PDF Oxu

Müxalifət

  • 2 108

Meydan təfəkkürlü müxalifət məhvə məhkumdur

image

Mütəllim Rəhimli: "Xarici qüvvələr öz pullarını boş yerə sərf etmək istəmirlər"

Diqqət çəkən, həm də maraqlı məqam ondan ibarətdir ki, Azərbaycan müxalifətinin başlıca siyasi fəaliyyəti ölkəmiz və xalqımız əleyhinə beynəlxalq aləmdə mənfi imic formalaşdırmağa çalışmaqdır. Xüsusi ilə də xarici səfərləri zamanı dağıdıcı müxalif başbilənləri Azərbaycan xalqının və dövlətinin əleyhinə hədələyici bəyanatla çıxış edirlər. Bu günlə bağlı Çində olarkən "Milli Şura"nın sədri Cəmil Həsənli, Fransada səfərə gedərkən Müsavatın keçmiş başqanı İsa Qəmbər dövlətimizin əleyhinə şər və böhtan xarakterli ittihamlar səsləndirmişlər. Bu halda sual yaranır: nəyə görə dağıdıcı müxalifətin təmsilçiləri xaricə çıxan kimi Azərbaycan əleyhinə çevrilirlər? "Ədalət" partiyasının aparat rəhbəri Mütəllim Rəhimli "Səs" qəzetinə açıqlamasında bunun siyasi baxışları və hərəkətləri kifayət qədər köhnəlmiş şəxslərin taktikası olduğunu bildirdı: "Müxalifət düşərgəsini təmsil edən şəxslər bu cür fikirlərşirlər və həm də çox səhv olaraq düşünürlər ki, əgər ölkədə nə isə bir problem varsa, onu beynəlxalq aləmə çıxarmaqla öz şəxsi mənafeləri üçün istifadə etməyə çalışırlar. Amma birmənalı şəkildə həmin şəxslər bilməlidirlər ki, əgər ölkəmdə nə isə bir problem varsa və həmin problemin xaricə çıxarılması, bilavasitə dövlətin milli maraqlarına zərər vurur. Ümumiyyətlə, müxalifət düşərgəsini təmsil edən şəxslər bilməlidirlər ki, hansısa xarici ölkədə Azərbaycana qarşı qısqanclıq mövqeyində dayanan və bizi istəməyən xarici qüvvələrin yanında dövlətimizə zidd olan fikirlər səsləndirmək onlara başucalığı gətirməz". M.Rəhimlinin fikrincə müxalifət təmsilçiləri öz vətənləri, ölkələri haqqında bu cür xoşagəlməz fikirlər səsləndirməməldirlər.

"Demək olarmı ki, müxalifət liderlərinin xaricə getməsinin başlıca səbəbi hansısa xarici qüvvələrdən maliyyə yardımı almaqdır" sualına cavab olaraq, M.Rəhimli bildirdi ki, əgər bir müddət əvvəl xaricdə olan bəzi qüvvələr tərəfindən müxalifət düşərgəsini təmsil edən bu şəxslərə maliyyə yardımları edirdilərsə, artıq onların maliyyələşdirilməsinə ehtiyac qalmayıb: "Həmin xarici qüvvələrin özləri də, çox yaxşı bilirlər ki, bu cür şəxslərin daxildə ictimai və siyasi proseslərə təsir etmək mexanizmləri, və imkanları yoxdur. Ona görə də, həmin xarici qüvvələr öz pullarını boş yerə sərf etmək istəmirlər".

GÜLYANƏ

Digər xəbərlər