PDF Oxu

Müxalifət

  • 7 439

Vidadi Mirkamal da "Milli Şura"nı tərk etdi

image

"Səbəb "Milli Şura"nın fəaliyyətsizliyi və Əli Kərimlinin qurumu şəxsi maraqlarının quluna çevirməsidir..."

"Milli Şura"nın koordinasiya mərkəzinin üzvü Vidadi Mirkamal da adıçəkilən qurumu tərk edib. 2016-ci ilin sonlarında AXCP sədri Əli Kərimli ilə V.Mirkamal arasındakı münasibətlərin gərginləşməsi, onun "Milli Şura"nı tərk edəcəyi ilə bağlı ehtimal yaratmışdı və belə də oldu. V.Mirkamal qərarını bundan sonrakı fəaliyyətini qeyri-siyasi sahələrdə davam etdirəcəyi ilə əlaqələndirib. Heç kimdə şübhə yaranmır ki, V.Mirkamalın istefasının arxasında duran əsas səbəb "Milli Şura"nın fəaliyyətsizliyi və Ə.Kərimlinin "şura"nı öz şəxsi maraqlarına xidmət edən quruma çevirməsi olub. V.Mirkamal hələ bir qədər əvvəl iştirak etdiyi məclisdə "Milli Şura"nı "perspektivi olmayan qurum" adlandıraraq, qurum rəhbərliyini bacarıqsızlıqda ittiham edib.

Əldə oluna məlumata görə, V.Mirkamal "Milli Şura" rəhbərliyinə ərizə ilə müraciət edəndən sonra, onunla görüş keçirilib və ondan xahiş olunub ki, qurum rəhbərliyinin və Ə.Kərimlinin əleyhinə mətbuatda heç nə danışmasın. V.Mirkamal bununla razılaşsa da, Ə.Kərimlinin adamlarını sosial şəbəkələrdə onu hədəf seçməsi vəziyyəti daha da qəlizləşdirib. Bundan hiddətlənən V.Mirkamal C.Həsənliyə telefon açaraq cəbhəçilər tərəfindən ona qarşı aparılan kampaniyanın dayandırılmayacağı təqdirdə, "Milli Şura"nı da, Ə.Kərimlini də mətbuatda ifşa edəcəyi ilə hədələyib.

Əldə olunan başqa bir məlumata görə, AXCP sədri Ə.Kərimli V.Mirkamalın istefa verməsinin əsas səbəbkarının hüquqşünas Qurban Məmmədov olduğunu bildirib. Hətta buna görə Nurəddin Məmmədli Q.Məmmədovun qardaşı, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğluna zəng edərək, ona etirazlarını da bildiriblər. Q.Məmmədov isə Ə.Kərimlini riyakarlıqda ittiham edərək, V.Mirkamalın doğru addım atdığını vurğulayıb.

Samir

Digər xəbərlər