər ki, Kərimli bacardıqca digər siyasi qurumları seçkilərdə iştirakdan kənarda saxlamağa cəhdlər göstərməklə, əslində, "hakimiyyətə işləmək" niyyətindədir.
Göründüyü kimi, AXCP sədrinin vəziyyəti heç də onun üçün ürəkaçan deyil. O, istər partiya daxilində, istər düşərgə arealında, istərsə də Qərbdəki dəstəkləyiciləri önündə, demək olar ki, bütün ümidlərini itirib. Ona görə də, son anda siyasi burulğana düşməməkdən ötrü saman çöpündən yapışmağı da özünə xilas yolu hesab edir. Lakin xilas ola biləcəkmi..?
Rövşən NURƏDDİNOĞLU