PDF Oxu

Müxalifət

  • 2 365

Arif Hacılının yersiz iddiası cavabsız qalmadı

image

Partiya sədri: "Müsavat özünü itirib"

Müsavat partiyasının son iclasında partiya rəhbərliyinin 2017-ci ildə "hakimiyyət"ə gələcəkləri ilə bağlı səsləndirdiyi yersiz iddia müxalifət düşərgəsinin özündə böyük narazılığa səbəb olub. Çünki məlum iclasda Arif Hacılı çıxışı zamanı bildirdi ki, Azərbaycanda guya Müsavat partiyasından başqa real müxalifət yoxdur və onların hakimiyyətə gəlmək şansları daha böyükdür. Təbii ki, bu, A.Hacılının eyni məzmunlu ilk iddiası deyil. Uzun illərdir bu tipli xam xəyallarla müsavatçıları aldadan, insanların arzu-istəklərini boş vədlərlə puç edən Müsavat başqanı bu dəfə də öz gücsüzlüyünü ört-basdır etmək üçün növbəti sərsəm iddianı ortaya atıb. Hələ 2008-ci illərdə bu adamların bütün qohumları mağazalardan bahalı paltarlar alıb saxlamışdılar ki, guya artıq "prezident"in qohumu olacaqlar. Yəni İsa Qəmbər bu insanları o qədər peşəkar şəkildə aldatmışdı ki, yanındakılar əmin idilər ki, o, "prezident" olacaq. Ancaq necə? Bu cür məntiqsiz çağırışlarla partiyadaşlarını nə qədər aldatmaq olar? Axı İ.Qəmbər vaxtilə iqtidarda idi, təkəbbüründən deputatlarla söz danışmırdı, tünd eynəyinin altından baxıb "siyahı"ya salaraq, "nadinc"lik edən deputatları da iclasdan sonra ya döydürürdü, ya da başına silah dayadırdı. Bu adam hansı keyfiyyətinə, hansı əməllərinə görə prezident ola bilər ki!? Onsuz da dağıdıcı müxalifətdə hər kəs, 20 yaşlı uşaqlar da özlərini elə aparırlar ki, sanki dövləti idarə edə bilərlər. Əslində, A.Hacılı çox yaxşı başa düşür ki, 2017-ci il müxalifət üçün, elə Müsavat üçün də növbəti məğlubiyyət ili olacaq. Sosial bazasızlıq, inamsızlıq, daxili intriqalar, şəxsi ambisiyaların önə çəkilməsi, şəxsiyyətə vurğunluğun qeyrətin milli qeyrəti üstələməsi bizim partiyaların, eləcə də, Müsavatın başlıca problemidir. Bəs müxalifət partiya sədrləri A.Hacılının bu iddiası haqqında nə düşünürlər? 2017-ci ili "Müsavat ili" adlandıran A.Hacılının fikirlərini ciddiyə almaq nə dərəcədə doğrudur?

Məsələyə münasibət bildirən "Vəhdət" partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib ki, müxalifət partiyalarında aktivləşməni gözləmirəm: "Çünki müxalif fikrin güclü təşkilatlanması, hakimiyyətə gəlmək imkanları yoxdur. Bu möcuzə baş versə belə, dövləti idarə etmək üçün komandaları yoxdur. Ancaq məsələn, mənim partiyamda hamı istəyir ki, prezident olum. Ancaq bilirəm ki, mən dövləti idarə edə bilmərəm. Yalnız əqidə ilə dövlət idarə olunmur. Sabah Azərbaycanı Suriya və İraqın halına sala bilərlər. Hakimiyyətə gücü çatmayan müxalifət, zaman keçdikcə, daxildə bir-birini parçalamağa başladı. Millətin dərdi qaldı qıraqda, ana müxalifət iddiasına düşdülər. Müsavat özünü itirdi. Bu gün onların az-çox özlərini qoruyub-saxlamalarının səbəbi keçmiş ideologiyaları ilə bağlıdır. Partiyaların adlarını yadlarından çıxarıblar. Qəbul eləməlisən ki, hakimiyyətə gücün çatmır".

Samir

Digər xəbərlər